Sadelövh könlümden men cana geldim,
Cefakeş qelbimden feqane geldim,
Sensiz de dünyanın işi keçermiş Xeyyam,
Sen ne üçün bu dünyaya geldin.
Heyatın sirrini bilseydi ürek,
Bilerdi ölümün sirri ne demek,
Bugün sağlığında heç bir şey bilmeyen, .
Ölüb getdi sabah ne edecek.
Bilmirem Yaradan ne verib mene,
Cennete gedirem, ya cehenneme,
Burada saz, mey, bir de o gözel yar, o senem,
O nisye cenneti Ömer Xeyyam verirem sene.
Cennet cehenneme geden yox, könül,
Gedib de geriye dönen yox, könül,
Ümid ve qorxumuz o şeydedir ki,
O şeyden bir xeber veren yox, könül.
Ömer Xeyyam
Ömer Xeyyam
Printable View
-
04-06-2007, 05:38 PMElifÖmer Xeyyam
-
04-06-2007, 05:39 PMElif
Xeyyam, keçmişi bilir, zamanını görür, sabahı düşünür; keçmişin hesretiyle gelecek ümidini birleştirir. ...İnsan oğlu, Xeyyam'ın rübailerinde, özünü, özünün müxtelif, bir birine zidd hallarını görmüş, şübhesini, yasını, eşqini, hesretini hiss etmiş, qisasını almış, göz yaşını silmiş, sevgilisinin üzünün yumşaqlığını hiss etmiş, heyatın boşluğunu qavramış, geleceyin hesretini çekmişdir; Xeyyam'ın rübailerini oxuyan Xeyyam'laşmıştır...
Abdülbaki Gölpınarlı, Hayyam ve Rubaileri, s. 41 -
04-06-2007, 05:41 PMElif
Könül zemaneden ehsan gözleme,
Dövran gerdişinden sehman gözleme,
Sen derman axtarsan artacaq derdin,
Döz acı derdine derman gözleme. -
04-06-2007, 08:07 PMSindy
hayifki yasadigiiz heyatda elimizde olan gozellikleri duymuruq,yalniz onlari itirince anlayiriq.tesekkurler Elif
-
04-08-2007, 08:01 PMAhdes
arkadaş dünya için boş yere üzülme
şu hurda dünya için gereksiz yere üzülme
var olan zaten geçti yok da ortada yok
şen ol da var için yok için üzülme
ÖMER Hayyam
Elif emeğine sağlık teşekkürederiz -
09-02-2009, 11:34 AMRaqfoRRe: Ömer Xeyyam
eger rubailerden xeberiniz yoxdursa yazmayin.adi heca bolgusu gozlenilmir,sehvinizin yalniz birini duzeldirem
Sadelovh konlumden men cana geldim
Cefakes omrumden fegana geldim
Mensiz de dunyanin isi kecirmis
Eceba ne ucun cahane geldim? -
09-02-2009, 11:39 AMkombat80Re: Ömer Xeyyam
:alqis: ::yerivar::
-
09-02-2009, 05:06 PMsuzi333Re: Ömer Xeyyam
Dünyada akla değer veren yok madem,
Aklı az olanın parası çok madem,
Getir şu şarabı, alın aklımızı:
Belki böyle beğenir bizi el alem!
ÖMER HAYYAM -
12-27-2009, 01:55 AMGLAMOURKARe: Ömer Xeyyam
Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?
Dünya - ömrümüzdən keçən bir andır,
Ceyhun - gözümüzdən axan leysandır;
Cəhənnəm - boş əməl qığılcımıdır,
Cənnətsə xoş keçən rahat zamandır.
Şad ol, ömrü vurma kədərlə daşa,
Bu zalım dünyada sən adil yaşa.
İndi ki, dünyanın sonu yoxluqdur,
Zənn et yoxsan, ömrü azad vur başa.
Əlimdə olsaydı əgər iqtidar
Bu köhnə fələyi kökündən yıxar,
Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.
Ey fələk, xəsisə izzət verirsən,
Ev, hamam, dəyirman - sərvət verirsən,
Sənin tək fələyə tüpürmək gərək;
Azad insanlara zillət verirsən.
