Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Horacio Quiroga. "Oğul". (hekayə)

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Horacio Quiroga. "Oğul". (hekayə)



    Horacio Quiroga
    1878-1937

    Terror və facilərdən bəhs edən hekayələri ilə məşhur olan Horacio Quiroganın bütün həyatı xəstəlik və bədbəxtlik içində keçmişdir.Atasının çox erkən yaşlarında atışmada güllə ilə vurulması və faciəli ölümü, daha sonra atalığının intiharı onu sarsıtdı və bu ona çox pis təsir etdi. Horasio Quiroga içkiyə qurşanarkən böyük narahatlıqlar içindəydi və müəllimlik fəaliyyətinə də onda başladı.
    Bir gün qayıqda içgili silahını silib təmizləyərkən təsadüfi açılan güllə ilə dostunu öldürdü. Dərd ona üstün gəldi və Buenos-Airesi tərk edərək, Şimali Argentinanın vəhşi regionlarına üz tutdu.
    Horasio Quiroga çox sadə bir həyat keçirməyin vurğunuydu və qərara aldı ki, Argentinanın uzaq bir məkanında torpaq sahəsi alsın, pampıq əksin və o belə də etdi.
    O, 1909-cu ildə evləndi və iki uşağı oldu. Çətinliklər davam edirdi , arvadı bütün bunlara dözə bilmədi, iki uşağını və özünü öldürdü.
    Elə o vaxtdan başlayaraq Horasio Quiroğa öz kiçik hekayələrini çap etdirməyə başladı . Onun ən məşhur YAZIları TALES OF LOVE , MADNESS, AND DEATH AND EXİLES-dir . 1937-ci ildə o xəstələndi , Buenos-Airesə qayıdıb klinikaların birində tibbi yoxlamadan keçdi, öyrənəndə ki, xərçəngdi, intihar etdi.
    Horasio Quiroganın kiçik hekayələrində Edqar Allan Po nun güclü təsiri hiss edilir , bu kiçik hekayələrdə böyük yığcamlıq vardır və onun qəhrəmanları çox tez- tez əqli cəhətdən qeyri –normal vəziyyətdə və illuziyalarla təsvir olunurlar, bu isə insanın taledən qaçması kimi görünür.Bu kiçik hekayələr daha çox insanın köməksizliyini və taleyin qəddarlığını bir daha nümayiş etdirir.
    Note: Bu Horacio Quiroga yaradıcılığı ilə Azərbaycan oxucusunun ilk tanışlığıdır.


