3 sonuçtan 1 ile 3 arası

ANS Şirkətlər Qrupu

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    ANS Şirkətlər Qrupu

    ANS Şirkətlər Qrupunun saytından götürülmüş qrupun tarixi.

    ANS 3 nəfər gənc Azərbaycanlı jurnalist, Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən yaradılıb. Onlar Bakı şəhərində dərc olunan "Azərbaycan" qəzetində işləyəndə tanış olmuşdular. Yeri gəlmişkən bu mətbu orqanı ölkəmizdə dərc olunan ilk müstəqil qəzet idi. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verirdilər. Onların ən böyük arzusu televiziyanın və radionun daxil olacağı müstəqil media qrup yaratmaq idi.

    1990-1992
    Onlar əllərində olan bütün vəsaitlərini bu yolda sərf edərək, Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirdilər. Məhz bu otaqda 1992 -ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. Bu, keçmiş Sovet İttifaqında yaradılmış ilk müstəqil televiziya idi. Gördüyünüz bu şəkildə həmin şəkil də həmin günlərdə çəkilib. Vahid, Seyfulla və Mirşahin dostlarının və həmkarlarının arasındadır.

    1992
    ANS Televiziya agentliyi
    Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verənlər idi. Keçmiş Sovet İttifaqının hər yerində lokal münaqişələr getdiyindən dünya ictimaiyyəti həmin bölgələrdən dəqiq və qərəzsiz materiallar almaq istəyirdi. ANS-in müxbirləri Çeçenistandan, Gürcüstandan, Osetiyadan, Qarabağdan, Abxaziyadan, Əfqanıstandan, İnquşetiyadan və s. münaqişə zonalarından reportajlar hazırlayır və BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi kanallara satırdı. Bu iş təhlükəli olsa da ilk kadrlar böyük uğürlar qazanmışdı.

    ANS TV
    ANS-televiziyasının efirində ən populyar proqram "XƏBƏRÇİ" olsa da, Sovet Dövründə reklam bazarının olmaması, bu proqramı da bir neçə dəfə maliyyə problemləri ilə üzləşdirdi. Digər tərəfdən isə ölkədəki siyasi vəziyyətin dəyişməsi nəticəsində tez-tez dövlət televiziyası ilə yayımlanan ANS TV-nin də proqramlarına qadağa qoyulurdu.

    1992-1993
    ANS Press Xəbər agentliyi
    ANS-in gərgin fəaliyyəti nəticəsində həm siyasi, həm də iqtisadi sahədə xeyli məlumat toplamaq mümkün olurdu. Belə bir vaxtda informasiya agentliyinin yaradılması haqda qərar verildi. Bu agentlik, ANS-Press adlandırıldı.
    ANS Press agentliyinin bülletenləri yeni açılmış xarici şirkətlərə xüsusən, neft şirkətlərinə satılırdı. ANS məşhurlaşdıqca dövlət televiziyası tərəfindən daha da böyük təzyiqlərə məruz qalırdı. Bir il müddətində televiziyanın yayımı 3 dəfə dayandırılsa da sonradan efiri bərpa etmək mümkün olmuşdu. Bütün bünlar yeni müstəqil kanalın açılmasını labüdləşdirirdi.

    1993
    ANS məşhurlaşdıqca dövlət televiziyası tərəfindən daha da böyük təzyiqlərə məruz qalırdı. Bir il müddətində televiziyanın yayımı 3 dəfə dayandırılsa da sonradan efiri bərpa etmək mümkün olmuşdu. Bütün bünlar yeni müstəqil kanalın açılmasını labüdləşdirirdi.

    1993-1994
    1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. Hər şey inkişafda idi. İndi hamı FM radio stansiyasının, yaradılması barədə düşünürdü. Yeni-yeni ideyalar həyata keçirmək üçün əldə olan studiyalar artıq işə yaramırdı. Bu sahədə də müəyyən işlər görülməli idi.

    1994
    ANS ÇM radiostansiyası
    ANS strukturları inkişaf etdikcə, FM Radio stansiyasının yaradılması fikri yenə də Vahid Mustafayevin əsas məqsədlərindən biri olaraq qalırdıi. 1994-cü ilin mayın 28-də Azərbaycanın müstəqilliyi günündə ANS ÇM radiostansiyası efirə çıxdı. Stansiya Zoologiya İnstitutunun binasında kirayəyə götürülmüş kiçik bir otaqda fəaliyyət göstərirdi.
    Radio stansiayaya Vahid və Seyfulla Mustafayevlərin qardaşı Çingiz Mustafayevin adı verildi. Tanınmış jurnalist olan Çingiz 1992-ci ilin iyunun 15-də Qarabağ müharibəsində həlak olub və ölumundən sonra ona Milli Qəhrəman adı verilib.
    ANS ÇM 102 FM radiostansiyası, Qafqazda və Mərkəzi Asiyada ilk FM radio stansiyası idi.

