Eyyub Yaqubovun ifasinda, bu gozel sere yazilmish musiqi her dinlyenin qelbinde ulvi hissler dogurur. Allah her kesin valideyini sag salamat elesin. Olenlere de Allah tealaan rehmet dileyek. Amin !
9 sonuçtan 1 ile 9 arası
-
07-04-2009, 10:51 AM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Ana dedim...
ANA
Mikayıl Müşviq
Ana dedim, ürəyimdə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda.
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Ana, Ana !.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
Başqa aləm yaşamadım böylə gözal biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış.
Ana, ana... çiçəkli bir fidandır ki, içimdə,
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.
O fidanı bə’zi vaqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım.
Sızıldarkən, sanki bir səs qopub incə və titrək,
Bir lisanla söylüyor ki: - Mənə dəymə yazığım!
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki, var beşiyinin üstündə,
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.
Nə doğru söz, yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı,
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.
İndi mənə hər kes:- Anan, baban varmı ?-söyləsə,
Diyorom ki, - Qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan,
Bir müqəddəs, bir səmimi, əməlim var tapdığım.
İnandığım bir qiblə var, o da hər gün, hər zaman,
Yorulmayan qollarımla, düşünərək yapdığım.
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızılYaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
07-04-2009, 10:58 AM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Ana dedim...
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-04-2009, 11:33 AM #3Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Ana dedim...
kombat80 Nickli Üyeden Alıntı
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
07-04-2009, 11:51 AM #4
Re: Ana dedim...
Ana boyuk varliqdir.duzdur ele analar varki,korpeleri dogulduqda imtina edirler.ushaq evlerine atirlar.bunlara ana demek olmaz.Allah butun analarin canini sag elesin.dunyadan kocenlere de rehmet etsin.
Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır
Ana əyilməzdir, ana müqəddəs
qoy bütün dünyaya yayılsln bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır
Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadırYollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
07-24-2009, 11:26 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Ana dedim...
Amin
kombat80 Nickli Üyeden Alıntı
-
07-24-2009, 11:27 PM #6Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Ana dedim...
Damla1 Nickli Üyeden Alıntı

-
07-25-2009, 11:21 AM #7
Re: Ana dedim...
ANAMA QURBAN OLARAM o bizim kimi belalara dözür
en azından atama
Milli Qehreman adı vermek lazım
-
07-25-2009, 11:33 AM #8Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Ana dedim...
NuriyeV Nickli Üyeden Alıntı
-
10-17-2009, 10:45 AM #9Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Ana dedim...
Cəfər Cabbarlı "Ana"
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm çəkinmərəm əsla,
Və ya ki vəd edələr dövləti cahanı mənə.
Ki, bir kəsə baş əyib iczimi bəyan eyləyim,
Əyilmərəm nə ki yer, versələr cahanı mənə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə-olum təslim.
Əyilmərəm yenə haşa. Ölüm nədir ki, onun
Gücьylə xalqa haqiranə eyləyim təzim?!
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət ne güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!
Fəqət ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin lay-lay,
Təbəssüm oyadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eylər pərvaz,
Uçar səmalarda o aləmi xəyalətdə.
Yatar ölər bədənim, nitqdən düşər bir söz:
-Ana... Ana... Sənə mən rahibəm itaətdə!..
Ana
Neçəsini öldürmək istədim
Gözlərimin önünə gəldin
Dözmədim üzuləcəyinə
Neçəsinin qanını satın aldın,
Nə yaman varlısan,aana.
Oğullarını evli-eşikli etməlisən, qızını köçürməlisən
Baxma qaradı baxtın,
Qızıldı vaxtin
Nə yaman varlısan ,aana.
Əllərin əkində-biçində
-tozda, torpaqda, mal təzəyində
Pul əl çirkidi deyiblər
Nə yaman varlısan aana.
Doğmalarına uğur diləyirsən bir ayrı cür
Ölülərinə ağı deyirsən bir ayrı cür
Düşmənlərinə qarğış eləyirsən
-və hətta söyürsən bir ayrı cür
Sinənin altında söz xəzinəsi
Nə yaman varlısan, aana.
Əllərinin içi qabar-qabar, üstü damar-damar
Həyatın nəbzindən tuturmuş kimi
-tutmusan peyin vedrələrinin qulpundan
Mənim sənə qaytardığım oğulluq borcu
-bir vedrə peyinə dəyməz
Nə yaman varlısan,aana.
Müraciət
Ey dözümlü qardaş
Ömrümüzə balta çalanların,
-qəbrimizi qazanların dayağı olursan
Baltalarını, bellərini saplaya-saplaya
Ey çörəkpulundan ötrü fahişəlik edən qadın
Ayaqların çiyinlərdə mələk oldu,
-özün mələk ikən fahişə
Ayaqların ayağa qalxıb, özün də ayağa qalx
Gücünü, ehtirasını toplaya-toplaya
Ey Bakı arağı içən şair
Bütün Bakı araqlarının içi eynidi fahişələr kimi
Bütün fahişələrin içi eynidi siyasətbazlar kimi
Yenə nə ümid verib sənə onlar
-goplaya-goplaya
Ey eksnarkoman molla
İndi sənin bazarındı
-yırğalanır çiyinlərdə
-cənazələr beşik kimi
Fatihə oxuma,layla de,layla
Gəlirini hesablaya-hesablayaYaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri