Kaş ki, zaman bir çox dəyərli anların günahkarı olmayaydı,...
Kaş ki, ümidimiz bu qədər tez tükənməz olmayaydı...
Kaş ki, düşüncələrimiz, fikirlərimiz bu qədər bizi narahat etməyəydi..
Kaş ki, külək bütün dərdlərimizi sovurub apara biləydi...
Kaş ki, günlərimiz maraqlı bir kitab kimi oxu-oxu sonunu belə gözləmədən, istəmədən keçəydi...
Kaş ki, acılı, ağrılı günlərimizdə deyil, yalnız xoş sevincli günlərimizdə musiqi dinləyə biləydik..
Kaş ki, ümdisizlik, mümkünsüzlük olmayaydı...
Kaş ki, sevgi əbədi olaydı..
Kaş ki, ağri, incilmək hissi ilə insanlar tanış olmayaydı..
Kaş ki, taleyimizdın heç şikayətimiz olmayaydı...
Kaş ki, göz yaşlarımız, yalnız sevinc göz yaşları olaydı...
Kaş ki, arzularımız arzu olaraq qalmayaydı...
Kaş ki, ümid yerimiz ən son olmayaydı...
Kaş ki, güvənc hissimiz itməyəydi...
Kaş ki, qürur, hörmət daim öndə olaydı...
Kaş ki, qadınlar qadınlığını, kişilər kişiliyini qoruya biləydi...
Kaş ki, həyat bizi bu qədər sınağa çəkməyəydi..
Kaş ki, yalan, şər, böhtan, iftira cəzasız qalmayaydı...
Kaş ki, həyatda “Kaş ki”-kəliməsini işlətməyəydik...
zennimce o insan zeif insandırki ancaq oturub kaşki deyir men bacardığım qeder kaş bu bele olaydı demirem çünki biliremki eyer heqiqeten men bunu isteyiremse mübarize aparıb bunu elde elemeliyem
Yer imleri