    1994-1995
    TV kanal.
    Populyarlıq dayanmadan artırdı. Lakin bu vaxt yenə də Dövlət Televiziyası öz təzyiqini artırmaqda davam edirdi. Həmin vaxt televiziya bazarında müstəqil kanallarla rəsmi kanallar arasında əsl mübarizə gedirdi.1994-cü ildə ANS televiziyası ilə AZ.TV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, yüksək reytinqi olan ANS televiziyasının və radiosunun yayımı dayandırıldı.
    Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və onun oğlu İlham Əliyevin işə qarışmasından ANS-in efiri bərpa edildi. Bu müstəqil ANS-in bürokratçı Dövlət Televiziyası yzərində qələbəsi idi.

    1995
    ANS Kommers
    Əvvəldə xatırlatdığımız kimi həmin vaxtlarda Azərbaycanda demək olar ki, reklamçılıq bazarı yox idi. Bildiyiniz kimi inkişaf etmək üçün reklam bazarının olması vacib şərtlərdən biridir. Belə qərara gəldik ki, elə biz özümüz bu bazarı yaradaq. "ANS Kommers" -in yaradılması daxili və xarici şirkətləri Azərbaycanın reklam bazarına cəlb etmək məqsədi güdürdu. Nəticəni gözləmək bir o qədər uzun vaxt tələb etmədi. Reklamdan gələn gəlir ANS-in büdcəsinə daxil olmağa başladı.

    ANS Records
    Elə həmin il ANS Records səsyazma studiyası yaradıldı. O vaxt söz və musiqi xəzinələrmizi qormuğa və təbliğ etməyə böyük tələbat var idi. Dövlət arxivində saxlanılan xəzinə isə sıradan çıxırdı. ANS Records səsyazma studiyasında Azərbaycan xalq musiqisinin misilsiz nümunələri bərpa edilməyə başladı. Təbii ki, bu işdə heç bir maddi xeyir güdülmürdü. Daha sonra səsyazma studiyasına müasir sənətkarların cəlb olunmasının vacibliyi qərara alındı.1995-ci ildə 2 kompakt disk və 2 kasset satışa buraxıldı

    1995-1996
    Londonda buraxılmış disk və kassetlərin satışı çox yaxşı idi. Radio, televiziya ilə aparılmış reklam işləri də satışın artmasına kömək edirdi. Bir tərəfdən də "piratlar" "ANS Records" -un müəlliflik hüqununu pozaraq üzünü köçürdükləri kassetləri, aşağı keyfiyyətlə dəyər-dəyməzinə satırdılar. Və alıcılarda bu əlverişli imkanlardan istifadə etməyə başladılar. O zaman ANS yeni bir problemlə üzləşdi. Müəlliflik hüqüqlarını qorunması uğrunda MÜBARİZƏ!

    1996
    O vaxt çox az adam ANS-in nəyin uğrunda və eimə qarşı mübarizə apardığını anlayırdı. Sovet dövründə intellektual mülkiyyət və müəlliflik hüquqlarınıa hörmətsizlik bir çoxları üçün səciyyəvi idi. Bu vəziyyət isə vətənini sivil bir ölkə ğörmək istəyən ANS -dən başqa hamının işinə yarayırdı. Müəlliflik hüquqlarının qorunması üçün kampaniya böyük sürətlə gedirdi. Artıq myəlliflər və sahiblər nə itirdiklərini yaxşı başa düşürdülər. ANS, MTV-nin köməkliyi ilə dynyanın bir çox məşhur ifaçılarını və musiqi qruplarını ölkəmizə dəvət edib. Azərbaycan Prezidenti Heydər Əliyev ANS-MTV əməkdaşlığını yüksək qiymətləndirərək nümayəndə heyətini qəbul etdi. Daha sonra bu məsəl parlamentdə müzakirə olunaraq "Müəlliflik Hüququ Barədə" Azərbaycan Respublikasının qanunu qəbul edildi.

    1996-1997
    Internet Service Provider
    ANS-DX (Data Xchange) - İnternet xidmətinin əməkdaşları 1996 -cı ildə internet səhifəsini hazırladılar. Siyasət, iqtisadiyyat, mədəniyyət, xəbərləri haqqında veb-sayt vasitəsilə dünyaya çatrılırdı. İndi həmin saytdan məlumat toplayanların sayı gündən günə artır.

    1997-1998
    1997-ci ildən bəri hadisələr tez-tez dəyişməyə başladı. Ölkədə yeni-yeni özəl şirkətlər yaranmağa başlandı. Bu doğrudan da kompaniya uçün çətin bir dövr idi. Hamını bir sual düşundurürdu-görəsən şirkət bunun öhdəsindən gələ biləcəkmi?
    Nizam-intizam , qayda-qanun , sənədləşdirmə getdikcə təkmilləşirdi.
    "Böyüklər" bu inkişafdan narazı idilər. Lakin islahatlar başlanmışdı və kompaniyalar qəbul olunmuş qaydalara uyğün olaraq işləyirdilər. Bu kompaniyaların bünövrəsini quranlar üçün də nəhəng müəssisənin idarəetmə işi asanlaşmışdı. Lakin bütün bunlar kifayət deyildi . ANS -də şirkətlərin daxil olduğu böyük konsernin yaradılması prossesi başlandı. Elə həmin vaxt bu şirkətləri lazımi texniki ləvazimatlarla təchizetmə işi başlanmışdı.

