“Avatar” dünya prokatında 1,292 milyard dollar yığıb

"Avatar" filmi "Titanik"i ötərək kassa yığımı üzrə dünya rekordu qırıb. Sensiz.az-ın “Hollywoodreporter.com” saytına istinadən verdiyi məlumata görə, Ceyms Kemeronun "Avatar" filmi satış yığımı üzrə birinci yerə çıxıb.

"XX əsr Foks" prokat-şirkətinin bazar ertəsi axşam elan etdiyi nəticəyə görə, Ceyms Kemeronun "Avatar" filmi elə həmin rejissorun çəkdiyi "Titanik"i ötərək kassa satışı üzrə dünya rekordçusu olub. Şirkətin məlumatında bildirilir ki, son istirahət günlərində "Avatar"ın dünya üzrə yığımı 1,292 milyard dolları ötüb. Bu isə 13 il ərzində 1,242 milyard dollar rekordunu qoruyan "Titanik"dən 50 milyon artıqdır