Hardasan gülüm
Yayından sıyrılmış ox olub getdin
Elə bil illərmiş yox olub getdin
Sən ki bir çiçəkdin çoxalıb getdin
Haraya baxıram ordasan gülüm
Yuvası uçulmuş quşa dönmüsən
Közümü yandıran yaşa dönmüsən
Köksümün başında daşa dönmüsən
Yığılıb-yığılıb burdasan gülüm
Sən özgə əsiri,mən sənə əsir
Həsrətin qəlbimi doğrayıb kəsir
Üz-üzə gələndə dodağın əsir
Elə bil boranda qardasan gülüm
Mənim sevgim sevənlərdən çox ötə
Qıyma bu eşqimiz beləcə bitə
Daha dözəmmirəm mən bu həsrətə
Hardasan,hardasan,hardasan gülüm
Sənsiz könlüm nə ovundu,toxtadı
Gözlərim yollarda əlim haqdadı
Sevincin də gülüşün də saxtadı
Yalqız gecələri dardasan gülüm
A məndən inciyən,a məndən küsən
Bilmirəm sehrsən,bilmirəm nəsən
Elə bil gözümün bəbəyindəsən
Haraya baxıram ordasan gülüm
Mehman Göytepelinin şeirleri
Printable View
-
12-09-2009, 12:09 AMzeynalov_Mehman Göytepelinin şeirleri
