Könlüm
Yenə bulud kimi tutub yükünü ,
Yol alib qüssədən şələli könlüm .
Yagır sətirlərə göz yaşı kimi
Dərdi yarasını dələli könlüm .
Gülsə də içində bir hicran yatır ,
Ağlayır , gecəni gündüzə qatır .
Neyləsin gücü tək gözünə çatır ,
Gecələr gözləri giləli könlüm .
Yenə küsdürüblər , üzü gülməyir ,
Özünə qəsd edir , əli gəlməyir ,
Nə yaşaya bilir , nə də ölməyir ,
Ümidi içində öləli könlüm .
Sevgisi buluddur , xəyalı şimşək ,
Göylərdən enmir ki belindən düşək .
Canım , əlini ver bir az dərdləşək
Dil - dili unudar , əl - əli könlüm !
Düşdüm arxasınca Dərviş elədi ,
Heç qərar tutmadı , gərdiş elədi ,
Tərkidünyalığı vərdiş elədi ,
Göz açıb dünyaya gələli könlüm .
Dərviş 04.04.08
Öz Şer'ləriniz
Printable View
-
04-19-2008, 04:24 AMDervich
-
04-20-2008, 11:29 PMSindy
gze ser idi.tesekkurler.
-
04-21-2008, 02:21 PMmustafapasa
En yakın deniz kenarına atıyorum kendimi!
Her dalga halime üzgün, her dudakta bana tebessüm!
Ne vardı diyorum ne vardı: şu kaldırımda resmin olsaydı!
Eğilip öperken ben görenler varsın dileniyorum sansaydı!
-
04-21-2008, 02:21 PMmustafapasa
Eskiden yeterdim kendime artardım bile
Şimdi ne yapsam nafile
Kim demiş can tekdir diye
Bu can tedirgin bende
Çünkü yarısı sende yarısı bende
-
04-21-2008, 02:22 PMmustafapasa
Gözlerini görmedim henüz
İnsan gözlerini görmeden nasıl sevdalanır böyle ?
Düşledim seni sadece,
Hayal ettim…
Hayal ettim;
Bir kumsalımız olmuş,
Gece elele yürümüşüz ıslak kumlarda,
Sen bana, ben sana
Kumsal bize dokunmuş,
Denize bakmışız birlikte,
Yıldız seçmişiz gökyüzünden kendimize.
Tenini koklamadım henüz
İnsan tenini koklamadan nasıl sevdalanır böyle ?
Düşledim seni sadece,
Hayal ettim…
Hayal ettim;
Bir bahçemiz olmuş
Sen balığın yanına roka toplarken,
Ben çiçekler toplamışım,
Beyaz örtülü yemek masamıza
Karnımız aç, doymamışız bir balıkla
Doymamışız birbirimize
Sana dokunamadım henüz
İnsan dokunmadan nasıl sevdalanır böyle ?
Düşledim seni sadece,
Hayal ettim…
Hayal ettim;
Seni sadece
Ve sevdalandım.
-
04-21-2008, 02:22 PMmustafapasa
en sevdiğim şiirleri paylaştım sizlerle benim değil hiçbiri :utandim:
-
04-21-2008, 02:53 PMAnelŞerinizi bəyəndim, çox sağ olunAlıntı:
Dervich Nickli Üyeden Alıntı
-
04-30-2008, 10:56 PMexceptionRe: öz şeirlerimizAlıntı:
qisi Nickli Üyeden Alıntı
Qismət.............................. -
05-27-2008, 05:47 PMDervichAlıntı:
Sindy Nickli Üyeden Alıntı
Alıntı:
Anel Nickli Üyeden Alıntı
Münasibət bildirdiyiniz üçün gec də olsa təşəkkür edirəm . Həmçinin Qismət bəyə . Amma mümkünsə iradlarınızı da əsirgəməyin ...
Bəzən səhvlər başqa gözlərdə daha aydın özünü büruzə verir ... -
05-27-2008, 06:04 PMDervich
Düşüncə
İşdən qayıdıram , yenə bu axşam ç
Elə üşüyürəm açılmır donum .
Doğmaca bir səsə həsrət qalmışam ,
Nə doğma dillənir , nə telefonum .
Geriyə dönürəm atıb bir addım ,
Kimsə nəsə deyir üzümə baxıb ...
Elə fikirliyəm nəinki adım ,
Evimin yolu da yadımdan çıxıb .
Könlüm intizarda , ürək narahat ;
Niyə bir tanış üz yolumu kəsmir ?!
Yuvama dönürəm guya bu saat
Ayağım getsə də ürək tələsmir .
Səhərlər bir yola salanım olsa ,
Axşam yerişimə haram qatmaram ,
Gözləri yollarda qalanım olsa ,
Yolumu uzadıb gec qayıtmaram .
Qapımın zəngini toz basıb indi ...
Açarın çəkisi çəkimdən ağır ,
Evim unudulmuş məzar kimidir ,
Qorxuram
İçindən sükunət yağır .
İçəri girəndə hər dəfəsində
Divarlar şığıyıb üstümə gəlir ,
Qıvrılıb qəbrimin bir köşəsində
Nələr çəkdiyimi bir Allah bilir !
Bir də görürəm ki mənim yerimdə
Qələmim səhərdən məni gözləyir ,
Hələ dil açmayan şeirlərim də ,
Öz körpə səsiylə " bəri gəl " deyir .
Uçunur bədənim yaralı quş tək ,
Könlüm dilə gəlir sarı sim kimi ,
Kövrəlib köksümdə titrəyir ürək ;
Hamiyə rast gələn bir yetim kimi .
Siz ey şerilərim , sağ olun ki siz ,
Hər ağır günümə haray gəldiniz !!!
Siz mənim ən yaxın könül sirdaşım ,
Qəlbimdə çırpınan ləpələrimsiz .
Siz atam , siz anam , bacım , qardaşım ,
Sevgilim , sevimli körpələrimsiz !!!
Dərviş 10.04.08
