2 sonuçtan 1 ile 2 arası

NƏ SƏN GÜLSƏN, NƏ MƏN BÜLBÜL.

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    92

    NƏ SƏN GÜLSƏN, NƏ MƏN BÜLBÜL.

    Bir qız qarlı qış günündə
    Dibçəkdə bir gül bitirdi.
    Qış fəslində gülə baxıb
    Ürəyinə yaz gətirdi.

    Bu gül, əsl qızılgüldü -
    Ləçəkləri varaq-varaq.
    Tikanı bol, rəngi qızıl,
    Ətri yoxdu onun ancaq.

    Qonşuluqda bir oğlanın
    Qəfəsdə bülbülü vardı.
    Oğlan onun nəğməsilə
    Dərdlərini ovudardı.

    Nə oldusa...
    oxumadı,
    Susdu bülbül birdən-birə.
    Oğlan düşdü min fikirə.
    Qonşudakı qızılgüldən
    Xəbər tutdu oğlan bir gün.
    Bülbülünü o gətirib
    Qənşərinə qoydu gülün.

    Gül, bülbülü görən kimi
    Sığallandı,
    tumarlandı.
    Gözlərinə naz-qəmzədən
    Sürmə çəkib xumarlandı...

    Oxumadı bülbül yenə
    Susub durdu,
    Lal kəsildi
    Bu hal gülə acıq gəldi.
    Gül daha da şivələndi,
    Susub durdu bülbül yenə
    Həsrət qaldı bu dar qəfəs
    Nəğməkarın nəğməsinə.

    Bu inadı görüncə gül,
    Rəngi soldu,
    Xəzan oldu
    Yumaq kimi tez yumuldu.

    Yavaş-yavaş dilə gəldi
    Bu dəm bülbül
    Dedi: - Ey gül,
    məni tanı
    Ürəyimdə qəm karvanı,
    Sən gülsənsə, ətrin hanı?
    Demə susub nədən bülbül?

    Yazım dönüb sazaq olub
    Köksüm başı dağ-dağ olub
    Vətənində dustaq olub
    Çox desə də, "Vətən", bülbül.
    Dibçəkdəsən, qəfəsdəyəm.
    Sən əlacsız, mən xəstəyəm.
    İndi özgə həvəsdəyəm, -
    Ağlar zədən-zədən bülbül.

    Zaman bizdən kam alıbdır,
    Daha ürək qocalıbdır.
    Bizdən ancaq ad qalıbdır,
    NƏ SƏN GÜLSƏN, NƏ MƏN BÜLBÜL.NƏ SƏN GÜLSƏN, NƏ MƏN BÜLBÜL.
    Bextiyar Vahabzade
    Baştan yaşama şansım olsaydı eğer; kusursuz olmaya çalışmaz rahat bırakırdım yüreğimi korkmazdım çok riske girip sana aşık olmaktan..

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: NƏ SƏN GÜLSƏN, NƏ MƏN BÜLBÜL.

    tesekurler gozeldi

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.