cox sagol movzu icin![]()
cox degisik novruz kutlamalarınız ilk defa duydum bazı seyleri ama cokda xosuma gittibazılarını denicem kızlarada denetircem eglenceli olucak insallah
![]()
Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
bunu tam anlayamadım birisi mi önceden bır soz soyleyecek yoksa senın aklına gelen mı olucak basa dusmedımama cox meraklı bir anlasam uygulucam insallah
![]()
15 sonuçtan 1 ile 10 arası
-
03-04-2010, 05:10 PM #1
Novruz adət ənənələri - Novruz adet eneneleri
Hər xalqın həyatında, məişətində çoxlu bayramlar olsa da, onlardan biri daha məşhur, daha sevimli olur. Azərbaycan xalqınında eləliklə keçirdiyi belə bir bayram Novruz bayramıdır.
Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. ….. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramıda bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar:
Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Əkinçi məhsul əkəcəyi torpağın şumuna başlayır. Bağban meyvə ağacların quru budağlarını kəsib atır. Uşaqlar Novruz gülü, qar çiçəyi üçün meşələrə, çöllərə üz tuturlar.
El-obada, hər ayilədə Novruz Bayramının gəlməsinə azı bir ay qalmış hazırlıq işləri aparılır. Evlər Ağardılır, Paltar-palaz, qab-qacaq yuyulur. Həyət-baca süpürülüb təmizlənir. Hamı üçün təzə paltar tikilməyə cəhd göstərilir.
Novruz bayramının çərşənbələrində həyətlərdə tongal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Yaxud:
Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.
Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.
Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik, qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi şəhriyar da " Heydərbabaya salam" əsərində bu qurşaq sallamadan danışıb:
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq,
Bəy şalına bayrampayı bağlamaq.
şal istədim məndə evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qullamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı.
Xan nənəmi yada salıb ağladı.
Novruz bayramı süfrəsinə cürbəcür xörəklər, çərəz, şirniyyat düzülür. Səməni, gül-çiçək, güzgü, su, qızıl əşyalar qoyulur. Evdəkilərin hər birinin adına şam yandırılır.
Inama görə, Novruz bayramı axşamında hər kəs gərək öz evində olsun. Həm də hamı dərd-qəmi unudub şən ovqatlı olmalıdır. Onda bütün il adam üçün elə belə keçər.
Novruz bayramı günündə adamlar taza paltarlarını geyib bir-birinin evinə bayram təbrikinə gedər, hədiyyələr apararlar. Bayramlaşmağa gələnlər üçün süfrəyə Novruz munasibətilə bişirilmiş şəkərbura, paxlava, qoğal və başqa şirniyyatlar, çərəzlər düzülür.
Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.
Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik
bayramı kimi qalır.Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
03-04-2010, 07:53 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Novruz adət ənənələri - Novruz adet eneneleri
HaKKım heLaL,Sewqim haRam oLsun
-
03-04-2010, 09:14 PM #3
Re: Novruz adət ənənələri - Novruz adet eneneleri
Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik
bayramı kimi qalır buna gorede novruzu coxx sevirem bayrami haa

-
03-09-2010, 10:13 PM #4Member
- Üyelik tarihi
- Nov 2009
- Mesajlar
- 89
Re: Novruz adət ənənələri - Novruz adet eneneleri
Gözel mövzu!
Novruz bayrami bütövlükde Azerbaycanciciliq demekdir!
Kecmis, bu gün, gelecek, ünsiyyet, semimiyyet, Aile, qohum-qardas, sevinc,sadliq ve saire ilaxir...Bu Bayramin insanlarin Psixiologiyasina gözel menfi tesirleri var, sevinmek, sadliq insanlarin ömrünü uzadir....
-
03-10-2010, 04:36 AM #5
Re: Novruz adət ənənələri - Novruz adet eneneleri
novruz teklikde azerbaycanın deyil sommet xanim bütün türk dünyasının bayramıdır baharın gelişini temsil eder bu gelişle insanlara gözel ehval ruhiyye qazandırır
Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet
-
03-10-2010, 12:36 PM #6Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Novruz adət ənənələri - Novruz adet eneneleri
Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir,,beli ushaglar semeni de qoymagi unutmayin.2 defe de qulag falina baxmisham hec biri olmayib
paxlava yadima dushdu.kim bishirib gonderin mene deeeeeeeeeeeee nyam nyam

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
-
03-10-2010, 12:44 PM #7
Re: Novruz adət ənənələri - Novruz adet eneneleri
Deyirem belke novruz bayraminda neler edirik onlardan behs edek adetlerden ve hansilari edirik hansini emel edirik onlari.sonuncu cersenbe gelir en axirinci cersenbede ne etmek isteyerdiz neyi planlasdirmisiz ?
[
-
03-15-2010, 04:50 PM #8
Novruz bayramı təntənəli şəkildə qeyd ediləcək
Bu il Novruz bayramı münasibətilə paytaxt Bakıda böyük bayram şənlikləri təşkil olunacaq. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən azeri.net-ə verilən məlumata görə, İcra Hakimiyyəti İlaxır çərşənbə günü tədbir təşkil edəcək. Bayram tədbiri martın 16-da "Qız Qalası"nın qarşısında keçiriləcək.
Ötən il olduğu kimi "Atəşgah"dan faytonlarla gətiriləcək odla "Qız Qalası"nın üzərində qurulacaq üç məşəl yandırılacaq. Saat 19.00-da isə konsert proqramı başlayacaq. Konsertin sonunda, həmçinin martın 20-də Milli Parkda atəşfəşanlıq təşkil ediləcək.
Novruz bayramı tədbirləri isə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov ANS-ə bildirib ki, hazırda bayram proqramının hazırlanması üzərində iş gedir. Bayram tədbirləri "İçərişəhər"dən başlayacaq, Qoşa Qala Qapısı, "Qız Qalası" və Dənizkənarı Milli Parkda davam edəcək. Hazırda dənizkənarı Milli Parkda, eləcə də Qız Qalası yaxınlığında məşqlər keçirilir. Böyük bayram tədbirləri proqramına rejissorluğu xalq artisti Cənnət Səlimova edir.
Qeyd edək ki, Novruz bayramı YUNESKO-nun irs siyahısına daxil edilib, BMT tərəfindən 21 mart - beynəlxalq Novruz günü elan olunub. Bu səbəbdən bayram tədbirləri daha təntənəli və geniş şəkildə qeyd olunacaq.[
-
03-15-2010, 05:16 PM #9
Re: Novruz adət ənənələri - Novruz adet eneneleri
Sabah en gozle gunum olacaq inshallah
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
cershenbe gunu neler oldusa yazaram
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
03-15-2010, 07:06 PM #10
Re: Novruz adət ənənələri - Novruz adet eneneleri
Ayten ehtiyyatli ol sen Allah.Tongaldan tullnada alova dushersen.Alova dushmekde yaman yandirira adami
.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
ama cox meraklı bir anlasam uygulucam insallah 



Yer imleri