men de cox tesirlendim![]()
![]()
2 sonuçtan 1 ile 2 arası
-
11-21-2009, 11:28 AM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Cabir Novruz - Anam can vermə , can vermə
ANAM, CAN VERMƏ, CAN VERMƏ
Anam Qızılgülə son vida
Əziz anam, canım, gözüm,
Anam, can vermə, can vermə!
Qoy laylanı deyim özüm,
Laylam, can vermə, can vermə!
Sənsiz ömrü talan ollam,
Qəm mizrabın çalan ollam,
Can alanın canın allam,
Allam, can vermə, can vermə!
Əl-ayağın buz olsa da,
Bədənin köz-köz olsa da,
Dərdin əlacsız olsa da,
Loğman, can vermə, can vermə!
Quruca nəfəsin, sözün,
Havam, suyum, əzmim, gücüm,
Sən dünyasan mənim üçün,
Dünyam, can vermə, can vermə!
Al mənim qalan ömrümü,
Al övlad, bala ömrümü,Ömrünə cala ömrümü,
Dayan, can vermə, can vermə!
Odlayır göyləri ahım,
Ümidim, arxam, pənahım,
Mənə can verən Allahım,
Canım, can vermə, can vermə,
Anam can vermə, can vermə!
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
11-21-2009, 09:32 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Cabir Novruz - Anam can vermə , can vermə


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri