MƏN QARABAĞÇÜN YAŞADIM!!!
Elə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım,
Mən elin dərdini gizlin daşımaqçün yaşadım.
Bir ürək dözmədi yüksəklərin alçaqlığına,
Ona güc verdi xuda dözməli dağcün yaşadım.
Gözümün qarəsi esk ilə töküldü varağa,
Varağım qarələnincə bu varağçün yaşadm.
Gələcək nəslə həqiqətləri çatdırmaq üçün,
Anadan olmayan onlarla uşaqçün yaşadım.
İblisin son gününə xeyli marağım var idi,
Allahın hökmü ilə böylə maraqçün yaşadım.
Mən demişdim kişi yox, ölkə papağnan doludur,
Bu mənə yer eledi, bax bu papaqcün yaşadım.
Bir Müqəddəs qonağın gəlməsin hiss etmə deyəm,
Elli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yasadım.
Yer imleri