    1998-1999
    VMF Company
    İqtisadi cəhətdən ticarət şirkətinin yaradılması vacib idi. Yaradılan "VMF" ticarət şirkəti öz gəliri, ANS Media strukturlarına yardım edir. İlk günlərdən etibarən şirkət "Longines", "Swatch", "Tissot" kimi nəhəng saat şirkətləri ilə perspektivli müqavilələr imzaladı. Bakıda, "VMF" -in "Swatch" saatları satan 2 mağazası açıldı. Beləliklə Azərbaysanda, saat ticarəti başlandı.

    VVS Production
    Şirkət audio və video məhsulların istehsalı ilə məşğuldur. "Dəyər" adlı televiziya layihəsi ilk ğündən bəri böyük sərmayələr cəlb edib. Qazanılmış vəsait və əldə olnmuş kreditlə audio məhsullarının istehsalına başlanılıb. Bu həmçinin Azərbaycanda şou-biznesin inkişafı deməkdir. Yüksək səviyyəli mütəxəssislər VvS şirkətinə dəvət olunublar. Əhali "Leyla və Dəyirman" və İnstrumental muğam layihələrini çox bəyənir.

    1999
    Bu il ANS TV-nın və ANS ÇM radiosunun tarixində ən sürətli inkişaf dövrüdür. Hər şeydən əvvəl ANS TV və ANS ÇM radiostansiyası ayrılaraq müstəqil şəkildə fəaliyyət göstərməyə başladılar. İndi onlar iki müstəqil hüquqi şəxsdir.
    Müstəqil rəhbərlik və maliyyə büdcələri tez bir zamanda, inkişafa nail olmağa kömək etdi. ANS televiziyasının yayımı Azərbaycanın böyük bir hissəsini əhatə edir. ANS Tv respublikanın 7 regionunu əhatə edən müxbir məntəqəsi yaradıb və bu məntəqələri ən müasir audio və video texnika ilə təchiz edib. İndi ANS TV Azərbaycanın inormasiya bazarında liderdir.

    2000
    Yanvar ayında Səlyanda ANS TV-nin ilk regional ötürücü mərkəzi quruduldu. İndi ANS Tv-nin auditoriyası Mərkəzi Aran rayonlarına qədər genişləndi.
    ANS Müstəqil Yayım və Mediya Şirkəti və Britaniyanın Yayım Koroporasiyası (BBC) mayın 12-də yeni radiostansiyanın, 103.3 FM-in birgə təqdimetmə mərasimi keçirdi. Radiostansiyanın efirində Azərbaycan, Rus, İngilis və Türk dilində proqramlar təqdim olunur . 103.3 FM-in efirində həmçinin ANS ÇM radiostansiyası ilə yayımlanan yerli xəbərlər və musiqi proqramlar efirə verilir, gecələr isə Londonun "Jazz FM" radiostansiyası ilə yayımlanan cazz musiqisindən bəhs edən proqram təqdim olunur.
    ANS TV hər zaman hər bir Azərbaycan vətəndaşının dünyada və ölkə daxilində baş verən hadisələr barədə ətraflı, dolğun informasiya əldə olunmasında maraqlı olub. ANS artıq yayım ərazisin genişləndirmək qərarında idi.
    ANS, Azərbaycan Televiziyaçılığı tarixində daha bir yeniliyə imza atdı. Sentyabrın 12-də, saat 23:45-dən etibarən Azərbaycan televiziyası tarixində, ilk dəfə, dünyanın nüfuzlu futbol turnirlərindən hesab olunan Çempionlar Liqasının oyunları ANS kanalını izləyə bilən tamaşaçılara hədiyyə edildi. Yayım, UEFA-nın razılığılə, Avropada futbol oyunlarının Yayımlanması Şirkətilə ANS kanalı arasında bağlanan müqaviləyə əsasən həyata keçirilir. Bu, Azərbaycan futbolunun inkişafı üçün irəliyə atılmış addım hesab olundu.
    Növbəti bu qəbildən olan mərkəz Sentyabrda Cəlilabadda yaradıldı.
    Noyabrda, Respublikanın üç məntəqəsində Mərəzədə, Şamaxıda və Xızıda ötürücü mərkəz quruldu.
    Dekabr ayı İvanovkada belə bir mərkəzin qurulması ilə yadda qalan oldu.

    2001
    Yanvar ayında Xaçmazda ötürücü mərkəzin yaradılması ilə Şimal rayonlarının sakinləri indi daha keyfiyyətli siqnal qəbul edir.
    Lənkəranda isə belə ötürücü mərkəz İyulda yaradıldı.

