Tahir TALIBLIdan seirler
Ömürlər,talelər

(Bir dəfə də yuxuda gördüm ki,
şəhərə köçürəm,vahimələndim)
Gördüm otagımda günəş oyanır,

Gördüm pəncərəmdən özgə boylanır
İstisi,sıgalı canıma keçən
Atam tək,anam tək qaygımı çəkən
Evimin hər küncü qınadı məni
Hər daşı, kərpici qınadı məni

Atamcan,atamcan,atamcan,atam!
Dünya o dagların ətəyindədi
Dayanıb beləcə mat qalır adam
Fırlana-fırlana təkərlər üstdə
Ömürlər, talelər yedədiyindədi

Ömrün bu çagında,bu vədəsində
Niyə belə çəkir bu şəhər məni
Bəlkə bir ötəri şöhrətdir çəkən-
Istəmir yaşada birtəhər məni

Şöhrət-göylərdəki ulduz kimidi,
Isitməz qəlbimi o soyuq ocaq
Şöhrət qızıl yüklə dolu gəmidi
Tufanlar qoynundan necə çıxacaq

Dayanıb beləcə silkələnmişəm
Mən fikri dolaşıq,qaşları çatıq
Ucuz şöhrətlərə verdik kəndləri,
Ucuz şöhrətlərə yurdları satdıq

Bu geniş şəhərdə,bu dar şəhərdə
Neyləyim,neyləyim yaşın qırxında
Bu geniş şəhərdə bu dar şəhərdə
Ömrün sahilində,yol qıragında

Nəydi yol azdıran bu qəfil istək,
O,uca daglarda qalanım nədi?!
Mənim təmizliyim,mənim paklıgım
Məni səhvlərimdən geri istədi

O elin,o yurdun qoynunda qalan
Kimsədən,özgədən qaygı görməyən,
Minnət götürməyən,söz götürməyən
Ölüm qabagında ay uşaqlıgım!
Indi əl eyləyib vidalaşımmı,
Necə vidalaşım,ay ucalıgım?!

Atamcan,atamcan,atamcan,atam!
Dünya o dagların ətəyindədi
Dayanıb beləcə mat qalır adam
Fırlana-fırlana təkərlər üstdə
Ömürlər, talelər yedədiyindədi


Ayrılıqlar tanrılıqdı

Gözünnən aydın görürəm,
Qəmin-göyərən yeridi,
Deməsəndə mən bilirəm,
Dərdin-dərdindən yeyindi

Nə buludsan,nə yagırsan
Nə axan selnən axırsan,
De niyə belə baxırsan,
Bu uçuq sənin evindi,

Sevdalar bir yara yeri,
Yarı göyün,yarı yerin,
Ürəyimiz ura yeri,
Əllərimiz kösöv yeri,

Bu nə sondu,ayrılıqdı,
Ayrılıqlar tanrılıqdı,
İçim şüşədi,sınıqdı
Məni qarga,söy indi
2000
Heç kəs öz dərdini götürə bilmir

Heç kəs öz dərdini götürə bilmir
Heç kəs öz dərdini,vallah dünyada
Hələ əlləriylə üzəngi basan,
Hələ ayaqları sallaq dünyada

Mürgülü başlarla ayılmır bəşər,
Özünü aldadır,başını qatır
İnsan ipəkləşir yuxularında
İnsan yuxularda tanrıya çatır

Elə ki,elə ki,qarnına yeyir
Elə ki,elə ki,əyninə geyir
Dönü başqalaşır,özünün olmur,
Dönüb qaşqalaşır,özünün olmur

Eldən çıxannar da
Çıxmaz yolundan
Yol tutar qolunnan yolunu azsa
Dünya peygəmbərlər dünyası olar
Oturub hər şair özünü yazsa

Dünyanı pay kimi dartın özünə
Bir bəxti kəm oglu özünü dartır
Özünə bənzəyir hər kəs qəbirdə
Ölülər qəbirdə özünü yatır

Diriynən diridi qəbirstanlıqlar
Fikir çözələyir hüzur yerləri
Allah,and yeridi qəbirstanlıqlar
Ən təmiz yerlərdi məzar yerləri

