haqlısan Elif, həqiqətən insan bir kövrəklik və bir şeylərin əksikliyini hiss edir,
Bayramınız mübarək...
Ramazanın son günlərində və eləcə də bayramında istəsən də-istəməsən də, içinə bir kövrəklik, bir nisgil dolur. Zarafat deyil, öyrəşdiyin həyat ritmindən ayrılırsan, iftardan, sahurdan ayrılırsan və bu ayrılıq məqamında da bir daha görüşüb-görüşməyəcəyini düşünürsən. Mömin ömrünü Ramazandan-Ramazana hesablayar və hər ayrılanda da: “Allah-Təala bizi daha xeyirli, daha bərəkətli Ramazana qovuşdursun” deyə içindən dua edər.
Ramazan ayların Sultanıdır və ilin bu sultanlıq məqamından ayrılmaq kövrəldir bizi.
Amma necə duyğulanırsan-duyğulan, necə kövrəlirsən-kövrəl, Uca Yaradanın nizamı içində təskin olmaqdan, tətmin olmaqdan başqa bir zövq, bir ləzzət arama.
Biz bir ay boyunca oruc tuturuq və əgər layiqincə tuta bilsək, 11 ay boyunca da o oruc bizi tutur. Bir söz var, hər dəfə xatırlayanda kövrəlməyə bilmirəm. Deyirlər ki, möminin ölümü onun iftar açmağı kimidir. İnsan bir həyat boyunca günahlara, Allahın xoşuna gəlməyən əməllərə qarşı oruc tutursa, əlini-dilini, gözünü haramdan qaçırırsa, hər addımda Allah qorxusunu düşünərək Onun sevgisindən, mərhəmətindən məhrum olacağı əndişəsini daşıyırsa, əlbəttə, ölümü bir iftar olacaq.
Ramazan bayramı bir-aylıq oruc ibadətinin ardınca gələn mükafatdır. Amma kiçik mükafatdır. Çünki biz bu ayın böyük mükafatının da olduğunu və o böyük mükafata da Allah dərgahında hesab verərkən qovuşacağımıza inanırıq.
Ramazan bayramınız mübarək olsun, Allah-Təala bizləri bir-birindən xeyirli, bərəkətli Ramazanlara qovuşdursun!
[
Ya da
[
haqlısan Elif, həqiqətən insan bir kövrəklik və bir şeylərin əksikliyini hiss edir,
Bayramınız mübarək...
bayramınız mübarek
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!
bayrmınız mübarek olsun ben döndüm bilmiyorum aranız kabul edebilecekmisiniz
ÖLMEK UNUTTURUR BELKİ AMA ZOR.İMKANSIZ UNUTULDUĞUNU BİLMEK DAHA DA ZOR ACI OLANSA UNUTTUĞUNU SANDIKÇA HER AN KARŞINDA,YANINDA,İÇİNDE ,YAKININDA OLMASI
Azeri net ailesinin ve cümle islam aleminim mübarek Ramazan bayramını en içten dileklerimle kutluyorum...
Ramazan Bayramınız mubarek olsun
-Geçme namert köprüsünden, ko götürsün su seni. Yatma tilki gölgesinde ko yesin aslan seni
-Kör için altında birdir camda.
Sana bakan kör ise kendini camdan sanma
Yer imleri