    2002
    ANS Müstəqil Yayım və Mediya Şirkəti Sentyabrın 10-u 2002-ci ildən etibarən peyk vasitəsilə yayıma başlayıb. Artıq ANS Televizyiası və ANS ÇM radiostansiyası bütün ölkə ərazisində yayımlanmaqla yanaşı Eurasisat Turksat-2A-peyki üzərindən Orta Asiya, Yaxın Şərq, Şərqi Avropa, Rusiya Federasiyasının böyük bir hissəsi, Şimali Afrika ölkələrində yayımlanır. Prossesin həyata keçirilməsindən bir neçə gün sonra şirkətin elektron ünvanına gələn məktublardan görünür ki, xaricdə yaşayan həmvətənlərimiz və digər türkdilli xalqlar habelə Azərbaycanla bağlı informasiya əldə etmək istəyənlər bu layihədən yararlanırlar. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ANS TV-ni bu nailiyyəti münasibətilə təbrik edib. ANS TV-nin peyk vasitəsilə yayımının texniki parametrlərini buraya daxil olaraq öyrənə bilərsiniz.

    Dekabr ayında, ANS-Press Nəşriyyat Evi "El" dərgisini geniş oxucu kütləsinə təqdim etdi. Həmin vaxtadək azərbaycanca olan dərgilər azlıq təşkil edirdi və yüksək keyfiyyətə malik deyildi. "El" öz formatında nəşr olunan dərgilər içərisində nəfis tərtibatına görə, informasiya zənginliyinə və keyfiyyətinə görə ilk baxışdan seçilirdi. Jurnalın həcmi 96 səhifə, tirajı 3000 nüsxədir. Dərgidə dünyaca tanınmış şəxsiyyətlər haqqında yazılar, onlarla müsahibələr və səmimi söhbətlər dərc olunur. Layihələrdə Azərbaycanın tanınmış ziyalıları və ictimai xadimləri maraqlı və gözlənilməz obrazlarda təqdim olunur. Televiziya rəhbərliyi Sentyabr ayında Xanlar, Şəki və Quba rayonlarında ötürücü mərkəzlər quraraq əhatə dairəsini daha da genişləndirdi.

    2003
    ANS Müstəqil yayım və Media şirkəti və Çingiz Mustafayev fondunun təsis etdiyi İlin Adamı mükafatının qalibi Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev elan edilib. Bu ada O, Azərbaycanın bir sıra çoxillik problemlərini həll etdiyinə görə layiq görülüb. Həllini tapmış bu problemlər sırasında: Bakı-Ceyhan boru ixrac kəmərinin reallaşması; Azərbaycan-Gürcüstan-Türkiyə yeni təhlükəsizlik sisteminin yaranması; Qəbələ RLS-nin statusunun müəyyənləşməsi; Xəzərin dibinin bölünməsi və İran-Azərbaycan dostluq əməkdaşlıq müqaviləsinin imzalanması; kimi qlobal məsələlər var idi.
    ANS-in xüsusi müxbirinin Bağdada ezam olunması isə təkcə Azərbaycan deyil, ümumiyyətlə Qafqaz televiziyasında nadir hadisə idi.Bu Azərbaycan telekanalları arasında şəriksiz lider olan ANS-in, artıq dünya miqyasına çıxışı, CNN və BBS, NTV və Cəzirə kimi uzaq mənzilli televiziyalar, APTN və Röyters kim i agentliklərlə bir sıraya can atmasının uğurlu yekunu idi.Amerika Birləşmiş Ştatlarının İraqa hərbi müdaxiləsinin qızmar vaxtında, döyüş hərəkətlərinin cərəyan etdiyi yerdən,Bağdaddan birbaşa reportajlar təqdim edən ANS-in baş redaktor müavini Qənirə Paşayevanın xəbərləri ANS-in isehsalat prinsipləri ilə ideal şəkildə uzlaşırdı.Dəqiq, qərəzsiz, vicdanlı.

    "Xəbəri mənbəyindən!" prinsipi ilə çalışan ANS-in ilk uğurlu işi İrəvandan oldu.ANS-in İrəvan bürosunun Ermənistanda keçirilən prezident seçkisinin gedişi barədə birbaşa reportajı Azərbaycan teleməkanında analoqu olmayan ilk iş idi.


    ANS ÇM-in İraq-Türkiyə sərhəddinə ezam olunmuş baş direktoru Sevda Həsənova isə birbaşa efirdə hadisələrin başqa bir gərgin qovşağında baş verənlər barədə məlumat verdi.

    2003-cü ilin may ayının 2-sində Türkiyənin Bingöl şəhərində baş vermiş zəlzələ zamanı da ANS-in xüsusi müxbiri hadisə rayonunda idi. Türkiyə bürosundan Sevil Nuriyeva tamaşaçılara son xəbərləri və canlı təsvirləri birbaşa efirdə təqdim etdi. Onun dağılmış binanın dağıntıları altından yenicə çıxarılmış körpə ilə söhbəti isə bu cocuğun simasında həm də ona işarə idi ki, həyat davam edir. Elə ANS-in inkişafı da...
    May ayından ANS-PRESS Nəşriyyat Evi yeni, artıq ixtisaslaşdırılmış məhsulunu "Aysel" dərgisi çap edir.
    Azərbaycan dilində olan "Aysel" dərgisi əsas etibərilə, xanımlarımıza ünvanlanıb, onları maraqlandıran, narahat edən, bəzən açıq söhbət mövzusu olmayan müxtəlif məsələlərdən bəhs edir. Jurnalın həcmi 56 səhifə, tirajı 3000 nüsxədir.
    Və...
    İyul. İndi, ANS TV-nin siqnalını adi ötürücü antenna ilə Naxçıvan sakinləri də qəbul edirlər.