Ulduzla doludur bu böyük eyvan,
Onlara çox ağıl qalmışdır heyran
Ağıl kələfini itirmə əsla!
Kainat özü də qalıb sərgədan.
Xilqetin baslica mehveriyik biz,
Derk etsen,besiret covheriyik biz.
Cahan dairesi qizil bir uzuk,
Onun en deyerli govheriyik biz. -
12-27-2009, 02:14 AMGLAMOURKARe: Ömer Xeyyam
Omer Xeyyam yaradiciliginin vurgunuyam.Amma teesufler olsun ki,mende olan rubailer kitabi ruscadir.Eger kimdese Omer Xeyyamin Azerbaycan diline tercume olunmush rubaileri varsa yerleshdirinde foruma zehmet olmasa.
-
12-31-2009, 03:05 AMGLAMOURKARe: Ömer Xeyyam
Əlimdə olsaydı əgər iqtidar,
Bu köhnə fələyi yerindən yıxar.
Yerində elə bir cahan qurardım
Ki, hamı yaşardı azad, bəxtiyar.
-------------------------------------
Bu iki qapılı dünya ki, vardır.
Qəm çəkən, can verən insana dardır.
Anadan olmayan hətta bir nəfəs,
Həyat sürməyənlər nə bəxtiyardır. -
12-31-2009, 10:10 AMDamla1Re: Ömer Xeyyam
Ömər Xəyyam
Görünür mən kimi olmuş bu da bir aşiqi-zar,
Bağlamışdır onu zəncirinə bir zülfi-nigar.
Gördüyün qulpu çamur parçası zənn etmə, saqın,
Bir gözəl boynuna keçmiş qola çox bənzəri var!
***
Kiminin fikrinə hakim görünür məzhəbü din,
Kiminin saplanaraq qaldığı hər şəkkü yəqin,
Ansızın bir də baxırsın ki, çıxar bir nadi
Bağırır: "Hey, nə odur yol, nə bu, qafil, miskin".
***
O saraylar ki, buludlarla öpüşməkdə bu gün,
Üz sürərlərdi keçən şahlar onun xakinə dün.
İştə gördüm, qonaraq bürcümə bu qumru ötər,
Sanki der: "Hey gidi, hey! Nerde o gün? Nerde o gün?"
***
Bir böyük quş qonaraq bürcünə gördüm Yusun
Süzərək kəlləsini pəncədə Keykavusun,
Sanki söylərdi: "Hanı dünkü o həşmət, o cəlal?
Hanı keçmişdəki avazeyi-təblü kusun?"
Dünən meyxanada mən bir qocadan
Soruşdum ki: "Gedib bu qədər insan,
Onlardan xəbər ver". Dedi: "Şərab iç!
Gedənlər qayıtmaz bir də heç zaman". -
12-31-2009, 10:11 AMDamla1Re: Ömer Xeyyam
İnsana daima qəm verir fələk,
Bir qursa, birini dağıtsın gərək.
Dünyaya gəlməyən bilsə, gələnlər
Nə çəkir, gəlməkçün bəsləməz dilək.
***
Dünən bir bazarda gördüm kuzəgər,
Çamırı təpiklə yoğurub əzər.
Çamır kuzəgərə dedi: "Yaxşı bax,
Mən də sənin kimi deyildim məgər?"
***
Bu fələk ki bizi hərlədir hər an,
Seçilməz sehrbaz fanuslarından.
Günəş çırağıdır, dünya fənəri,
Bizsə şəkil kimi içində heyran.
***
Biz qəflət toruna düşmüş bir quşuq,
Dünyanın dərdindən cana doymuşuq.
Nə gəlmək arzumuz olub, nə getmək
Bu damsız, qapısız yerə uymuşuq.
Ömər Xəyyam -
12-31-2009, 11:38 AMGLAMOURKARe: Ömer Xeyyam
Dünən meyxanada mən bir qocadan
Soruşdum ki: "Gedib bu qədər insan,
Onlardan xəbər ver". Dedi: "Şərab iç!
Gedənlər qayıtmaz bir də heç zaman". :meyus: -
12-31-2009, 11:54 AMDamla1Re: Ömer Xeyyam
Üzülme..Yeni il her il gelir :D
