fidan494 Nickli Üyeden Alıntı
Salam...
Fidan...
Cəmiyyət insanı dəyişməz. İnsan cəmiyyəti dəyişər. İndiki dövrdə hər kəs söhbət açılanda "zəmanə pis zəmanədir" deyərlər. Yadda saxlamaq lazımdır ki, zəmanənin heç bir dəyişikliyi yoxdur. İnsanlar çox dəyişib
140 sonuçtan 91 ile 100 arası
-
01-25-2008, 07:42 PM #91
Qismət
Fidan çox sağ ol.
PƏRDƏ
GECƏLƏR YORUCU , UZUN VƏ SOYUQ...
SƏN GECƏQUŞUSAN QULSAN,KÖLƏSƏN.
ÇÖLDƏ QARANLIQDIR HAVA YOXSA YOX,
PƏRDƏNİ ÇƏKMƏSƏN HARDAN BİLƏSƏN?
BUMBUZ ÇARPAYIDA BULANIQ İŞIQ...
BURDA KİŞİLƏRƏ HÖRMƏT BAŞQADIR.
MƏHƏBBƏT QARIŞIQ,ŞƏHVƏT QARIŞIQ,-
MÜŞTƏRİ BAŞQADI,QİYMƏT BAŞQADI.
DÜNYANIN İÇİNDƏ DÜNYADI BU YER,
BU YERDƏ QADINA HƏVƏS AYRIDIR.
BURDA MƏHƏBBƏTLƏR BİRGECƏLİKDİR,
BURDA HAVA AYRI , NƏFƏS AYRIDIR.
EY PULA ƏTİNİ SATAN GÖZƏLÇƏ !
BİR GÜNDƏ MİNİYLƏ YATAN GÖZƏLÇƏ,
TƏMİZ DUYĞULARI,TƏMİZ HİSSLƏRİ-
KAĞIZ PARÇASIYÇÜN GÜNDƏ YÜZ DƏFƏ
ÇARPAYI ÜSTÜNƏ ATAN GÖZƏLÇƏ,-
ŞAMPANI YERƏ QOY ! SAXLA GÜLMƏYİ !
SƏNƏ KİM ÖYRƏDİB FAHİŞƏLİYİ?
DENƏN HEÇ ÖZÜNDƏN UTANMISAN MI,
BİLİRSƏN,SƏN TƏMİZ QALA BİLƏRDİN?
ƏGƏR BÜDRƏYƏNDƏ DURA BİLSƏYDİN,
BƏLKƏ SƏN ANA DA OLA BİLƏRDİN...
BƏLKƏ DƏ NƏ VAXTSA SƏN DƏ SEVMİSƏN,
NƏ VAXTSA QƏLBİNDƏ ODUN OLUBDUR?
YAXININ OLUBDUR,YADIN OLUBDUR
NİKOTİN QOXULU,
ŞAMPAN KÖPÜKLÜ-
GÜMÜŞ BİLƏRZİKLİ,
QIZIL ÜZÜKLÜ
SƏNİN TƏK BƏLKƏ DƏ MİLYONLARCA “QIZ”
ANA YOX ! BİRBAŞA QADIN OLUBDUR.
DE,KİMLƏR OLUBDUR “EŞQ” OTAĞINDA,
KİM YATIB BU “SEVGİ ÇARPAYISINA”?
KİŞİ “AF,UF”LARI QULAQLARINDA,
QARIŞIB ÇARPAYI CIRILTISINA.
O QƏDƏR PUL ÜÇÜN SATILMISAN Kİ,
SƏNİ GÖRƏNLƏRƏ YAMAN TANIŞSAN.
SATILMAQ SƏNİNÇÜN ADİDİR,SANKİ-
PULLU KİŞİLƏRİN SEKS MAŞINISAN.
GÖZÜNƏ SIXMISAN BÜTÜN DƏRDİNİ,
SƏHƏRDƏN GECƏYƏ ÇOX TƏLƏSMİSƏN.
ÇARPAYI ÜSTÜNDƏ QIZLIQ PƏRDƏNİ,
ŞƏHVƏT QAYÇISIYLA ÖZÜN KƏSMİSƏN.
ÜZÜYÜ KİM TAXIB O BARMAĞINA,
ƏMİDİR YOXSA Kİ DAYI BİLİNMİR?
AÇARI PUL OLAN “EŞQ OTAĞINA”,-
GİRİB-ÇIXANLARIN SAYI BİLİNMİR.
CAMAAT ! BİR KÖMƏK ELƏYİN MƏNƏ,
YATMAQ İSTƏYİRƏM,YATA BİLMİRƏM.
SƏRXOŞ KİŞİLƏRİN “AF,UF”LARINI,
AXI QULAĞIMDAN ATA BİLMİRƏM...
ÖRTÜN OTAĞIMIN PƏNCƏRƏSİNİ,
KƏSİN BU ZƏHRİMAR GÜLÜŞ SƏSİNİ !
İŞIĞI KEÇİRDİN,PƏRDƏNİ ÇƏKİN
ƏGƏR PƏNCƏRƏMDƏ PƏRDƏ YOXDURSA,-
PƏRDƏNİN YERİNƏ SİZ MƏNİ ÇƏKİN !
BƏLKƏ QULAĞIMA PAMBIQ TIXAYIM?
QONŞU QADININ DA ÇARPAYISI VAR...
HARDASA YENƏ DƏ “AF,UF” SƏSLƏRİ,
HARDASA ÇARPAYI CIRILTISI VAR...
BU GECƏ BEYNİMDƏ ÜSYANA ÇIXIB,
POZĞUN QADINLARIN DOLUSU,BOŞU...
SİZDƏN UTANIRAM MƏNDƏN UTANIN,
AXI BİZ HAMIMIZ QONŞUYUQ,QONŞU....Qismət
-
01-25-2008, 08:53 PM #92Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
01-25-2008, 09:05 PM #93Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
Re: Qismət
Qismət qardaş sənə sevgilərim var. Sənə hörmətlərim var. Heç üzülmə Azərbaycanda şer sənət ölməz.
qisi Nickli Üyeden Alıntı
Mənim şerlərdə bir mənəviyyatdan uzağlaşdırıcılıq görmörəm. İslam dinidə şeri pisləmir. Amma hansı şeri.
Qismət qardaşım, dostunda rəsimləri yandırıbsa inanıram ki mənim kimi düşünənlərdən olub bizim gəldiyimiz yolçu əhlindəndir.
Heç şerə qərəzim yoxdur. Mənim şerlərimi yandırmağımın məqsədin sənə açıqlayım ki, "QURAN" qədər həqiqəti yazan, Allah qədər gözəl rəssam, yaradıcı yoxdur. Bu baxımdan bizlər kimik ki..
Birdə əvəl yazdığım şerlər başıma gələn sevda oyunlarının hissləri idi. Bəzi Vətən və İlahi mövzulu şerləri saxlamaqdayım. İslam dini " Həqiqəti təmsil edən şerləri sevər və dəstəkləyər ki, insanların maariflənməsinə xidmət edir.
Sənin şerlərini oxuyuram. Həqiqətləri, bu gün yaşanan problemlərdən bəzilərinə toxunmusan. Bunun üçün sənə son və son dərəcə bir duam var ki, " Allah sənin qələmini həqiqət yolunda əskik etməsin!"
Hörmətlərim var. Amma və amma bizləri səhv başa düşmə!"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
01-25-2008, 09:54 PM #94
Qismət
sahhat25 sənin kimi anlayışlı oxucuya ehtiyacımız çoxdur.Mən nə demək istədiyini anladım.Zərrəcə yanlış anlama olmadı dostum.Xoş sözlər üçün də ayrıca çox sağ ol.Allah hamımızın köməyi olsun.
