Premyer Liqanın XXI turunun iki oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq."Neftçi" - "Xəzər-Lənkəran" və "Qarabağ" - "İnter" matçlarını televiziyadan izləyə biləcək.
Turun əsas oyunu - Azərbaycan derbisi olan "Neftçi" - "Xəzər-Lənkəran" matçını "İdman-Azərbaycan" kanalı tamaşaçılarına təqdim edəcək. Qarşılaşmanın start fiti saat 14.00-da veriləcək.
Bu tur həmçinin "altılıq" oyunu olan "Qarabağ" - "İnter" matçına da canlı baxmaq olacaq. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmanı Az.TV yayımlayacaq. Oyun saat 14.15-də start götürəcək.

17 fevral

"Neftçi" - "Xəzər-Lənkəran"
T.Bəhramov adına Respublika stadionu. Saat 14:00 (canlı, "İdman Azərbaycan")

"Qarabağ" - "İnter"
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:15 (canlı, AzTV)