ehh qadinlarin qedrini bilen var???baxinda forumda oglanlarin fikirlerine.![]()
Yalnız qadınmı? Heyvanlar da, bitkilər də başqası üçün yaşar. Çiçəklər tac yarpaqlarını fəda edərlər eşqə. Dişi, özünü fəda etməsə həyat bir hücumda sona çatardı. Qadının bu fədakarlığı daha dərin bir iç motivdən gəlir. Kişidə də qadında da həmişə eyni iç motiv. Ölənə qədər bunun üçün çalışmırıqmı? Bir könüldə, bir kitabda, bir mərmərdə yaşamaq. Təbiət bu qübbədə xoş bir səda buraxmamız üçün yaratmış eşqi. Eşqi və ehtirası. Gələcəyə daşımaq, adımızı bizdən sonra yaşatmaq, bir bədəndə yenidən cavanlaşmaq və ya başımızdan bir dünya yaratmaq. Sonsuza damğamızı vurmaq.
Bu məqsədə çatmaq üçün hansı ağrıya dözülməz? Əbədiləşmək üçün ölmək. Ana uşağı üçün hər fədakarlığa dözər. Kişi isə əsəri üçün. Batan gəmidən uşaqlarını qurtaran qadın gülərək can verər. Sənətkar heykəlini, kitabını, bəstəsini qurtarmaq üçün meydan oxuyar kainata. Ehtiras, yəni bir əsərdə reallaşmaq, bir əsərdə yaşamaq arzusu, həm kişini qanadlandıra bilər, həm qadını. Amma eşqdə əbədiləşmək tək qadının imtiyazı. Ancaq ana ölümsüzlüyünü bütün genişliyiylə duya bilər. Varlığından bir parça inkişaf edəcək, gələcəyi fəth edəcək, yaşayacaq. Ağac meyvə vermişdir artıq. Qadın, bunun üçün eşqə susuzdur. Özünü sevgiyə və sevgiliyə həsr etməsi bundan başqa biri üçün yaşayan onu sezmək, anlamaq ehtiyacındadır. Qadını sabahlara aparacaq olan: Uşağı.
Kişi üçün eləmi? Onu əbədiyyətə aparan körpü, uşağı deyil. Bədənindən bir bədən çıxarmaz. O başıyla, ürəyiylə və ya əliylə yaratmaq məcburiyyətindədir, əbədiyyətini. Bunun üçün də varlığının mərkəzi özüdür. Bələdçisi, ağılı və mənfəətləri. Kişi həyatını fəda edər də ehtiraslarından imtina edə bilməz. Tək qadın başqaları üçün yaşar demək istəmirəm. Bütün kişilər eqoistdir kimi bir iddiam da yoxdur. Bir çox qadınlar bu mənada kişi, bir çox kişilər bu mənada qadındır. Cinslərin ruh dünyasını qəti xəttlərlə bir-birindən ayırmaq qeyri-mümkündür. Amma qadının qədərinə hökm edən bu alterosantrizm; kişinin şəxsiyyətini formalandıran isə egosantrizmdir
ehh qadinlarin qedrini bilen var???baxinda forumda oglanlarin fikirlerine.![]()
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?
hec kisiler isteselerde qadin ola bilmezler.kisisiz qadin,kadinsiz kisi yarimciqdir.birlerine hormet etmekde haklaridir.
gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.
eslinde onlrda bilirler qadının kişiyi kişi etdigini amma bunu özlerine itiraf edebilmirler...GLAMOURKA Nickli Üyeden Alıntı
![]()
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!
Yer imleri