10 sonuçtan 1 ile 10 arası

Bu gün Novruz bayramıdır

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Bu gün Novruz bayramıdır



    Bu gün Novruz bayramıdır. Fars dili mənşəli olan "Novruz" "yeni gün" deməkdir və baharın gəlişini simvolizə edən qədim xalq bayramıdır.

    Baharın gəlişi bu gün saat 21.32-də baş verəcək. Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasının məlumatına görə, fevral ayının 28 və ya 29 gün olmasından asılı olaraq baharın gəlişinin tarixində müəyyən dəyişiklik olur. Adətən bahar ölkəyə martın 20 və 21-i, nadir hallarda isə martın 21-dən 22-nə keçən gecə daxil olur.

    Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirərək onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar.

    Bəzi məlumatlara görə, Novruz bayramı bizim eradan 350 min il əvvəl Əhəmənilər dövründən qeyd olunub. Bu bayramın tarixi hətta Zərdüştlükdən də əvvələ gedib çıxır. Novruz əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır. Bayram axşamı süfrəyə bayram şirniyyatı, plovun müxtəlif növləri qoyulmalıdır. İnanclara görə, süfrəyə sarımsaq, sirkə kimi acı nemətlər qoymaq olmaz. Çalışmaq lazımdır ki, ət xörəkləri də az olsun. Qədim təsəvvürlərə görə, süfrədə ət yeməyi bol olarsa, insanlar həmin il ət kimi yumşaq olar və əməyə çox meyl etməzlər. Süfrəyə daha çox yeddi növdə xörək, əsasən də ağartı məhsullarından və bitkilərdən hazırlanmış nemətlər qoymaq lazımdır. Həmin gün süfrədə südlü aş, südlü qaymaq, səməni halvası, səbzili aş, sumaq, səməni olması vacibdir. Bayram süfrəsinin əsas atributları sayılan paxlava, şəkərbura və şorqoğalı qədim təsəvvürlərlə bağlıdır. Şəkərbura 15 günlük ayın, paxlava ulduzların, şorqoğalı isə günəşin rəmzidir.

    Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunub.

    BAYRAMINIZ MÜBARƏK! AZERI NET AILESI !!!
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bu gün Novruz bayramıdır



    tonqalda hazirda gelinde day ne istiyirsiz axi
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Bu gün Novruz bayramıdır

    Hamınızı bayram münasibətilə təbrik edirəm...
    Ürəyinizdən fərəh,gözlərinizdən sevinc,süfrənizdən bol ruzi bərəkət əskik olmasın.
    Ürəyinizdəki arzular bahardakı ağaclar kimi çiçək açsın...
    Tebriklərrr

    ...

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bu gün Novruz bayramıdır

    bayraminiz mübarek!
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Bu gün Novruz bayramıdır

    Kod:
    Novruz bayraminiz mubarek.
    Her kese daim ailesile ve onu seven dostları ile şad günleri, o cümleden bu bayramı qeyd etmeyi arzu edirem.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Bu gün Novruz bayramıdır




    Arzum budur novruz qüsse-qemin yox olsun,üreklerden getsin buz,sevgi payın çox olsun! Novruz Bayramınız Mübarek Olsun
    HaKKım heLaL,Sewqim haRam oLsun

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bu gün Novruz bayramıdır

    Her bir muselmani bu eziz gun munahsibeti ile Tebrik edirem.Yeni il sayilir her kesi tebrik edirem.sufrenizden bereket evinizden xosbext lik uzunuzden gulus eksik olmasin
    [

  8. #8
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Bu gün Novruz bayramıdır

    Bayraminiz mubarek.Allah butun arzulariniza chatdirsin.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bu gün Novruz bayramıdır




    Ukraynada Novruz bayramı
    Tədbirin məqsədi Ukraynada Azərbaycan milli mədəniyyətinin və adət ənənələrinin təbliği olub
    Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Azərbaycanlılarının konqresi, “İRƏLİ” İctimai Birliyi və Ukraynanın “Molodyojnıy Yevropeyskiy Rux” təşkilatının birgə təşkilatçılığı ilə 19 mart saat 16:00-da “Regionlar arası heyətin idarə olunması akademiyası”nda Novruz Bayramına həsr olunmuş konsert keçirilib.
    “İRƏLİ” İctimai Birliyindən bildiriblər ki tədbirin əsas məqsədi Ukraynada Azərbaycan milli mədəniyyətinin və adət ənənələrinin təbliği olub. Tədbir boyunca qonaqlar Azərbaycanın milli mətbəxi, adətləri, geyimləri ilə yaxından tanış olublar. Konsert proqramında Ukraynada yaşayan Azərbaycanlı istedadları və Azərbaycandan xüsusi təşrif buyuran “Next” qrupu çıxış edib.
    [

  10. #10
    Member
    Üyelik tarihi
    Mar 2018
    Mesajlar
    81
    Novruz isminin yeni gün anlamına geldiğini yeni öğrendim. Ben daha çok yeni yıl anlamına geldiğini düşünüyordum. Ellerine sağlık POWER_RANGERS.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.