2 sonuçtan 1 ile 2 arası

Sevgiliye son mektub

  1. #1
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    41

    Sevgiliye son mektub

    Bir gün həyatımdan ördürərcəsinə çıxacaqsan və mən səni daima son günki halınla xatırlayacağam. Sənin ən gözəl halın hansı idi deyə düşünürəm. İçimdən bir səs məni illər öncəyə aparır. Səni hər an içimdə hiss edə bilirəm. Bunun ən yaxşı anıda budur.


    Bir gün həyatımdan ördürərcəsinə çıxacaqsan və mən səni daima son günki halınla xatırlayacağam. Sənin ən gözəl halın hansı idi deyə düşünürəm. İçimdən bir səs məni illər öncəyə aparır. Səni hər an içimdə hiss edə bilirəm. Bunun ən yaxşı anıda budur.

    Sən nə qədər anlaya bilirsən bilmirəm. Amma mənim kimi hər şeydən və hər kəsdən uzaq bir həyatın olmasaydı bunun nə demək olduğunu anlardın. Səni anlaya bilirəm. Sevdiklərin və sənə dəstək verən hər kəsin yanında ikən ağlamaq belə sənin üçün təbii gələr.

    Mənim üçün mükəmməl olan hər şey sənə təbii gəlir. İndi yatmışsan. Bir siqaret yandırmış yatağının başında yaşadıqlarını və mənim sənə söylədiklərimi və hətta yaşadıqlarının bir səhv olduğunu düşünürsən. Bilirəm qanayan yarayam sənin üçün. Bir xəta, bir səhv.

    Ancaq sadəcə olaraq sevmişdim səni. Hələ də ağlımdan çıxmırsan. Sonuncu olaraq çıxmayan olacaqsan. Səni əsla unutmayacam. Yerlərdə sürünüb yox olsam, evlənib uşaq sahibi olsan və adım bir yana, dünyada olduğumu unutsan belə yenə buraxdığın yerdə olacağam.

    Parkdakı uşaqlara baxıb səni yaşayacam. Səni içimdən söküb atmaq, həyatımın qalanını sənsiz yaşamağı öyrənməliyəm. O vaxta qədər ki, içim səni gördüyündə heç zaman sızlamasın. Sən utanmalı, sən başını əyməlisən. Etdiklərindən utanmalı, ürpədəcək qədər üşüməlisən yayın qızğın istisində.

    Amma xeyir bunu sənə yaraşdırmaram. Sən bunları yaşamamalı, görməməlisən. Qorxma körpəciyim mən səni gizli bir yerdən seyr edər sonra bir an içində yox olaram. Sən görməyəcəksən məni. Bəlkə bir gün ortaq bir tanıdığımızdan xəbərimi alarsan. Necə biri olduğumu düşünüb üzülərsən.

    Qulaq asma yalandır. Sənin üzülməyin üçün söylənmişdir. Bir gün yorğun bədənimi səmalara daşıyacaqlar bu mənim ən sevimli günüm olacaq. Sevdiklərimi oradan görə biləcəyəm. Son bir sevgi son bir firavanlıq tapdım səninlə.

    Bir qismi insan üçün çox qısa oldu. Mənim üçün bir ömrə bərabər oldu. Mən gözlərimdə yaşadım bu eşqi və yenə gözlərimdə buraxdım ümidlərimi. Bunları bir gün oxuyacaqsan. Oxuyarkən ağlayacaqmısan bunu bilmirəm. Canımın içi sənin məni anlaya bilməyin üçün çox zaman keçməsi gərəkdir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sevgiliye son mektub

    cxo maraqli bir fikir SENIN MENI ANLAYA BILMEYIN UCUN COX ZAMAN KECMESI GEREKDI

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.