    2004
    ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun keçirdiyi sorğu nəticəsində "2003-cü ilin Adamı" adına layiq görülmüş Heydər Əliyevin mükafatı vəfatından sonra onun oğlu Prezident İlham Əliyevə təqdim edilib. 2002-ci ildə də Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev ilin adamı elan olunmuşdu. Və bu il də ilin adamı Azərbaycanın ictimai-siyasi həyatında aparıcı faktor olmuş və hadisələrin yönünü müəyyənləşdirmiş Heydər Əliyevdir. Ç.Mustafayev Onu bu ada 4 keyfiyyətə görə layiq görüb. 1-ci ictimaiyyət qarşısında əyilməzlik və dözüm nümayiş etdirdiyinə, 2-ci hakimiyyətin varisini müəyyənləşdirdiyinə, 3-cü onsuz da işləyə bilən dövlət mexanizmi qurduğuna və nəhayət, öz ölmü ilə milləti birləşdirdiyinə görə.

    ANS-PRESS Nəşriyyat Evinin digər layihəsi uşaqlar üçün olan ELLİ jurnalıdır (2004-cü ilin yanvarından nəşr olunur). Balacaları inkişaf etdirən oyunlar, tarixə dair maraqlı məqalələr, çoxlu hədiyyə və nəhayət, 2004-cü ilin sonundan nəşr etdirilən ELLİ-BOYA rəngləməsi. Uşaqları əyləndirən və onların sevimli jurnalı qalan ELLİ redaksiyası hal-hazırda yeni kitab üzərində işləyir.

    ELMAN jurnalı 2004-cü ilin martından nəşr olunur və Azərbaycanda kişilər üçün yeganə bu tip nəşrdir. 2005-ci ilin martından isə ELMAN yeniyetmələr üçün jurnala çevrilib. ANS-PRESSin bu nəşri sayəsində 13-20 yaş arası oğlanlar və qızlar öz problemlərini unuda, sevdikləri müğənni, idmançı və digər kumirlərini yada sala bilərlər.

    "Bala-Dili" jurnalı təzə dil açmış, ətraf mühitə maraqla baxan, gördüklərini anlamağa çalışan, körpəlikdən təzəcə çıxmış lap balaca balalar üçün nəzərdə tutulub. Jurnal həm öyrədir, həm əyləndirir. Jurnal ayda bir dəfə çıxır.

    ANS Müstəqil Yayım və Mediya Şirkətinin təşəbbüsü ilə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət jurnalist heyətinin Türkiyə-Ermənistan sərhəddində "Türk Türkə dəstək"! Və "Sərhədlərin açılmasına yox!" şüarları ilə aksiyası keçirilib. İqdır şəhərindən başlayan aksiya Ankarada izdihamlı mitinqlə başa çatıb.Sərhədlərin açılmasına etiraz edən media nümayəndələrinə yerli əhali də qoşulub. Onlar Azərbaycanla Türkiyənin qardaş ölkə olduqlarını bir daha yada salaraq, sərhədlərin açılmasına yol verməyəcəklərini bildiriblər.
    Yerli əhali aksiya iştirakçılarına qoşularaq yolu bağlayıblar. Türkiyənin Ermənistanla sərhədində Azərbaycan bayrağını dalğalandırıblar. Sonra aksiya İqdır və Qars şəhərlərində davam etdirilib. Yerli hakimiyyət nümayəndələri ilə görüşən Azərbaycanın media işçiləri, heç bir təzyiqə baxmayaraq Türkiyənin bu vilayətlərində sərhədlərin açılmasına tərəfdar olmadığının bir daha şahidi olublar. Belə ki, aksiya iştirakçılarına dəstək vermək üçün yüzlərlə şəhər sakini onlara qoşularaq sərhədlərin açılmasına etirazlarını nümayiş etdiriblər. Azərbaycanın jurnalist qrupu ermənilərin türklərə qarşı törətdikləri soyqırım abidəsinin qarşısına əklil qoyubar.

    2005
    Milli Qəhrəman Çinqiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Yanvarın 17-ində Toşiyuki Fucivaraya "2004-cü ilin adamı" mükafatını təqdim edib. Yaponiyanın Azərbaycandakı keçmiş səfiri Toşuyiki Fucivara Azərbaycanın təhsil, mədəniyyət, səhiyyə sahələrinə, habelə ölkəmizin qaçqın və məcburi köçkünlərinə göstərdiyi diqqət və yardıma görə bu ada layiq görülüb.

