Köhnə bir şeirimi sizinlə paylaşmaq istədim... Bunu haçansa bir qış yazmışdım.
BİR QIŞ GECƏSİ YAZILMIŞ ŞEİR.
İŞIQLAR KEÇƏNDƏ QIŞ GECƏLƏRİ,
YORĞANIM SOYUQDAN TİR-TİR ƏSƏNDƏ
BƏYAZA BÜRÜNMÜŞ BUZ KÜÇƏLƏRİ,
SƏRGARDAN GƏZƏNDƏ,YALQIZ GƏZƏNDƏ-
SƏNİ DÜŞÜNÜRƏM DONMAMAQ ÜÇÜN...
SƏNİ DÜŞÜNÜRƏM BUZLAR ƏRİYİR,
GÖZ YAŞI TÖKMƏYƏ BAŞLAYIR KÜÇƏ.
SƏNİ DÜŞÜNÜRƏM QIZLAR ƏRİYİR,
ƏRİYİR NƏ VARSA PARKDA BU GECƏ...
SƏNSİZ GƏZİŞDİYİM BUZ KÜÇƏLƏRDƏ,
ŞAXTA KÖYNƏYİMDƏN,CANIMDAN KEÇİR.
GAH ƏYRİ GAH DA Kİ,DÜZ KÜÇƏLƏRDƏ,
YOLUM KAFELƏRİN YANINDAN KEÇİR.
ELƏ BİL YOLLARIN ÜSTÜNDƏ OLUR,
QARA GÖZLƏRİNİN BƏYAZ KÖLGƏSİ...
QƏFİLDƏN NƏFƏS TƏK İÇİMƏ DOLUR,
KAFEDƏN DUYULAN MUSİQİ SƏSİ.
MÜĞƏNNİ OXUYUR SƏNİN SƏSİNDƏN,
ELƏ BİL NƏYİSƏ TAPIB,GEDİRƏM.
HƏR AÇIQ KAFENİN PƏNCƏRƏSİNDƏN,
İSTİ BİR HƏRARƏT QAPIB,GEDİRƏM.
HƏR ŞİRİN GÜLÜŞDƏN,HAYDAN-HARAYADAN,
KAFEDƏN GÖRÜNƏN YARIMÇIQ AYDAN,
BİR AZ STOLDAKI QƏHVƏDƏN,ÇAYDAN-
BİR AZ SİQARETDƏN DARTIB GEDİRƏM.
DEMƏ Kİ,DONURSAN BİR ƏLAC YOXDUR,
SƏNİ DÜŞÜNƏNDƏ ÇAYA,QƏHVƏYƏ-
NƏ DƏ SİQARETƏ EHTİYAC YOXDUR.
SƏNİ DÜŞÜNƏNDƏ QIZIŞIR İÇİM,
DAHA GƏRƏK OLMUR SİQARET ÇƏKİB-
HANSISA KAFEDƏ İSTİ ÇAY İÇİM...
SƏNİ DÜŞÜNƏNDƏ GÜN OLMUR HƏDƏR,
SAÇIMDAN BAŞLAYIB QANIMA QƏDƏR,
QARŞISIALINMAZ VULKAN OLURAM,
ƏN MƏĞLUBEDİLMƏZ İNSAN OLURAM.
ONDA BİLİRƏM Kİ, DƏYƏRİN NƏDİR...
ONDA BİLİRƏM Kİ, İŞSİZ OLMAĞIM
HƏYATIN İÇİMDƏ DƏRD TİKMƏYİ DƏ,
METRONUN HƏDDİNDƏN ARTIQ DOLMAĞI,
ELƏ AVTOBUSUN GECİKMƏYİ DƏ
HAMISI ADİCƏ BOŞ BƏHANƏDİR...
ÇÜNKİ SƏN YANIMDA DEYİLSƏN MƏNİM...
QİSMƏT
140 sonuçtan 41 ile 50 arası
-
12-11-2007, 09:00 PM #41
Qismətdən
Salam dostlar həmişəki kimi yenə bir şeirimi siznlə bölüşürəm...