Bu saytdakı oxucular qavrama,dərketmə baxımından çox yüksək səviyyəli oxuculardı.Ona görə yox ki yazdıqlarımı bəyənib ,bəzən layiq olmadığım mərtəbədə məni tərfi edirlər.Ona görə ki,mən cansız,soyuq ekranın qarşısından onların səmimiyyətini hiss eləyirəm.Hamınız çox sağ olun.Qismət
-
01-25-2008, 10:52 PM #95Senior Member
- Üyelik tarihi
- Dec 2006
- Yer
- Baki
- Mesajlar
- 1.089
Qismet serleriniz gercekden insana lezzet edir.tesekkurler...
gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.
-
01-25-2008, 11:36 PM #96Member
- Üyelik tarihi
- Oct 2007
- Mesajlar
- 34
Re: Qismət
Halal olsun !!! Oxuyanda tüklərim biz - biz durdu . Cəmiyyətə örnək bir şeir .
qisi Nickli Üyeden Alıntı
Yalandan nə tərif deyim sənə , istedadın göz qabağındadır .
Amma nöqsanın ondadır ki tələsirsən . Bir yazdığına bir də qayıtmırsan ... Bir də çalış ki həmişə mənaca geniş , məzmunca qısa yaz ...
Uğur olsun , qəlminə qüvvət .Sözün böyüyü böyüyün sözüdür .
-
01-26-2008, 09:48 PM #97
Qismət
hamınıza minnətdaram bəyəndiyinizə sevindim.
Küçədə qalmaq
Otaq tənha... şəhər tənha... küçə boş...
Nə bir maşın , nə də ki, bir adam var.
Ağladıqca küçələrdə başıboş,
Ulduz-ulduz xatırlanır xəyallar.
Bir həsrətin , bir bu küçə , bir də mən
Səhərəcən gəzişmişik üçümüz.
Nə bu həsrət, nə bu küçə, nə də mən
Fəqət bundan xəbərsizik özümüz.
Sənsiz gəzişərək səni gəzmişəm,
Axıb göz yaşlarım küçə dilində...
Soyuq gözlərini görə bilmişəm,
Küçə lampasının işıq selində.
Küçə bomboş, küçə soyuq , küçə dar
Kimsə dondurmamı əlimdən alıb... ?
Yəqin eşitmisən belə məsəl var,
Deyirlər : filankəs küçədə qalıb...Qismət
-
02-02-2008, 03:54 PM #98Senior Member
- Üyelik tarihi
- Dec 2006
- Yer
- Baki
- Mesajlar
- 1.089
tesekkurler....
gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.
-
02-04-2008, 09:51 PM #99
Qismət
Salam dostlar.Mənə mesaj gəlib ki qrupa üzv seçilmişəm.Nə etməli olduğumu bilmirəm ?Lütfən yardım edim.
Qismət
-
02-12-2008, 08:05 PM #100
Qismət
ƏN BALACA BÖYÜK.
YERİMƏK İSTƏDİ İNSANLAR KİMİ,
QUŞ KİMİ SƏMADA UÇMAQ İSTƏDİ...
OYUNCAQ MAŞININ DALINCA QAÇAN,
DİLİ SÖZ TUTMAYAN TƏZƏ DİL AÇAN,
KÖRPƏ UŞAQLAR TƏK QAÇMAQ İSTƏDİ...
BAĞIRDI, ÇIĞIRDI DUYAN OLMADI,
ONU İT YERİNƏ SAYAN OLMADI.
ALLAH EŞİTMƏDİ ONUN SƏSİNİ,
QIZIŞDI... İNADI YORMAQ İSTƏDİ.
AĞILLI DÜŞÜNƏN İNSANLAR KİMİ,
YARATMAQ İSTƏDİ,QURMAQ İSTƏDİ.
ONU BU DÜNYADA HEY ƏZİRDİLƏR,
HƏYATI BUGÜNLÜK, SABAHLIQ İDİ.
İNSANLAR ONUNÇÜN ALLAH İDİLƏR,
ONUN DA ARZUSU ALLAHLIQ İDİ...
