tesekkurler![]()
4 sonuçtan 1 ile 4 arası
-
12-13-2009, 03:06 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Bəxtiyar Vahabzadə (Fəryad pyesindən) - ALLAH!
Idraka yol açmış gecədən gündüzə ALLAH!
Güldürməsən öz könlünü gülməz üzə ALLAH!
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.
Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!
ALLAH bilirik cismi deyil,bəs nədir ALLAH?
Ən yüksək haqda olan həqiqətdir ALLAH!
Dondunsa təkamülcə gözəllik qabağında.
Dərk et,bu təəccübdə,bu heyrətdədir ALLAH.
Bildik,bilirikgizlidir insandakı qüdrət.
Hər kəs onu fəhm etməsə acizdir o əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət.
İnsanlığa hörmətdə,ləyaqətdədir ALLAH!
Fitrətdə yatır sözdə sözün öz yükü fikrin.
Seçmiş,seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam yarpağı sözlərkökü fikrim.
Sözlərdə deyil sözlərdəki hikmətdədir ALLAH!
İnsan!-təpədən dırnağa sən arzu diləksən.
Nəfsində doyumsuz,fəqət eşqində mələksən.
Zülmün üzünə haqq düyilən şilləni çək sən.
Şillən də möhürlənmiş o qeyrətədir ALLAH!
Cahil enər alçaqlığa öz qədddini yenməz.
Vicdandan əgər dönsədə,öz xeyrindən dönməz.
Zülmətdə,cəhalətdə,ədavətdə görünməz.
İlqarda,sədaqətdə,məhəbbətdədir ALLAH!
-
12-24-2009, 11:32 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Bəxtiyar Vahabzadə (Fəryad pyesindən) - ALLAH!
-
12-24-2009, 11:38 PM #3
Re: Bəxtiyar Vahabzadə (Fəryad pyesindən) - ALLAH!
çox gözəl...
REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)
-
12-25-2009, 10:47 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Bəxtiyar Vahabzadə (Fəryad pyesindən) - ALLAH!
çox sağolun minnətdaram.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla




Yer imleri