Əsas məzmuna keç
4 sonuçtan 1 ile 4 arası
Like Tree1Beğenme
  • 1 Gönderen Damla1

Məhəmməd Füzuli yaradicilığı şerləri

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Məhəmməd Füzuli yaradicilığı şerləri

    Məhəmməd Süleyman oğlu Füzuli - görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.
    Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

    XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.
    Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

    "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.


    Füzulinin Bakıdakı abidəsi (heykəltaraşlar Ömər Eldarov və Tokay Məmmədov)Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

    Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

    Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

    Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

    Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

    Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

    Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

    Məni candan usandırdı
    Məni candan usandırdı, cəfadan yar usanmazmı?
    Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

    Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
    Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

    Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
    Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

    Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
    Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

    Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
    Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

    Degildim mən sənə mail, sən etdin əqlimi zail,
    Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

    Füzuli rind ü şeydadır, həmişə xəlqə rüsvadır,
    Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Məhəmməd Füzuli yaradicilığı şerləri

    Canı kim cananı üçün sevsə
    Canı kim cananı üçün sevsə cananın sevər,


    Canı üçün kim ki, cananın sevər, canın sevər.

    Hər kiminki aləmdə miqdarıncadır təbində meyil,
    Mən ləbi cananımı, Xizr abi-heyvanın sevər.

    Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,
    Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.

    Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,
    Qansı şuxun bilməzəm zülfi pərişanın sevər.

    Su ki sərgərdan gəzər, başında vardır bir həva,
    Qaliba, bir gülrüxün sərvi-xuramanın sevər.

    Aqibəti rüsva olub mey tək düşər xəlq ağzına,
    Kim ki, bir sərməti saqi ləli-xəndanın sevər.

    Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edibdir.
    Qayəti derlər, ola bir bəndə sultanın sevər


    Zülfi kimi ayağın qoymaz öpəm nigarım

    Zülfi kimi ayağın qoymaz öpəm nigarım,
    Yoxdur onun yanında bir qılca etibarım.

    İnsaf xoşdur, ey eşq, ancaq məni zəbun et,
    Ha böylə möhnət ilə keçsinmi ruzigarım?

    Bildi təmami-aləm kim, dərdməndi-eşqəm,
    Ya rəb, hənuz halım bilməzmi ola yarım?

    Vəslindən ayrı nola qanim tökülsə gül-gül,
    Mən gülbüni-bəlayəm, bu fəsldir bəharım.

    Təsvir edən vücudim yazmış əlimdə sağər,
    Rəf olmağa bu surət yox əldə ixtiyarım.

    Dur istəmən zəmani-mey sayəsin başımdan,
    Topraq olanda ya rəb, dürdi-mey et qübarım.

    Rüsvalərindən ol məh saymaz məni Füzuli,
    Divanə olmayımmı, dünyadə yoxmu arım?
    nisanis bunu beğendi.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika United States
    Mesajlar
    2.811

    Re: Məhəmməd Füzuli yaradicilığı şerləri

    Şifâ-yı vasl kadrin hicr ile bîmâr olandan sor

    Zülâl-i şevk zevkin teşne-i didâr olandan sor



    Lebin sırrın gelip güftâra benden özgeden sorma

    Bu pinhân nükteyi bir vâkıf-ı esrâr olandan sor



    Gözü yaşlıların hâlin ne bilsin merdüm-i gāfil

    Kevâkib seyrine şeb-ta-seher bîdâr olandan sor



    Gamından şem’ tek yandım sabadan sorma ahvalim

    Bu ahvâli şeb-i hicrân benimle yâr olandan sor



    Harâb-ı câm-ı aşkam nergis-i mestin bilir hâlüm

    Hârâbat ehlinün ahvâlini hammâr olandan sor



    Muhabbet lezzetinden bi-haberdir zâhid-i gāfil

    Fuzulî aşk zevkin zevk-i aşkı var olandan sor





  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Məhəmməd Füzuli yaradicilığı şerləri

    Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?
    ele bil bizim bu gun ucun yazib ,cox saq ol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.