3 sonuçtan 1 ile 3 arası

Yeni ilin tarixi

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Yeni ilin tarixi





    Yeni ilin tarixi haradan başlayır
    Və ya Şaxta baba kimdir?

    Yeni il dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, bizim də məişətimizə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
    Alimlərin fikrincə, ilk sivilizasiya eramızdan əvvəl IV minillikdə Nilin aşağı vadisində yaranıb və elə Yeni il də ilk dəfə (III minillikdə) burada qeyd edilib. Yerli əhali torpaqla bağlı işlərə martın sonunda başlayırdı. Əkin-biçinə başlamazdan əvvəl onlar 12 gün ərzində işıq allahı Mardukun ölüm və dağıdıcı qüvvələr üzərindəki qələbəsinə həsr edilmiş gəzintilər, karnavallar və maskaradlar təşkil edirdilər. Həmin gün işləmək, məhkəmə qurmaq, kimisə cəzalandırmaq qadağan edilirdi. Deyilənlərə görə, bu ənənə vavilonlulardan yəhudilərə, yəhudilərdən isə yunanlara keçib. Beləliklə də Qərbi Avropaya yayılıb. Romalılar Avropanı zəbt etdikdən sonra isə bayram yanvarın 1-nə keçirilib.
    Yeni il şənliklərində küknar ağacının bəzədilməsi adəti də qədim dövrlərə təsadüf edir. Amma qədimdə Yeni il bayramı üçün albalı ağacı yetişdirilirdi. Bayram günü çiçəkləmiş kiçik albalı ağacının yanında şamlar yandırılırdı. Küknar ağacının bəzədilməsi tarixi isə təxminən iki min il əvvələ gedib çıxır. Ümumiyyətlə, insanlar ağacları müqəddəs hesab edərək bəzəməyə başlayıblar. Qədimdə ağacların sehri və ovsununa çox böyük inam var idi. Həmişəyaşıl küknar xüsusi fərqlənirdi. O, həyat və yeni doğuluşun rəmzi kimi müqəddəs, dünyəvi ağac hesab edilirdi. Hər il dekabrın sonunda (günəş ili başlananda) insanlar bol məhsul almaq məqsədi ilə ruhları mehribanlaşdırmaq üçün məhz bu ağacın üzərinə müxtəlif hədiyyələr asırdılar. Qədim avropalılar isə yaşıl budaqlara məhsuldarlıq, bərəkət rəmzi kimi alma, inkişaf edən həyat, harmoniya və firavanlığın rəmzi kimi yumurta asırdılar. Belə bəzədilmiş küknarın şər qüvvələri qovduğu güman edilirdi. Küknar budaqlarını həm də evin qapısından asırdılar. Sonralar isə küknarı oyuncaqlarla bəzəməyə başlayırlar. Və tədricən almanlara məxsus olan bu ənənə mülklərə və qəsrlərə gedib çıxır. Burada isə əcnəbilərlə nikah bağlayan şahzadələr yaşayırdı. Məhz Britaniya taxt-tacının varisinə ərə gedən gənc alman şahzadəsi XVII əsrin sonunda İngiltərədə ilk bəzəkli küknar ağacını qurur. Almaniyadan olan daha bir şahzadə bunu fransızlara da öyrədir. Rusiyada isə ilk küknar ağacları XIX əsrin 30-cu illərində bəzədilməyə başlayır. Evlərin küknar budaqları ilə bəzədilməsinə I Pyotrun dövründə rast gəlinsə də, bayramda küknar ağacını yalnız Peterburq almanlarının evlərində görmək olardı. Paytaxt küçələrində isə bəzəkli küknar yalnız 1852-ci ildə qurulur.
    Qədim dövrlərdə küknar ağacını şər qüvvələrdən qorunmaq üçün bəzəyirdilərsə, indi bu barədə heç kim düşünmür...
    Şaxta babanın yaşına gəlincə isə versiyaların sayı-hesabı yoxdur.
    Təsəvvür edin ki, bəzi ölkələrdə Şaxta babanın əcdadını yerli cırtdanlarla bağlayırlar. Digərlərində isə orta əsrlərdə miladla bağlı mahnılar oxuyan səyahətçi jonqlyorlar və ya uşaq oyuncaqları satan saqqallı satıcılar hesab edilir.
    Belə bir fikir də var ki, Şaxta babanın qohumları arasında şərqi slavyanların soyuq ruhu Treskun da var. Mehriban qoca obrazı əsrlər boyu formalaşıb və hər bir xalqda özünəməxsusluğu ilə nəzərə çarpır. Amma bəzi fərziyyələrdə qocanın əcdadının real insan olduğu qeyd edilir. Deyilənlərə görə, IV əsrdə türklərin yaşadığı Mira şəhərində Nikolay adlı arxiyepiskop var imiş. (Türkiyənin cənub - qərbindəki Patara şəhərində zəngin bir xristian ailəsində doğulmuşdur). Nikolay müxtəlif adlarla da tanınır : Santa Claus, Saint Nicholas, Saint Nick, Father Christmas, Kris Kringle, Santy və ya Santa. Çox mehriban insan olan Nikolay imkansızlara kömək edərmiş. O, bir dəfə kasıb bir ailənin üç qızına cehiz almaqda kömək etdiyi üçün evlərinə qızıl dolu düyünçə də atır. Xeyirxahlığına görə Nikolayı ölümündən sonra müqəddəs elan edirlər. XI əsrdə isə onun dəfn edildiyi kilsəni İtaliyalı quldurlar qarət edirlər. Onlar müqəddəsin qalıqlarını oğurlayaraq vətənlərinə aparırlar. Bu hadisə böyük qalmaqala səbəb olur və Nikolay xaçpərəstlərin sitayiş obyektinə çevrilir. Orta əsrlərdə isə dekabrın 19-da - Nikolay günündə uşaqlara hədiyyə paylanması adəti yaranır. Yeni təqvim gəldikdən sonra müqəddəs ata uşaqların yanına Milad bayramında, daha sonra isə Yeni ildə gəlməyə başlayır. Dünyanın müxtəlif yerlərində bu mehriban qocanı müxtəlif cür çağırırlar. İspaniyada - Meksikada Papa Noel, Fransada Le Père Noel, Rumıniyada Moş Carile, Türkiyədə Noel Baba, Hollandiyada Sinte-Klaas, İngiltərə və Amerikada Santa-Klaus, Rusiyada Ded Moroz, bizdə isə Şaxta baba.
    Şaxta babanın geyimi də birdən-birə yaranmayıb. Əvvəlcə onu plaşda təsvir edirdilər. XIX əsrin əvvəllərində hollandlar onu hündürboy, qəlyan çəkən və uşaqlara bacadan hədiyyələr atan şəkildə təsvir edirdilər. Elə həmin əsrin sonunda ona xəzlə haşiyələnmiş qırımızı kürk geyindirirlər. 1860-cı ildə amerikalı rəssam Tomas Nayt Şaxta babanı saqqalla bəzəyir, tezliklə isə ingilis Tenniel yumşaqqəlbli gombul obrazını yaradır.
    Şaxta babanın nəvəsi Qar qız Rusiyada yaranıb. Qar qızın peyda olması qədim rus folklor ənənələrinə gedib çıxır.
    İvan Kupala bayramında ocağın üstündən tullanaraq əriyən Qar qız qış və yayın əvəzlənməsinin rəmzidir. N.A.Rimski-Korsakovun "Snequroçka" operasından sonra isə bu nağıl personajı daha geniş şöhrət tapır.
    Amma rus Ded Morozunun taleyi həmişə asan olmayıb. Oktyabr inqilabından sonra - 1920-ci illərdə Ded Moroz və küknar ağacı ideoloji baxımdan "zərərli personaj" kimi qiymətləndirilərək təqiblərə məruz qalır. İttihamlara yalnız 1935-ci ildə son qoyulur və ssenaristlər kütləvi yeni il şənliklərinin proqramlarını hazırlayırlar. Burada aparıcı qəhrəmanlar Ded Moroz və onun nəvəsi Snequroçka olur. Bundan sonra onların şöhrəti bütün postsovet məkanına yayılır. Şaxta baba və Qar qızın evə gəlmə ənənəsi isə ötən əsrin 70-ci illərində dəbə minir.
    Müasir dövr uşaqlarının ən sevimli personajı olan Şaxta baba indi meşədə yaşayır və meşə heyvanları ilə dostluq edir. Adətən, qırmızı və ya göy kürk geyinir. Əlində əsa qarlı dağlar aşaraq uşaqların görüşünə gəlir. Ən maraqlısı isə onun hədiyyə dolu sehrli torbasıdır.

    Tünzalə Babayeva
    Bizim əsr qəzeti

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721









  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    İSTANBUL
    Mesajlar
    185

    Re: Yeni ilin tarixi

    Teşekkürler fidan bilgilendirmen için. Eline sağlık.
    [
    [
    -Geçme namert köprüsünden, ko götürsün su seni. Yatma tilki gölgesinde ko yesin aslan seni

    -Kör için altında birdir camda.
    Sana bakan kör ise kendini camdan sanma

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.