BƏLKƏ DƏ DÜŞÜNƏ BİLMİRDİ HƏLƏ?...
BƏLKƏ DÜŞÜNMƏYİ GÜNAH SAYIRDI?
DOĞUŞDAN O QƏDƏR ƏZİLMİŞDİ Kİ,
HƏCMCƏ ÖZÜNDƏN BÖYÜK HƏR ŞEYİ-
YARADAN SAYIRDI, ALLAH SAYIRDI.
YUXARI BAXIRDI HƏR TƏRƏF ALLAH,
AŞAĞI BAXIRDI YER TORPAQ İDİ.
ONUNÇÜN HƏM SƏVAB, HƏM DƏ Kİ,GÜNAH
ELƏ OLDUĞU TƏK DOĞULMAQ İDİ.
GÖZÜNÜ AÇANDAN DÖRD BİR TƏRƏFDƏ,
KİMİNSƏ YA TOYU YA MATƏMİYDİ...?
O İNDİ BU YALQIZ GÖRKƏMİ İLƏ,
YERİYƏN QARA BİR NÖQTƏ KİMİYDİ.
BİLSƏ BU DÜNYAYA GƏLMƏZDİ MƏNCƏ,
ONUN İZTİRABI TAMAM BAŞQAYDI.
O HEÇ NƏ ELƏYƏ BİLMƏZDİ MƏNCƏ,
O AXI SADƏCƏ BİR QARIŞQAYDI...
GÖRƏN QARIŞQALAR NƏYƏ İNANIR,
GÖRƏSƏN ONLARIN DİNLƏRİ VARMI?
GÖRƏN ONLARDA DA NAMAZ ,İBADƏT
GÖRƏN ONLARIN DA CİNLƏRİ VARMI?
AÇDI GÖZLƏRİNİ İNSANI GÖRDÜ...
NƏ ALLAH TANIDI,NƏ NAMAZ QILDI.
ÖZÜ ÖZ GÖZÜNDƏ NÖQTƏYƏ DÖNDÜ,
ÖZÜ ÖZ GÖZÜNDƏ BİRDƏN SIXILDI...
VƏ BİR GÜN DÜŞÜNƏ BİLMƏDİ DAHA...
NÖQTƏ TƏK YAŞAYAN, ÖLDÜ YEKƏLDİ
HARDASA BİR MƏZAR DAŞI DİKƏLDİ.
MÜŞFİQİN,CAVİDİN BAŞINA GƏLƏN,
BÜTÜN DÜŞÜNMƏYİ BACARANLARIN,
BAŞINA GƏLƏNLƏR BAŞINA GƏLDİ.
QIRILDI QƏLBİNDƏ ÜSYAN SƏSLƏRİ,
O ÖLDÜ...ORTADA BİR SÜKUT GƏZDİ.
MÜŞFİQTƏK,CAVİDTƏK DAHİ KƏSLƏRİ,
ƏZƏLƏNLƏR AXIRDA ONU DA ƏZDİ.
EY İNSAN OLMAĞA CAN ATAN YAZIQ !
BÖYÜSƏN ÖZÜNDƏN UTANACAQSAN.
İNSAN İNSANLIĞI BACARA BİLMİR,
SƏN AXI NƏ CÜRƏ BACARACAQSAN?
AYAQLAR ALTINDA ÖLƏN QARIŞQA,
ÖLDÜ... BİR CƏSƏDDƏN YENƏ DOĞULDU.
DÜNYAYA NÖQTƏ TƏK GƏLƏN QARIŞQA,
ÖZÜ ÖZ ÖMRÜNÜN NÖQTƏSİ OLDU.
YOXLUĞUN ÖLƏNDƏ YOX OLDUĞUN YOX,
YAŞAYIB GÖRÜNMƏZ OLDUĞUN GÜNDÜ.
ƏSAS NƏ CİLDİNDƏ DOĞULDUĞUN YOX,
ƏSAS NƏYİ,NECƏ DÜŞÜNDÜYÜNDÜ.Qismət


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla

Yer imleri