Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Bəxtiyar Vahabzadə - Deyil mi?

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Bəxtiyar Vahabzadə - Deyil mi?


    Ömür başdan-başa, beşikdən ─ qəbrə
    Həyatın sevinci, qəmi deyilmi?
    Ölüm bir ömürlük iztirabların ─
    Ağrının, acının cəmi deyilmi?

    •••••

    Mə`nəvi dünyaya qalxıb ucalmaq
    Qanadlı duyğuya qismətdir ancaq,
    Beləysə, ömürdən, gündən kam almaq
    Hər Kəsin arzusu, kamı deyilmi?

    •••••

    Keçir məqamlar da gündə yüz əldən,
    Hansı gizli əldir pozan, düzəldən.
    Sənin güvəndiyin Dünya əzəldən
    Əkilən, biçilən zəmi deyilmi?

    •••••

    Ayaqlar altında yer oldu tapdaq,
    Sirrini, məğzini bilmədik ancaq.
    Tapdaq etdiyimiz bu qara torpaq
    Əbədi mənzilin damı deyilmi?

    •••••

    Damımız üstündə gəzər, hey gəzər,
    Hərə öz qəlbiycə bir mənzil bəzər.
    Torpağı sormaqdan etmədik həzər,
    Bu da ağlımızın kəmi deyilmi?

    •••••

    Ötəri mənzildə qədər hökm edər,
    Kimimiz bal içər, kimimiz zəhər.
    Əbədi mənzildə hamı ─ bir nəfər,
    Bir nəfər özü də hamı deyilmi?

    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.