MÜQƏDDƏS YALANLAR.
BİR GÜN GETMƏYİB ÖMÜRDƏN HƏDƏR,
NƏ OLSUN KÜSMÜŞÜK,BARIŞMIŞIQ BİZ.
GÖRÜŞ XATİRİNƏ DÜŞÜN NƏ QƏDƏR,
MÜQƏDDƏS YALANLAR DANIŞMIŞIQ BİZ.
AZMI DEMİSƏN Kİ : “ UNİVERSİTETDƏ -
TƏDBİR VAR AY ANA” -GÖRÜŞMÜŞÜK BİZ.
AZMI DEMİŞƏM Kİ : “MƏN İNTERNETDƏ,
BİR AZ LƏNGİYƏCƏM “-GƏZİŞMİŞİK BİZ.
AZMI DEMİSƏN Kİ : “ MÜƏLLİM SAXLADI”
MƏNİMLƏ BİR YERDƏ OLMUSAN FƏQƏT.
AZMMI DEMİŞƏM Kİ : “DEKAN YOXLADI”
AMMA GÖRÜŞMÜŞÜK HARDASA XƏLVƏT.
AZMI DEMİSƏN Kİ : “TELEFONDAKI,
QRUP YOLDAŞIMDIR, YAXIN RƏFİQƏM”
FƏQƏT ANLAMAYIB ANAN ONDA Kİ,-
XƏTTDƏN O UCDAKI “ RƏFİQƏN” MƏNƏM.
BİR GÜN DƏ GETMƏYİB ÖMÜRDƏN HƏDƏR,
NƏ OLSUN ARABİR DALAŞMIŞIQ BİZ.
GÖRÜŞ XATİRİNƏ DÜŞÜN NƏ QƏDƏR,
MÜQƏDDƏS YALANLAR DANIŞMIŞIQ BİZ.
QismətQismət
-
12-11-2007, 10:26 PM #42
Qismət
Qismət
-
12-12-2007, 08:00 PM #43Member
- Üyelik tarihi
- Oct 2007
- Mesajlar
- 34
Re: Qismətdən
Qismət bəy salam . Bu şeirdə Nəriman Həsənzadəyə müraciət etmisənmi ?
qisi Nickli Üyeden Alıntı
Onun da bu mövzuda belə bir şeri var , istərdim ki oxuyasan . Bu kimi şeirlər gələcək fəaliyyətində yardımçı olar sənə .Sözün böyüyü böyüyün sözüdür .
-
12-13-2007, 03:24 PM #44
Qismət
Salam Dede.Nəriman Həsənzadənin yaradıcılığına çox yaxından bələdəm.Düz düyirsən təxminən bir ruhda onun da bir şeiri var.Əgər səhv xatırlamıramsa "Tələbəlik" şeiridir.Mən sadəcə bir az fərqli tərəfdən müasir detallarla yanaşmaq istəmişəm məsələyə.Amma əgər sənə və digər oxuculara o şeiri xatırladıbsa deməli nəyisə düz eləməmişəm və ya bu şeir uğursuz alınıb.Sözsüz ki, bu mənim tələbəlik illərində yazdığım şeirdir və təsir olduğunu danmıram.Amma bu məncə mənfi təsirlənmə deyil.Deyəsən Ramiz Rövşən demişdi bir dəfə : " Mən siqaretimi sənin siqaretindən alışdırıramsa bu o demək deyil ki, sənin siqaretini çəkirəm." Biganə qalmadığın üçün minnətdaram.Əgər sənin ətrafında bu şeiri səndən başqa oxuyanlar olubsa lütfən onların fikirini mənimlə bölüş.Bir dəfə yazmışdım yenə təkrarən yazıram : İstər sərt,kəskin istərsə yumuşaq,mülayim nə cür tənqidiniz və ya şərhiniz varsa lütfən bölüşün.Tənqidləri qəbul etməmək kimi kompleksim yoxdur.Bu anlamda sənə çox minnətdaram ki,duyduğun,hiss etdiyin şeyləri yazmaqdan çəkinmirsən.Çox sağ ol.Qismət
Qismət
-
12-13-2007, 08:19 PM #45Member
- Üyelik tarihi
- Oct 2007
- Mesajlar
- 34
Qismət mən demirəm ki şeri oğurlamısan və ya filan , əstəğfurullah . Sadəcə qeyd etdim ki bu məzmunda Nəriman Həsənzadənin bir şeri var . Oxusan bu mövzuda yardımçın olar . Bax qardaş eləsinə qalsa gərək biz əlimizə qələm alıb yazmayaq , bizdən qabaq təxminən nə varsa hamısı deyilib . İndi mövzu tapmaq həqiqətən də çətindir ...
