yaxsi serdi,tesekkur edirem...
Öz Şer'ləriniz
Printable View
-
05-29-2008, 12:02 AMSindy
-
05-30-2008, 12:57 PMDervich
Qələmə aldığım bir yuxu ....
Bir dinclik axtarsam yuxularımda ,
Mənə işgəncədir yuxularım da .
Dərviş 2007
Gecə gördüm yuxuda " fəxri xiyaban " tikirəm ,
Özümə görk eləyib , özgəyə örnək çəkirəm .
Nə fəlakət gətirib kim ki bu xalqın başına ,
Yazıram etdiyini ibrət üçün başdaşına ;
Bu kişi nazir olub , xırd eləyib beş rayonu ,
Ki Vətən xainidir ; ön sıraya gömdüm onu .
Bu da şairdi guya , zalıma məddahlıq edib
Susdurub düz deyəni mətbuatda şahlıq edib .
Hələ sən zabitə bax , cəbhədə döndü qadına ,
Satdı əsgər yeməyin , daş - qaş aldı arvadına .
Ayırıb bölgələrə torpağımı bax bu gəda ,
Bir zaman cəhd elədi ayrıca dövlət yarada .
Bu da düşmən köpəyi hərzə deyən ağzıcırıq
Çörəyiylə böyüyüb Türkə söydü zatıqırıq .
Bu polis rəisi idi , hakim ilə əlbir olub ,
Şərə saldı neçəsin , azad etdi yaxşı " yolub " .
Xəstədən rüşvət alıb son nəfəsdə bax bu həkim ,
Bu müəllim , bu vəkil ... bir - bir indi admı çəkim ?!
( Ahhhh Vətən , ta nə deyim ?! Çəkməyə dərdin bir ələm .
Bu Elin dərdlərini yazmağa aciz bu qələm . )
Gün gəlir , Dərviş ölür , dəfn edilir bir məzara ,
Özü - öz etdiyinə ürcah olur bəxtiqara .
Toz basan başdaşını gözləsə də insan əli ,
Öndə sərhəd çəkilib , bir yazıda ; TƏHLÜKƏLİ !!!
Yanda məmur dayanıb , qarnı dizindən aşağı ,
Məzarı göstərərək yaxına çəkir bir uşağı :
- Bu oğul , kafir olub , ömrü boyu hərzə deyib ,
Dirilər bir tərəfə , ölüyə belə zülm eləyib .
- Bəs niyə başdaşına bu boyda lövhər vurulub ,
Adi bir insan üçün bir belə dəsgah qurulub ???
- Görk olsun özgəsinə , söz deməsin bir də yenə ,
Tüpür oğlum
Tüpür oğlum
Bu itin cəmdəyinə !!!
Dərviş 28.05.08 -
06-05-2008, 01:25 AMDervich
Ürək
Bilirəm , bezmisən iynəli sözdən ,
Bir az dözümlü ol , üzülmə ürək !
Təkcə sən bilirsən nə çəkirəm mən ,
Sən sussan bəs məni kim dindirəcək ?!
Hanı sədaqətin , əhdin , ilqarın ?!
Demə ki - bizimki bura qədərmiş !
Hanı vüqarın ki burulğanların
Önünə dağ kimi səbrini gərmiş …
Bilirəm ,
Xətrinə çox dəymişəm , çox ,
Bir az qürurluyam ; Təbiətimdən …
Bəzən hiddətimi , nifrətimi yox ,
Səni susdurmuşam ; Məhəbbətimdən !!!
Bağışla , bağışla !
Yenə deməzdim ;
Deyirəm zirvəni duman almasın .
Məndən olsa idi üzr istəməzdim ;
Yazıqdır , arzular yetim qalmasın .
Şair ürəyisən , dözməlisən sən ,
Nə qədər işgəncə versələr sənə .
Sən axı böyüksən , cılız deyilsən ,
Bağışla !
Bağışla !
Bağışla yenə !!!
04.06.08 Dərviş -
06-07-2008, 03:24 PMAnelDərviş, sizə halal olsun!Alıntı:
Dervich Nickli Üyeden Alıntı
Şeri o qədər çox bəyəndim ki... Zəmanəmizə lap ayna tutmusunuz.
Ümumiyyətlə, bütün burda oxuduğum şerlərinizi bəyənirəm. Amma, bu tamam başqadır. Ürəyiniz, zəkanız, ilhamınız sağ olsun, var olsun. Çox sağ olun.. -
06-07-2008, 03:25 PMAnel
Göz yaşı, eşit məni ağlamayacağam!