    Fevral ayında ANS TV, günün baş xəbərinə çevrilmiş həbsxana qiyamı barəsində reportajı hazırlamaq üçün yüksək texnologiyalı səyyar peyk televiziya stansiyasının vasitəsilə hadisə yerindən canlı yayım həyata keçirdi. Bu televiziyamızın tarixində yenilik indi. İndi televiziyamız həmin avadanlığın köməyi ilə nəinki təkcə respublika ərazisindən hətta dünyanın istənilən yerindən yüksək keyfiyyətli və operativ yayın təşkil edə bilər.

    Apreldə ANS Nəşriyyat evinin "Hesabat" adlı yeni iqtisadi-siyasi jurnalın ilk buraxılışı işıq üzü gördü. Jurnalda cəmiyyətdə mövcüd olan problemlər barədə korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özbaşnalığı və s. barədə məqalə və şərhlər yer alıb. Elə ilk saydan "Hesabat" əhali arasında böyük maraqla oxunmağa başladı. Jurnal satışa çıxdığı ilk gündən cəmiyyətdə böyük rezonansa səbəb oldu. Jurnal o qədər populyar oldu ki, ANS Press nəşriyyat evi "Hesabat"ı əlavə bir neçə min tirajla nəşr etməli oldu. Jurnalın şef redaktoru Mirşahin Ağayev deyib ki, "Hesabat" Azərbaycanda şəffaf vətəndaş cəmiyyəti qurmaq istiqamətində əlindən gələni edəcək və bu jurnal ölkənin ən ciddi iqtisadi-siyasi jurnalı oladaraq qalacaq. Bu müxalifət mövqeyindən çıxış edən jurnal deyil. Biz Azərbaycana və onun problemlərinə ANS-in əsas prinsiplərindən, dəqiq, qərəzsizlik və vicdanlılıq prizmasından yanaşırıq.
    Sentyabrın 1-də Azərbaycanda ilk özəl yerli radio, Şəki Radiosu efirə çıxacaq. Şəki Radiosu hələlik həftənin altı günü yarım saat, saat 16-30- dan 17-00 dək, yayımlanacaq. Radionun efirində xəbərlər, rayonun sosial-ictimai-siyasi vəziyyətini əks etdirən verilişlər, eləcə də musiqili-mədəni proqramlar yer alacaq. Bundan sonra Şəki əhalisi rayonda baş verən bütün hadisə və yeniliklərdən birbaşa yerli radionun efirindən xəbər tutacaq. Şəki üçün aktual olan bütün məsələlərə Şəki Radiosunun efirindən aydınlıq gətiriləcək. Həftə boyu efirə gedəcək verilişlərdə əsasən Şəkinin iqtisadi göstəriciləri, əhalinin sosial durumu, parlament seçkiləri və Şəkidən namizədliyini irəli sürmüş şəxslərin debatı, habelə Şəkililərin öz dilindən onların məzəli əhvalatları dinləyicilərə çatdırılacaq.
    Oktyabrın 1-dən etibarən ANS Ç.M. radiosunun Şəki studiyası öz fəaliyyətini dayandırıb. Bu addıma, Milli Televiziya və radio şurasının məktubu səbəb olub. Baxmayraaq ki, ANS ÇM ölkədə fəaliyyət göstərən yerli və xarici hüquq təşkilatlarından öz fəaliyyətinin tam qanuni olması barədə müsbət rəylərə malik idi. Sentyabrın 30-da isə Şəki İcra hakimiyyəti Milli Televiziya və Radio Şurasının məktubuna əsasən ANS ÇM-in yerli studiyasını bağlamaq barədə göstəriş verdi. ANS ÇM şirkəti isə Azərbaycan dövlətini təmsil edən strukturların qərarlarına (onların qanuni olub-olmamasından asılı olmayaraq) hörmətlə yanaşır və 2005-ci il okytabrın 1-dən məsələ həll olunanadək ANS ÇM-in Şəki studiyasının fəaliyyətini dayandırıb.
    ANS Press nəşriyyat evi və Çaşoğlu nəşriyyat poliqrafiya evinin birgə nəşr etdiyi "AZƏRİLƏR" kitabının təqdimetmə mərasimi keçirildi. Qeyd edək ki, ingilis dilində nəşr olunan kitabda Azərbaycan mədəniyyəti, incəsənəti tarixi haqda biliklər toplanıb ki, bu da Azərbaycan həqiqətlərinin əcnəbilərə çatdırılmasına xidmət edir. Təqdimat mərasimində iştirak edən görkəmli ziyalılar və dövlət xadimləri kitabın əhəmiyyətindən danışaraq, bu tip nəşrlərin digər xarici dillərdə də nəşr edilməsinin zəruriliyini bildirdilər.

    2006
    Yanvarın 31-də Çingiz Mustafayev fondu və ANS şirkətlər qrupunun təsis etdiyi 'İlin adamı' mükafatı növbəti sahibinə təqdim olundu. 2005-ci ilin yekunlarına əsasən, xalq və dövlət üçün gördüyü müsbət işlərə görə, bu ada Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva layiq görülüb.O, diabetli uşaqlara yüksək qayğı , talassemiyasız həyat , yeniləşən Azərbaycana yeni məktəblər , uşaq evi və internat məktəblərinin inkişafı adı altında həyata keçirilən proqramlar eləcə də milli mədəni irsin qorunub saxlanıması istiqamətində həyata keçirilən bir sıra önəmli layihələrin müəllifi olub.