Mən özüm də şer yazandan sonra inan ki hansısa bir şairimizin təsirini görürəm öz üzərimdə . Başlanğıc üçün bu belə də olmalıdır . Ədəbiyyat estafet ağacıdır , əldən - ələ , dildən - dilə gəzir . O hissləri yaşayırıq , yaşadırıq ...
Dediyim o şeri bura köçürürəm , ümid edirəm ki maraqlı olar sənin üçün .
Qadına məktub
Sizin qızınızla görüşürük biz ,
Gedirik gah yolla , gah kənar izlə .
Bunu mən bilirəm , siz bilmirsiniz , -
O gəlir sizin öz icazənizlə .
Tələbə yoldaşı , rəfiqəsi var ,
İşi də çox olur , bəzən dərs də .
Mənəm ,
Qızınızın necə deyərlər , -
" Tələbə yoldaşı " , " rəfiqəsi " də .
Mən başa düşürəm , siz anasınız ,
Ürəyə sığışmır adi həyacan .
O , evə dönəndə nigaransınız
Evdə olanda da mənəm nigaran .
Bir ömrün mənzili uzun , ya qısa ...
Məhəbbət , doğmalıq -
Hansı qədimdir ?!
O , sizin adicə qızınızdısa ,
O , mənim yeganə səadətimdir .
Siz də heyransınız , mən də bir qıza ,
Gəlin qapısından o , girməlidir .
Dünya elədir ki ,
Bir tapırsa ,
Biri ... təbiidir , itirməlidir .
Doğruluq rəmzidir sizin qızınız ,
Gözündən oxunur qəlbi , isməti .
Sizin bu sevdada uduzmağınız ,
Sizin borcunuzdur , mənim qismətim .
Gərək darılmasın bu eşqə həyat ,
Deməyin biz kimik , nəçiyik , nəyik ...
Yad ikən doğmayıq ,
Doğma ikən yad ,
Dünya qəribədir , biz qəribəyik .
Sizin adınıza hörmət , ehtiram ,
Qadın qarşısında baş əyib aləm .
Mən də baş əyirəm , vidalaşıram -
Qızınız gələcək , mən getməliyəm .
Nəriman HəsənzadəSözün böyüyü böyüyün sözüdür .