Ömrümə qəm qonaq gələn zamanda,
Susub-susub, daş kimi dayanacağam.
Düyümlənib boğazımda məni boğsan da,
Göz yaşı, eşit məni, ağlamayacağam!
İblis tora salsa, fələk fırlansa,
Mən də, o çərx kimi dolanacağam.
Səbrim də qorulsa, qərarım daşsa,
Göz yaşı, eşit məni, ağlamayacağam!
Zülmün sevincində şad, şən, firavan,
Dondan-dona girib, oynayacağam.
Zülm özü mənimlə oynayan zaman,
Göz yaşı, eşit məni ağlamayacağam!
Qəhərim qopsa da, əzab çaxsa da,
Mən ki, elə buludam, qaralacağam.
Könlümün körpüsün yarıb, axsan da,
Göz yaşı, eşit məni ağlamayacağam!
Bəsdir şişirdiyin bu gözlərimi,
Qəlbim kimi, onları da dağlamayacağam.
Toplayıb könlümün qəlpələrini,
Göz yaşı, eşit məni ağlamayacağam!
Sən ki, tez-tez gəlirsən, axı yoruluram,
Səni geri-geri verib, boğulacağam.
Bəlkə yolunu kəsib, daralacağam,
Amma, bil ki, bir daha ağlamayacağam!
Sevincdən deyilsə növbəti gəlişin,
Heç gəlmə göz yaşı, qoymayacağam,
Əriməsin sənin də mən tək günəşin
Göz yaşı, eşit məni ağlamayacağam! -
06-08-2008, 11:32 PMSindy
super serler idi,tesekku edirem...
-
06-09-2008, 01:46 PMDervichAnel xanım təşəkkür edirəm xoş sözləriniz üçün . Bu sadəcə gördüyüm vahiməli bir yuxu idi , qələmə almaq istədim , amma heyif ki tam olaraq yaza bilmədim . Sindy sizə də təşəkkür edirəm , həmişə dəstək verirsiniz , bu isə mənə ilham verir ...Alıntı:
Anel Nickli Üyeden Alıntı
Anel xanım göz yaşları şerinizi oxudum . Başqa şeirlərinizi də oxumuşdum , düşünməyi , daha doğrusu daha geniş düşünməyi bacarırsınız .Şeirdə bədii cəhətdən bəzi səhvlər var , ruhdan düşməyin bu zamanla düzələcək . Baxın bu səhvlər məndə də var və məni də tənqid edirlər . Sizə sadəcə yol göstərmək və sizi yaxşı tənqid etmək lazımdır . Bir daha qələminizə qüvvət olsun deyirəm . Ürək sevgiylə vurursa , beyin düşünürsə əllər yazmağa məcburdur və siz yazacaqsınız .
İndi isə bu barədə sizə şəxsi məsaj göndərəcəm , təklifimi bəyənsəniz sevinərəm ...
Elif xanım , səhifəni boş yerə doldurmamaq məqsədiylə bura yazım ürək sözlərimi . Çox sağ olun , təşəkkür edirəm xoş sözləriniz üçün . Həmişə etimadınızı doğrultmağa çalışacam .
Hər birinizə hörmətlə . -
06-09-2008, 07:04 PMElif
Dervich, şerleriniz çox gözel devamını gözleyirem.
-
06-10-2008, 03:25 PMfidan494Alıntı:
Anel Nickli Üyeden Alıntı
xoşbəxt görünüb gözyaşlarını içinə axıtmaq həmişə asan olmur, lakin insan bunu da bacarmalıdır
qarşıdakı insan buna dəymirsə... -
06-10-2008, 03:43 PMAnelSalam Fidan. Səninlə razıyam, tamamilə doğrudur. Hətta göz yaşları sakitləşdirir, boşaldır nəyisə az-çox. Amma, bəzən elə olur ki, insan bunun mümkünsüz olduğunu bilə-bilə artıq ağlamaq istəmir, üzülmək istəmir. Artıq bezir bu əzabdan doğan göz yaşlarından. Bax, elə mənim də qəhrəmanım bunlardan biridir. Təbii ki, bir çox şey kimi bu da mümkün olmayan bir şeydir. Göz yaşı axacağı qədər axacaq. Amma, insan da öz üsyanını durdurmayacaq, nə qədər boşa olsa da.Alıntı:
fidan494 Nickli Üyeden Alıntı