    ANS Kommers şirkəti 28 may gününü yeni layihə ilə qeyd edib. Bu şirkət öz tərəfdaşlarına qazanc sistemi təklif edir. Bu, nəinki Qafqaz, bütün MDB məkanında analoqu olmayan yeganə sistemdir. Şirkətin baş direktoru Yaşar Fərəcov deyib ki, ANS Kommersin müştərilərinə dəstək məqsədi daşıyan qazanc sistemi layihəsi onlara mükafatlar da qazandıracaq. ANS Televiziyası, Radiosu və ANS Press Nəşriyyat Evinin dərgilərində reklam yerləşdirən hər bir şirkət və fiziki şəxs minimum xərclə maksimum fayda əldə etməklə yanaşı qazanc sisteminə qoşulmaqla müxtəlif mükafatlar əldə edə biləcək.

    Noyabrın 24-də Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası ANS Müstəqil Yayım və Media Şirkətinin həmçinin ANS ÇM Yayım və Media Şirkətinin yayımının dayandırılması barədə qərar çıxardı. Bu həmin dövrə təsadüf edirdi ki, ANS Müstəqil Yayım və Media Şirkəti yaradılmasının 15-ci ildönümünü qeyd etməyə hazırlaşırdı. ANS televiziyası və radiosu 17 gün yayımda olmadı. Bu günlər ərzində istər ölkə daxilindən istərsə də Azərbaycanın sərhədlərindən kənarda yaşayan çox saylı izləyicilərimiz telefonla, faks və elektron məktubları vasitəsilə bizə dəstək olduqlarını, bizimlə birlikdə olduqlarını bildirirdilər. Azərbaycanın müxtəlif zümrələrini təşkil edən insanlar ANS-in yayımının bərpa edilməsinə yardım göstərməsi məqsədilə Azərbaycan Respublikasının pezidenti Cənab İlham Əliyevə müraciət ediblər.

    Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, ATƏT, Avropa Birliyi, Avropa Şurası kimi beynəlxalq institutlar, Sərhədsiz reportyorlar, Hyuman Rayts Voç kimi nüfuzlu qeyri-hökümət təşkilatları dərhal qərarın dəyişdirilməsini və ANS-in yayımının bərpə olunmasını tələb ediblər. Yayımda olmadığı dövrdə ANS kollektivi nəinki Şirkətin sıralarını tərk etdi hətta kanal ətrafında daha da sıx birləşdi.Onlar ANS Televiziyvsının və Radiosunun hüquqlarını müdafiə komitəsini təsis etdilər, imzatoplama kampaniyasında şəxsən iştirak etdilər. Həmin günlərdə ANS-in sadiq izləyiciləri xəbərləri [ internet səhifəsindən əldə edirdilər.
    Dekabrın 10-da Milli Televiziya və Radio Şurası bəyan etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətləri, həmçinin ANS Telekanalının çoxsaylı kollektivinin müraciətini nəzərə alaraq ANS-in yenidən efirə qayıtması barədə qərar çıxarıb.

    2007
    İslam dininin düzgün öyrənilməsi və layiq olduğu şəkildə təbliği, beynəlxalq səviyyədə Azərbaycanın müsbət imicinin formalaşması sahəsində göstərdiyi xidmətlərə, o cümlədən dini liderlərin Moskvada keçirilən ümumdünya sammitindəki çıxışı zamanı ölkəmizin Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin əsaslı şəkildə dini aləmə çatdırılması habelə xeyriyyəçilik fəaliyyətinə görə, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev fondunun təsis elədiyi, artıq Azərbaycan cəmiyyətində qəhrəmanlıq, vətənpərvərlik etalonuna çevrilmiş mükafat, 2006-cı ilin adamı mükafatı təqdim olunub.
    Onu da qeyd edək ki, bu dəfəki təqdimetmə mərasimi də digərilərindən fərqlənib. Mərhum Çingiz Mustafayevin oğlu Fuad da tədbirdə iştirak edib və məhz o, ilin adamı mükafatını Bütün Qafqazın Şeyxinə təqdim edib.

    2008
    Prezident İlham Əliyev bu mükafata bir sıra aparıcı dövlətlərin müqavimət və təyziqlərinə baxmayaraq Bakı-Qars-Axalkalaki dəmiryolu xəttinin təməlinin qoyulması, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sistemində yerinin möhkəmlənməsinin tərkib hissəsi olaraq ölkə qazının Avropa bazarına çıxması, ABŞ və İran arasında xüsusilə gərginləşmiş münasibət fonunda yürütdüyü balanslaşdırılmış siyasət nəticəsində Azərabycanın mümkün təhlükələrdən qoruması, ölkədə və paytaxda infrostrukur layihələrinin uğurla həyata keçirilməsi və bu məqsədlə yeni iş yerlərinin açılması, Azərbaycanda son qaçqın şəhərciyinin ləğv edilməsi, Hərbi sənaye kompleksinin işə düşməsi və ilk hərbi məhsulların əldə edilməsi, Azərbayacan Silahlı Qüvvələrinin ən müasir standartlara cavab serməsi məqsədi orduya ayrılan vəsaitin kəskin aratırlması, ilk müstəqil teleradio şirkəti olan ANS-in fəaliyyyətinin bərpası və lisenziyası müddətinin uzadılmasında oynadığı müstəsna rola, habelə həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına görə layiq görülüb.

    2008
    Hər kəsin, xüsusilə də gənclərin böyük marağına səbəb ola biləcək aylıq «KARVAN» jurnalının ilk sayı 28 fevral 2008-ci il tarixində işıq üzü gördü. Bu jurnalın təsis edilməsindən başlıca məqsəd mənəvi və dini dəyərlərimizi müasir dövrümüzün şəraiti çərçivəsində cəmiyyətə çatdırmaqdır. Dünyada və Azərbaycanda ilk dəfədir ki, İslami dəyərlər bu qədər asan, rahat və maraqlı tərzdə, ən əsası isə müasir üslubda dəyərli oxuculara təqdim edilir. Odur ki «KARVAN» cəmiyyətin bütün təbəqələrinin marağına xidmət edir və istisnasız hər kəsi bu KARVANa qoşulmağa səsləyir. Burada dinlə bağlı aktual məsələlərə mütəxəssislər aydınlıq gətirir, gənclər onları narahat edən bir çox suallara dolğun cavab tapırlar. Jurnal məzmun və dizayn baxımından olduqca rəngarəngdir. Belə ki, müxtəlif rubrikalar ən geniş maraq dairəsini özündə əks etdirir. Məsələn, NADİR TARİX rubrikasında Adəm babamızdan bu yana ən maraqlı və heç yerdə oxuya bilməyəcəyimiz unikal informasiyalarla tanış oluruq. CÜTCÜ rubrikasında kişi-qadın münasibətlərinin ən gizli çalarları, nikah, eşq-məhəbbət macəraları, intim həyat barədə məlumatlar İslam dini baxımından işıqlandırılır. İZAHAT rubrikasında şou-biznes nümayəndələrinin dini mövzularda açıq etiraflarının, onlardan necə izahat alındığının şahidi oluruq. Tanınmış simalar digər dərgi və qəzetlərdə açıqlamadığı xəbərləri məhz KARVANın ÜZÜM rubrikasında açıqlayırlar. Bunlarla yanaşı, əyləncə, dəbdə olan müsəlman geyimləri, müsabiqələr və daha nələr, nələr…
    Bütün bunlardan agah olmaq istəyənlər, BU KARVANDAN GERİ QALMAYIN!

    2008
    ANS Press nəşriyyat Evinin yeni məhsulu 48 səhifədən ibarət «Sarı» jurnalıdır. Jurnal yerli və xarici şou-biznes xəbərləri, tanınmış sənət adamları ilə müsahibə, sənət aləmində baş vermiş qalmaqallı hadisənin araşdırılması, kino, musiqi və texnoloq sahəsində baş verən yeniliklərlərdən ibarət olacaq.
    «Sarı» dərgisini nəşr etməkdə əsas məqsəd tanınmış adamları cəmiyyətdə malik olduqları nüfuz qarşısınlda məsuliyyətə dəvət etməkdir. Söhbət ilk növbədə efirin imkanları nəticəsində çox vaxt layiq olmadıqları populyarlığa psixoloji baxımdan hazır olmayan yerli şou biznes nümayəndələrinin böyük bir qrupunun ictimai davranışından gedir. «Sarı» xəbərdarlıq işığının rəngidir.

    2009
    Azərbaycanın xalq rəssamı Tahir Salahov Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun təsis etdiyi «İlin adamı» mükafatına layiq görülüb. O, bu mükafata sərt üslubun banisi olmaqla dünya rəssamlıq sənətinə verdiyi samballı töhfələrə, XX-XXI əsr bəşəriyyətin müasir dahi təsviri sənət ustaları arasına daxil olduğuna, öz əsərləri ilə ölkəmizin beynəlxalq miqyasdakı mühüm roluna və dünyada azərbaycançılıq ideyalarını yaydığına görə layiq görülüb. Mükafatın tədqim etmə mərasimində Tahir Salahov belə deyib: “İlin adamı” adına layiq görülmək çox xoşdur. Çox böyük hisslər keçirirəm. Mükafat qəlbimə məlhəmdir. Mən özümü təkcə ilin deyil, zəmanənin adamı hiss edirəm. Belə anlarda mənə elə gəlir ki, görkəmli şəxsiyyətlərimiz, yaradıcılığı insanların qəlblərini riqqətə gətirən - Qara Qarayev, Fikrət Əmirov, İmran Qasımov və bir çox başqaları da mənim yanımdadır. Onların ruhu bizimlədir”.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: ANS Şirkətlər Qrupu

    ANS in xeberleri eladir keyfiyyeti de devizleri de

  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: ANS Şirkətlər Qrupu

    Son vaxtlar tezliyini deyishibler tuta bilmirem
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.