-
12-14-2007, 02:12 PM #46
Qismət
Dede dostum mənim də sənə yazdıqlarımdan əsla mənfi reaksiya verirmişəm kimi anlam çıxartma.Əsla.Mən də sadəcə olaraq Nəriman Həsənzadə yaradıcılığıyla yaxından tanış olduğumu anlatmağa çalışdım.Bu şeiri də oxumuşdun.Amma təkrar yazdığın üçün çox sağ ol.Bir dəfə Nəriman müəllim bizim universitetə (mən Odlar Yurdu universiteti bitirmişəm,indi magistraturadayam) gənc şairlərlə görüşə gəlmişdi.Mən də öz şeirlərimlə birgə səhnədə sənin yazdığın bu şeirini oxumuşdum.Yadıma o anlar düşdü... Doğrusu unutmuşdum.Qaldı ki,sənin dediyin təsirlənmə məsələsinə həqiqətən də nə yazırsan sonra baxırsan ki,bu və ya digər dərəcədə kiminsə hansısa şeirinə bənzərlik var.Ramiz Rövşən demiş :
" Şair olmaq istəyirəm,
bu sözləri çırpın məndən"
Günlərin bir günü mən də təxminən bu təsirlənmə və ya bənzərlik məsələsini düşünərkən bir az daha ictimai konteksdə "Çıxardın əynimdən bu adamları " şeirini yazdım.Şeir belədir :
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
QƏZƏBİM ÖZÜMƏ AR GƏLİR MƏNİM,
MƏN DAĞAM, ZİRVƏMƏ QAR GƏLİR MƏNİM,
ADAMLAR ƏYNİMƏ DAR GƏLİR MƏNİM,
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
BİLƏNLƏR OLANI DANIŞMIR MƏNƏ,
QARIŞIR GUYA Kİ,QARIŞMIR MƏNƏ,
ADAMLAR QƏTİYYƏN YARAŞMIR MƏNƏ,
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
LAL OLSAN LALDILAR KARSAN KARDILAR,
FİKRİMİN ÖNÜNDƏ BİR HASARDILAR,
BUNLAR NƏ YAPIŞQAN ADAMLARDILAR,
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
NƏ SUSMAQ, NƏ DİNMƏK İSTƏYİRƏM MƏN,
AHIMA İSİNMƏK İSTƏYİRƏM MƏN,
ÖZÜMÜ GEYİNMƏK İSTƏYİRƏM MƏN,
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
nə isə dostum belə-belə işlər.yenidən virtual bir söhbətdə görüşənədək.Çox sağ ol.QİSMƏTQismət
-
12-15-2007, 10:36 PM #47Member
- Üyelik tarihi
- Oct 2007
- Mesajlar
- 34
Aralıq dənizinə
Yanına gəlmişəm sinəsi dağlı ,
Dərdimi , qəmimi əritmək üçün .
Bir həsrət önündə qolları bağlı ,
Ağlar bir ürəyi kiritmək üçün .
Niyə ləpələrin ovutmur məni ?
Niyə dalğaların könlümü almır ?
Yol alıb beynimə fikir yelkəni ,
Hələ ,
Küləyin də qeydimə qalmır .
Oxşamır saçımı əvvəlki kimi ,
Dəniz nəvazişin hara çəkilib ?
Nəğmə de ,
Layla çal ,
Ovut qəlbimi ,
Bu kövrək ümidim sənə dikilib .
Susursan .
Ağzında qalıbdır gözüm ,
Sanki bir qayasan , dəniz deyilsən .
Bəlkə , dillərimiz ayrıdır bizim ???
Lalmısan ?!
Karmısan ?!
Bilmirəm nəsən !
Sən də insanlar tək yad olma barı ,
Çox görmə qayğını , nəvazişini .
Ömür də əyilir qüruba sarı ...
Rədd etmə qəribin bu xahişini .
Səni anlayıram ; - iki yadıq biz !
Saxtasan ,
Umduğum o zər deyilsən .
Gəl bu sözlərimdən incimə dəniz :
- Dənizsən , amma ki Xəzər deyilsən
Dərviş .Sözün böyüyü böyüyün sözüdür .
-
12-15-2007, 10:38 PM #48Member
- Üyelik tarihi
- Oct 2007
- Mesajlar
- 34
Səs salma yatanlar oyanar , qoy hələ yatsın .
Yatmışları razı deyiləm kimsə oyatsın .
M.Ə.Sabir
Babacan , asta danış , qoy uyusun millət hələ !...
Keyfimi sorma baba , ömr edirik , illət hələ !
Pis deyil , rüşvət alıb pis gün üçün pul yığırıq ,
Saman altındadı su , üzdə isə çox fağırıq ,
Ay kişi , qoyun nədi , biz indi insan sağırıq ,
Birtəhər girləyirik bir başı min zəhmət ilə
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Güclü alver edirik , bax , qoz alıb - qoz satırıq ,
Mersedeslərdə gəzib erməniyə naz satırıq ,
Özümüz həsrət ikən , Avropaya , qaz satırıq ,
Səbr elə , halva nədir , xaş bişəcək ... möhlət hələ ,
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Sülh ilə qaytarırıq torpağı . maşallahı var ,
Nə olsun ermənidir , onların da Allahı var ,
Bu işdə bir balaca dünyanın da günahı var
A kişi dözümlü ol , görməmisən zillət hələ .
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Özünün imarətin , ev - eşiyin , gül sənə nə ?!
Bu xəmir su istəyir , bişmədi xəngəl sənə nə ?!
Top - tüfəng kar eləməz , cəhd eləmə gəl , sənə nə ?!
Qarabağ getsə belə getməsin bu qəflət hələ
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Doludur əcnəbilər , sən Bakını görməyəli ,
Boş oturmaq nəmənə , iş də var onlar gələli ,
İşləyən öz əlimiz , pul qazanır özgə əli ...
Qarnı boş . qəlbi dolu get özünü yellət hələ
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Ağlın olsun a kişi fərli - başlı söhbət elə !
Baba , get , dərdin alım , qoy uyusun millət hələ !!!
DərvişSözün böyüyü böyüyün sözüdür .
-
12-15-2007, 10:53 PM #49Member
- Üyelik tarihi
- Oct 2007
- Mesajlar
- 34
İlk baxışdan məhəbbət
İnanmasan ilk baxışdan məhəbbətə ,
İlk baxışdan sevənləri qınamayın !
Həqiqətdir .
Şəkk eləmə həqiqətə ,
Bir atəşdir ...
Atəş ilə oynamayın !
Qabağından bir can alan gələr keçər ,
Baş qaldırar qəlbindəki arzu istək .
Bir təbəssüm ürəyini dələr keçər ,
Qovrularsan ....
Duz səpilmiş bir yara tək .
Sızlayarsan köklənməmiş kaman kimi ,
Ürək bir söz söyləməyə saz axtarar .
Dilə gələr arzuların sarı simi ,
Özgəsinə deyilməmiş söz axtarar .
Anlayarsan :
Baxışda da sevgi varmış ,
Bilərsən ki bu - bir sirrdir , bir hikmətdir .
Dil susanda baxışlar da danışarmış ,
Sevən üçün bir baxış da məhəbbətdir !!!
DərvişSözün böyüyü böyüyün sözüdür .
-
12-15-2007, 11:23 PM #50
təbriklər
Salam Dərviş.Şeirlərini oxudum.Gözəl şerilərdir.Sabirə nəzirən haqqında yazmışdım yenə yazıram.Konkret şeirdir.Hədəfi tən ortadan vuran şeirdir.Əsası axcıdır və məzmunludur.Gözəldir.Amma Üç şeir arasından Aralıq dənizinə şeirini lap bəyəndim.Dəniz əsrlərdən bəri romantizm simvoludur və şeirdə dəniz olanda istər istəməz o şeir ikiqat təsirli,poetik,axıcı və gözəl.Təbii ki, istedadlı bir qələm sahibinin qələmindən çıxarsa...Sənin isə istedadının şərhə ehtiyacı yoxdur.Hər şey bütün çılpaqlığıyla göz önündədir. "ömür də əyilir qüruba sarı..."- nə gözəl deyimdir. " - dənizsən, amma ki Xəzər deyilsən"-super misradır.unutmadan bir məsləyə də açıqlıq gətirim.Sənə "sən"-deyə xitab etməkdə ümid edirəm ki,səhv etmirəm.Çünki hansı yaşda olduğunu dəqiq bilmirəm.Əgər yaşca məndən böyüksənsə çox-çox üzr istəyirəm.Amma hər halda belə daha səmimi alınır.Nə isə .Uğurlar dost.Çox sağ ol.Qismət
Qismət


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri