2 sonuçtan 1 ile 2 arası

Milli Dirçəliş Günü

  1. #1
    Member
    Üyelik tarihi
    Mar 2006
    Mesajlar
    66

    Milli Dirçəliş Günü

    1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. Bu gün Azərbaycanda Meydan hərəkatının 20-ci ildönümü tamam olur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoydu. Moskvanın və yerli hakimiyyət orqanlarının səbatsız siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü öz əlinə alan xalq noyabrın 17-də o zaman Bakının mərkəzi meydanına toplaşaraq kütləvi etiraz aksiyasına başladı. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Bu hadisələr milli azadlıq hərəkatının başlanğıcı kimi Azərbaycanın müstəqillik qazanmasının ilkin mərhələsi hesab olunur. Milli Dirçəliş Günü dövlət səviyyəsində qeyd olunsa da, iş günüdür.

  2. #2
    Member
    Üyelik tarihi
    Mar 2018
    Mesajlar
    81
    Sizde de ne kadar bayram varmış arkadaş. Milli Dirçəliş Günü ne bayramı acaba? Tam anlayamadım makaleyi. Türkçe anlataca birisi varmıdır. Memnun olurum anlatan olursa.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.