    OĞUL



    Misionesdə hərarətli və füsunkar bir gündür. Təbiət göz oxşayır .Günəşli və sakit atmosferdə ata da təbiət gözəlliyindən həzz alır.
    “ Ehtiyatlı ol, oğlum”,- o sözünü yekunlaşdıraraq oğluna son məsləhətini verir və oğlu da atasını diqqətlə dinləyir.
    “Oldu, ata”- oğlu tüfəngi götürüb , patronları ciblərinə yığaraq cavab verir.
    “Lança kimi qayıt,”- ata əlavə edir.
    “Yaxşı , ata,”- oğlu cavab verir.
    O tüfəng əlində atasına gülümsünür, öpüşüb görüşür və yola düşür . Atası oğlunun ardınca baxır, sonra o günü görəcəyi işi davam etdirir, oğlundan qürur duyur həm də. O başa düşür ki, oğlu uşaqlıq dövrünü başa vurduğundan , hər cür təhlükədən qorunmağın çəmini bilir, tüfəng atıb, ov ovlamağı da bacarır.
    Onun on üç yaşı var, ancaq o yaşından çox ucaboylu görünür. Təmiz mavi gözləri ,uşaq sadılövhlüyü və təəccüblülüyü isə onun xeyli gənc olduğundan xəbər verir.Ata gənc oğlunun yaşına görə çox irəli getdiyini, yəni çoxbilmişliyini başından keçirərək , gözlərini gördüyü işdən ayırmadan işinə davam edir.
    Oğlan indi qırmrzı yolu keçmişdir və meşənin quşların çox olduğu hissəsinə tərəf irəliləyir. Meşədə xəzli ayı ovlamaq üçün onun kiçik oğlundan bir az da hövsələli olmaq lazımdır ki, buna nail olasan.
    O, meşənin izolə olunmuş sahəsini keçəndən sonra , bataqlıqdan xeyli uzaqdakı kaktus ağacları olan yerə qədər gedəcəkdi, göyərçinləri , tikanları , yaxud dostu Johnun bir neçə gün əvvəl bu yerlərdə ilk dəfə görmüş olduğu bir cüt vağı da axtaracaqdı.
    İndi tənha qalmış ata iki oğlunun ov həvəslərini gözünün qarşısına gətirərək azacıq gülümsünür.Bəzən onlar ancaq yacutoro ya da çox balaca surucua quşu vurub geri qayıdırlar, bu silahları- doqquz millimetrlik tapançanı, bir də on alti kalibrli St. Etienne silahını, ağ –qara barıtı və s. ona təpədəki kiçik daxmada bir vaxt John vermişdi.
    Onun da həyatı belə keçmişdi . On üç yaşından silahı vardı. Oğlu da indi həmin yaşdaydı , ata bunu yadına salıb qımışır. Arvadını itirmiş və anasız oğul böyütmüş ata üçün bu heç də asan deyildir. Çətinlik həmişə insanın yol yoldaşıdır, ancaq hər şey adamın özündən asılıdır.Gözünün nuru da get-gedə azalır, qarabasmalar onu arabir girinc edir, ov qurşağını tarazlayarkən oğlunun emalatxanasında gülləni çəkiclə döyəclədiyini də görür.
    O, qəflətən çox da uzaq olmayan məsafədən güllə səsi eşidir .
    “St.Etienne silahıdır “, - səsi tanıyır,-“Meşədə daha iki göyərçin azaldı.”
    Bu olaya rəğmən ata öz işinə davam edir .
    Günəş artıq çoxdan çıxıb , şəfəqləri artmaqdadır. Baxsan görərsən ki, qayalarda , torpaqda , ağaclarda, havada elə bil soba yanır , hərarətin çoxluğu sanki hər şeyi yırğalayır.
    Ata saatına baxır , artıq günortadır . Başını qaldırıb meşəyə tərəf baxır . Oğlu gərək indiyə qayıtmış olaydı . Onlar- ata və on üç yaşlı oğlu – bir-birinə məbədə inanan kimi inanırlar və heç vaxt bir-birini aldatmırlar.
    Oğlu—“yaxşı, ata”- deyə onu arxayınlaşdırmışdı, əlbəttə sözünü xatırlayacaq , o dedi ki, saat on iki olmamış qayıdacaq və elə onda da ata gülümsünmüşdü.
    Oğlu isə hələ qayıtmamışdır. Birdən o başa düşür ki, artıq üç saat olar ki, güllə səsi eşidib, bu da çoxdan olub. Ata ondan sonra heç bir səs eşitməyib , heç gözünə quş da dəyməyib.Ata papaqsız və silahsız çölə qaçır.O, kəsə yolla qaçır, meşəyə daxil olur , kaktus ağaclarını arxada qoyur , ancaq oğlunun izinə heç yerdə rast gəlmir . O, bataqlığı –zadı vecinə almır , elə hey gedir və bilir ki, hər addım onu bədbəxtliyə aparır , o yerə ki, öldürülmüş oğlunun cəsədini üzü evə tərəf sürünən halda tapacaq.
    “Oğlum!”- o qəflətən haray çəkir .
    Əgər bir adamın səsi onun ağlamağını bildirirsə , qulaqlarımızı tutaq ki, açıq-aydın həyəcanlı olduğu bilinən o səsi eşitməyək .Heç kəs cavab vermir.
    Heç nə yoxdur .Günəşin qıpqırmızı etdiyi ləpirin izi ilə indi ölmüş oğlunu axtaran atanın artıq on ildir ki, qocaldığı aşkarca görünür.
    “Oğlum, oğlum!”—qışqırığı ata qəlbinin dərinliyindəki sonsuz övlad sevgisindən xəbər verir.
    Bir dəfə xoş günlərin birində ata qarabasmadan əziyyət çəkərkən sarı rəngli güllənin oğlunun alnından deşik açdığını da görmüşdü.
    İndisə o meşənin hər yerində işıq məftilinin parıltısını görür, şalbanın yanında qədimi fitilli tüfəng də var, həm də görür ki, özünün...
    “Oğlum! Oğulcığazım!..”
    Fiziki cəhətdən güclü görünən yazıq atanın qorxulu qarabasmasının da həddi vardı, bizim bu hekayəmizdə o özünə gəlir və qəflətən görür ki, oğlu cığırın qırağı ilə gəlir. Dəli kimi olmuş qaç- qovla gələn on üç yaşlı silahsız uçaq atasının əlli metrliyindədir.
    “Mənim balaca oğulcığazım,”—kişi pıçıldadı.
    Üzülmüş ata ağ qumlu torpağa sərilmişdi , gəncin ayaqları isə onun qolları üstündəydi.Uşaq atasının qolları arasında , dizlərinə yaxın olsa da başına əl çəkərək , anlayır ki, atası dərd içindədir.
    “Yazıq atam!”
    Vaxt ötdü. Saatın üç olmasına var hələ . İndi ata və oğul geriyə - evə qayıdırlar.
    “Necə oldu ki, günün batmağını hiss eləmədin, görmədin ki, gecdi daha?”- ata lap astaca soruşdu.
    “Bilmədim, ata...Elə qayıtmaq istəyirdim ki, Johnun vağlarını gördüm və onlara baxa- baxa qaldım”
    “Məndən ötrü narahat olmağına səbəb nədir, mənim balam?”
    “Ata, ata...”-gənc də dedi.
    Uzun sükutdan sonra :
    “Bəs vağlar necə oldu ? Sən vurdunmu onları?”-ata soruşur.
    “Yox...”
    Bu əslində həqiqət deyildi.Hava isti olsa da , bu göyün altıda, yerin üstündə , keyfi saz ata boyu – boyunca olan oğlu ilə bərabər evə qayıdır .
    Özünü nasaz hiss etməsinə baxmayaraq , gülümsəsə də tər onu götürüb gedir və bu xoş qarabasma içində gülümsünür...
    Ata təkdir. Heç kimi bulmayıb, qollarını havada yelləyir.Arxasında ayaqları şalbana toxunan ,tikanlı məftilə dolaşan sevimli oğlu isə səhər saat onda öldü.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.