Hərə öz dərdini götürüb gedir,
Hərə öz dərdini vallah dünyada
Hələ əlləriylə üzəngi basan,
Hələ ayaqları sallaq dünyada
1990

Bir yalquzaq təki sınan təklənən,
Hövsələm,mən səni saxlayammıram,
Yaşaya bilmirəm yorgun ürəknən,
Bu çixiq gözlərnən aglayammıram

Kimdədi dolaşıq ucu kələfin,
Hardadı,tapmaga ümid yox az-maz
Gedib o dünyanı görüb gələnin,
Daha bu dünyada qorxusu olmur,

Bu qədər təzadlar,bu qeylu qallar,
Allahın özünü başdan çıxarır,
Mənim bu qılıqsız,köntöy inadım,
Bir parça çörəyi daşdan çıxarır,

Sən uzaq ulduzum,yovuş mənimlə
Daha kimsənəyə yovuşammıram,
Sən cırnıq taleyim,barış mənimlə
Yox,daha səninlə barışammıram

Bu sinəm bir qara arxac yeridi,
Ürəyim qəfildən atlana bilər,
Nə yalvara bilər kösöv əllərim,
Nə sınıq dizlərim,qatlana bilər

Kimdədi dolaşıq ucu kələfin,
Hardadı,tapmaga ümid yox az-maz
Gedib o dünyanı görüb gələnin,
Daha bu dünyada qorxusu olmur,
1992

Şamaxı qızları şair sevəndi
(M.Ə.Sabirin ruhuna)

Dünən bir məşədi bogaz yırtırdı,
Bogaz yırtırdı ki, qəzet alamyın,
Qəzetdə kitabda çoxlu yalan var,
Şairə,şeirə heç inanmayın
Şairdən millətə ancaq ziyan var,
Çoxda ki,qızların şair sevəndi,
Şamaxı,şairə allergiyan var,

Bir cansız böcəyə can isindirir,
Sıgınır bir çimdik ota,əncərə
Dünya Şamaxıya yıgışa bilir,
Sabir Şamaxıya sıgışa bilmir,

Tacirlər,karvanlar,Şamdan qayıdır,
Nəsimi soyulur,gedib Hələbdə
Şamaxı qurtarmır şair əlindən,
Şairlər qurtarmır şərdən,kələkdən

Bir dəli maraga gedib ölən var,
Fərqi nə,qarşıda dumandı,çəndi
Vallah yuxusunda şair görən var,
Şamaxı qızları şair sevəndi.
1992

Allah vergisi
(Sona bülbüllər,Qədir Rustemova)

Oy,məni bu səsin qargışı tutub,
Dikələ bilmirəm,belim əyildi
Yoxsa ki,bir qızın qargışı tutub,
İşim düz gətirmir iyirmi ildi,

Bülbül fəryadımı,şir qəzəbimi,
Can qurtara bilmir qəfəsdən Allah!
De,durub çırpımmı özümü yerə,
Asımmı özümü bu səsdən Allah?!

Kim qıyar canına,günah götürüb,
Kim qıyar canına öz xoşluguyla,
Bir yaşıl budaga pənah gətirib,
Dərdini oxuyur quş quşluguyla,

Yara işləyirsə,dərd hoylanıbsa,
Səsin nə günahı,allah bəndəsi?
Mənim dərdlərimlə bir boydadısa,
Bir buxundadısa,elə bilirsən,
Allah vergisidi Qədirin səsi,

Nə deyim,nə deyim,nə deyim indi
Bir verib,beş qırtıb,beş aparanlar,
Mənim gözlərimi yaş aparanda,
Nə çoxdu oxuyub baş aparanlar,

Agız dinazından,söz dinazından,
Sən özün hifz elə mərdləri,tanrım!
Bir yurd daşı üstə tənha,kimsəsiz,
Oturub aglayan bir kor qocanın
Allah vergisidi dərdləri,tanrım
1989
Mən kefi düz adam deyiləm

Bir gün bu dərdlərə əyilləm,qardaş,
Əyilləm,nə zaman,hələ bilmirəm
Mən kefi düz adam deyiləm qardaş,
Mən kefi düz adam ola bilmirəm

Otagım olanda ocagım olmur,
Ocagım yananda,damır tavanım
Vallah, heç aglıma gəlmir dünyada
Mən qəmə gecikim,dərdə yubanım

Məlhəm tapılmayır açıq yarama,
Elə görürəm ki,yanır el-oymaq
Harama yaraşır,mənim harama
Harama yaraşır kefi düz olmaq?!

Mayısda şaxtalar vurur biqəfil
Qışdan çıxartdıgım ləçəklərimi
Yoxsa tapşırımmı suyun səmtinə,
Küləyin səmtinə göyçəklərimi

Gözümü açmışam hey mərdi döyür
Gəlmir bir ürəyə,bir dilə dünya
Elə qaygı dogur,elə dərd dogur,
Elə agrı dogur hamilə dünya

Bir küsülü gözəl vəsf olunmayıb
Sözə də sıgmayıb boyda-biçimdə
Ay Allah,sözünü deyə bilməyib
Bir nəsil qocalıb içimdə mənim



Mən kefi düz adam ola bilmirəm
Mən kefi düz adam deyiləm,dedim,
Mən özümdən ayrı qala bilmirəm
Mən kefi düz adam deyiləm,gedin
1991 yanvar
Sən dərd çəkən deyilsən…..

Yox, sən dərd çəkən deyilsən,
Sənin çəkdiyin dərd deyil
Indi çoxları kef çəkir-
Çəkir,adına dərd deyir

Sənin çəkdiyin dərd deyil,
Balıq çəkirsən dəryadan
Dodagı çatlaq görürsən,
Su çəkirsən boz səhradan

Yerli-yersiz yaxa yırtıb
Qışqırıb,haşa çəkirsən
Hərrəyib yeddi arxanı
Yaglayıb başa çəkirsən
1989
Dünyada ən tənha dərdin əliylə….

Işim düz gətirmir,
əllərim yalın…
Özümə dərd anı,
Qəm saatıyam
Eynimə almıram,bu olan qalan
Ömrümü uyudən qum saatiyam

Elə yeriyirəm elə keçirəm,
Ayagım yollarda daş-kəsək bilmir
Bir əlim ilana zəhər satammır,
Bir əlim pambiqla baş kəsə bilmir,

Minnət götürmürəm dünyada yaddan,
Torpaq şumlayıram,dərd götürürəm,
Vətən,torpaqında eh neçə adda
Xarici markali düşmən gorurəm

Dərdlər də xətrimi çox sevir mənim
Onlara qardaşam bax göz görəsi,
İstər imtahana çək çevir məni,
Torpaq şirəsidi üzüm giləsi,

Hərəsi bir dərddi -ulduzlar yanır
Qızıl şohrət olmur tac ürək ücün
Mənim yan yörəmdə infarkt fırlanır
İsti ürək gəzir cücərmək ücün

Dag kimi kişilər ölur biqəfil,
Nəsə yaxa cırır pisdən əcəldə,
Nə olsun dünyanın min oyunu var,
Padşah qızı alır bəzən keçəldə
Eh mənim işlərim uzanır elə,
Deyən əzabımdan dunya qazanır,
Günləri,ayları verirəm yelə
Ürəyim agrıyir canım qızınır

Dəyməsin başıma nadən qapazı
Döyülüm söyülüm mərdin əliylə
Hər gecə döyülər şair qapısı
Dünyada ən tənha dərdin əliylə

İşim düz gətirmir əllərim yalın,
Özumə dərd anı,qəm saatıyam
Vecimə almıram,bu olan qalan,
Ömrümü üyüdən qum saatiyam

1989

Ölümə güvənəcəyim gün
Ölümünə güvəndiyim insanlar!
Ehey.....salaaaammmmmmm!
Ölümünə güvəndiyim şairlər
Ölümün başına corab hördünüz
Sonra bir nəqarətə döndünüz:
“Dünyanın sonu görünmür,
Şairlər ölmür!”
Ölümünə güvəndiyim gəlişlər....
Ölümünə güvəndiyim gedişlər....
Ölümünə güvəndiyim agaclar,
Pucur-puçur yarpaqlıyan
Ölümünə güvəndiyim gəmilər,
Qırçın-qırçın suları aglatdınız
Ölümünə güvəndiyim torpaq
Qızıl balıq tək,
Çabalaya-çabalaya
Can vermək istəmirdin
Ayaqlar altda
Ölümünə güvəndiyim
Dogma,yaxın adamlar
Batan,qalan adalar
Səsim gəldikcə haraylaram,
Ölümə güvənəcəyim günü!
Özümə güvənəcəyim günü!
1987


Bu dərdə tanrı neyləsin
Dizə salıb güc eləyir,
Beş eləyir,üç eləyir,
Köçümüzlə köç eləyir,
Bu dərdə tanrı neyləsin

Qara damın hörgüsüdü,
Qara qulun hürküsüdü,
Qara günün bürküsüdü,
Bu dərdə tanrı neyləsin

Neçə qat düyündən keçir,
Içinnən,böyrünnən keçir,
Yarandıgın gününnən keçir,
Bu dərdə tanrı neyləsin
1989
Başımıza nə gəlir

Yadımıza nə gəlir
Nə gəlir yadımıza,qardaş?
Karvan-karvan dəvələr gəlir
Uzaq-uzaq yollar gəlir
Gələ-gələ nagılımızdan gəlir
Gedə-gedə aglımıza gəlir
Elə bilmə lalıq
Qal oglu qalıq
Ayagımız üstən ayaqla basılı
Bir xalqıq
Sıxıla-sıxıla bir yanımız
Borçalıdan gəlir
Sazımız-sözümüz
Qərib-qəmgin Göyçədən gəlir
“İrəvanda xal qalmadı”-
Uzagımızdan gəlir,
Mehrimiz,ülfətimiz
Ocagımızdan gəlir
Şirinliyimiz,dogmalıgımız
Uşaqlıgımızdan gəlir
Bu ildə qışımız sərt gəlir
Dagdan gəlir,düzdən gəlir
Qalaq-qaytaq həsrət dolu
Buludlar Təbrizdən gəlir
Kəhər-kəhər atımız gəlir
Atlar üstə adımız gəlir
Agır yolların altından
Şimşəkqanaq bayatımız gəlir
Daha nəyimiz gəlir....
Araz axır dizdən gəlir
Başımıza nə gəlirsə,
Qardaş,qardaş özümüzdən gəlir
Vallah,özümüzdən gəlir
Oktyabr 1987

Səni məmləkətin istəmirdi

Məmləkətim
Məmləkətim
Məmləkətim
N.Hikmət
“Yok-yok məmləkəti atıbdı Nazim ”
Yanıqlı-yanıqlı bir türk deyirdi
Sən bir taleyə bax,böyük şairim
Səni məmləkətin istəmirdi.....

Səni məmləkətmi istəmirdi,
Özü də dərdini qanırdı ancaq
Yanıqlı-yanıqlı bir türk deyirdi
Yanıqlı sözündən yanırdı ancaq

Alnının cızıgı,saçının agı
Ölümdən sonrakı taleyin kimi
Hələ gözlərindən böyük dərd axır,
Böyük insanlıqdan dərd əksikdimi?!

Həsrət kirpiyində yaş damcısıydı,
Dözümün,dözümün dəmir kimiydi
Nimdaş ürəyinin infarktı onda
İstanbul,Ankara,İzmir kimiydi

Necə qoparar indi
Başına qaxılan bu töhmət səni?
NAZİM,məmləkətin şöhrəti idin
Daga-daşa saldı bu şöhrət səni
1988


Nəyini deyim ki,mən bu şəhərin

Elə gün oldumu,deyə bilmərəm,
Həsrətli gözümdə yaş görünməyə
Bircə şax köynəyim olmadı,Allah,
Bircə gözəlinə xoş görünməyə
Nəyini deyim ki,mən bu şəhərin

Əlləri uzalı alıcı idi
Cibimdə bir əzik üçlük görəndə
Durub mat qalırdım,
Söz acı idim
Hərədə bir cürə biclik görəndə
Nəyini deyim ki,mən bu şəhərin

Kasıbı yamanca pərt eləyəndi,
Qəribin yamanca qənimi idi
Üzləri buz edən,sərt eləyəndi,
Baş açmaq olmurdu,
Kim-kimə idi
Nəyini deyim ki,mən bu şəhərin

Ciyərimdən keçən acı küləyi
Cibindən keçirdi yoldaşlarımın:
Çərxi agır idi qoca fələyin,
Əlləri,körpəydi qardaşlarımın
Nəyini deyim ki,mən bu şəhərin

Dərdimin içində ürəyim keyik,
Özümü bir yandan yad sıxışdırır:
Özü öz içində ad sıxışdırır,
Nəyini deyim ki,mən bu şəhərin

Dərd olur cələyə başından düşə,
Bir dəli köhləni baş qaldırmaya ,
Axı nə deyəsən,nə söyləyəsən
Bu gözçıxarmaya,qaşqayırmaya
Nəyini deyim ki,mən bu şəhərin

Bu da göz –görəsi göz götürməyi,
Əlini əl tutub söz götürməyi,
Nəyini deyim ki,mən bu şəhərin
Daha hönkürməyə lüzüm olmaya,
Nəyini deyim ki,mən bu şəhərin
Üz tutub getməyə üzün olmaya,
Nəyini deyim.......

B a k ı

Mənim ürəyimi bugda dəni tək
Qarışqalar çəkdi yuvalarına
Tahir Qurbanov
Gecə də,gündüz də xəyalımdakı
Sənin sürətindir,sənin çatların
Mənim ürəyimdə yerləşər, Bakı
Yaşıl küçələrin,meydançaların

Qaygılı,qaygısız,gur şəhər Bakı
Mənə ki,dogmadı harayın,hayın
Mənim ürəyimdə yerləşər,Bakı
O küləkli qışın,o qızmar yayın

Yagar ürəyimə
Yagışlar yagar-
Elə sərinlədər bürkülərini:
Dagıdar şıdırgı qopan selləmə
Ögeylik,dogmalıq bölgülərini

Balagi atlana-atlana gəzər
Subay qardaşlarım küçələrini,
Şair adaşlarım şerini yazar-
Ömürdən borc alıb gecələrini

Hardasa uzaqda duman içində
Gedən qatarına əl eləyirəm
“Salam,hey salam”
Sən mənim qəlbimdə ayrı biçimdə,
Sən ayrı ölçüdə yaşarsan,anam
1981
Tahir TALIBLI
Nənəm

Ömrünün sevdalı günləri uçub,
Ömrünə nəvəli günləri yagır
Nənəmin “Nikolay hesabı ” ilə
Fırlanır cəhrəsi hey agır-agır

Dilində təvəkkül,qəlbində dərd,qəm
Gözündə işigi azalıb indi
Bir vaxt gəlin nənəm,bir vaxt qız nənəm
Bir görün necə də qocalıb indi

Dəcəl nəvələrin tutar əlindən-
Onlarsız uzagı görəmməz nənəm
Geyinər on iki taxta donunu ,
İndiki qızlarl bəyənməz nənəm.....

Düşünər,düşünər,gözü qıyılar,
Ömründən dumanlı günlər ötüşüb
Deyirlər saçına yagan dümmag qar
Oglu cəbhələrə gedəndən düşüb

Bayatı söhbətə sözə əsirəm,
Nagıllar nənəmin ömrüdü,gedir
Mən söz axtarıram,mən söz gəzirəm,
O,isə həmişə söz üstündədi
1970
Tahir TALIBLI
Üstümüzdən bir payızda adladı

Aylar,illər çözələnər,ötüşər,
Qara saça qırov düşər,dən düşər,
Vaxt ötüşər,ömrə-günə çən düşər,
Bu payızda qəlbimizi odladı

Yaylıq olub o gözəllərin əlləri,
Başı üstdə dönə-dönə yellədi
Qova-qova küləkləri,yelləri
Üstümüzdən bir payız da adladı

Səbr-gödək,ömür-girov,yol-uzun,
Görüşünü çox gözlədim o qızın
Sularında üzəmmədim Arazın
Üstümüzdən bir payızda adladı
Bu payızda qəlbimizi odladı


Çatar sənə indi nələr çəkdiyim,
Qolu sınsın,evi yansın təkliyin
Duydum nəymiş oxudugun kəkliyin
Üstümüzdən bir payızda adladı
Bu payız qəlbimizi odladı
1983

Dünyanın düz vaxtı

Onda ki dünyanın düz vaxtı idi,
Bütün dəyirmanlar dən üyüdürdü
Varlıya-hallıya gen üyüdürdü,
Kasıba-kəndliyə kəm üyüdürdü

Dünyanı qanına söz çalxalayırdı,
Yoxlayan bir yeri yüz yoxlayırdı
Atlazın yerinə bez oxuyurdu,
Özü də dünyanın düz vaxtı idi

Maya ki qudurub qazanc yeyirdi,
Pendir istəmirdi daha dərini,
Kişi məşuqəyə tərif deyirdi,
Arvad aldadırdı halal ərini,
Özüdə dünyanın düz vaxtı idi

Dünya öz başına qalmışı vallah
Bizim bir kəndiçinin beş uşagı tək,
Şəhərdə qalırdı kənd bəyənməyən
Yurdlar qışqırdı döş uşagı tək

Təkcə yurd canlılar,torpaq canlılar
Ogul-qız canlılar qarışqa idi
Lap yekə baş idi vəzifəlilər
Onda da insitut müəllimlərinin
Çoxusu nədənsə çox qaşqa idi

Rüşvət alırdılar,rüşvət alanlar
Baş kəsən olmuşdu rüşvət verənlər
Allahın işinə qarışan vardı,
Vardı əzrayıla rişxət verənlər
Hər şeyin,hər şeyin öz vaxtı idi
Onda ki,dünyanın düz vaxtı idi
1990
Tahir TALIBLI
SÖZ

Gülləmi hədəfə söznən atıram,
Sözümü vermirəm heç ələ,qardaş
Söznən oyanıram,söznən yatıram,
Söznən oynayıram mən hələ, qardaş

Sözün yaddaşıdı sözün yaşıdı:
Agızdan-agıza söz qarıyacaq
Dibinə su töksən agac boy atar,
Dibinə su töksən söz quruyacaq


Neçə söz çəməni gömgöy,təzətər
Çimdinə-çimdinə hey söz yıgıram,
Yıxıram qorxulu düşməni söznən,
Mən öz öyümüdə söznən yıxıram

Kasıb yatıb-durub itini öyər,
De bunnan savayı bir işi nədi?
Arvad gözlərinin odunu yeyər
Kişi ki,sözünün ətini yedi....

Gedirəm,gəlirəm boşu-boşuna
Xəyaldan şirin kam almaqdan ötrü
Bir çöpün yiyəsi ola bilmədim
Sözümün yiyəsi olmaqdan ötrü

Qıvrılıb ilan tək qabıq qoyuram
Mən dizə çökürəm sözümün üstə....
Çörəyim dizimin üstdə olmasın
Misralar yazsam da dizimin üstdə

Qorxaqlar dünyada hələ qan deyir,
Agıl göməşdirir,əl göməşdirir
Tərəflər meydanda pəhləvan deyil,
Tərəflər hələ ki söz güləşdirir

Uşaq xəyalına aldanan kimi,
Başında bir şirin nəşəli hava
Durub oyuncaqla oynayan kimi,
Söznən oynayıram mən binəva da..........
1981

Qələm,sənə qurban olum

Axtarsam gözüm yorulmaz,
Sürünsəm dizim yorulmaz,
Çətindir bizim yolumuz,
Qələm,sənə qurban olum


Qalmışam qulagı səsdə,
Tut əlimdən səfər üstdə,
Durnalardan lələk istə
Qələm,sənə qurban olum

Şöhrətinə çatmaq olmur,
Kölgəndə də yatmaq olmur,
Sehrinə batmaq olmur,
Qələm,sənə qurban olum

Bir buludam boşalmaga,
Köyrəlməyə,yumşalmaga,
Haqqımı var korşalamaga,
Qələm,sənə qurban olum
1985
Tahir TALIBLI
S o h b ə t

Mənim göruləsi çox işim qalıb,
Başımdan aşıbdı ev qaygılarım
Neçə uzaq uzaq səfərim qalib
Uqrunda ölməli görüşum qalıb

Yanından keçəmməz havayı ad-san,
Ələ ələyində,qovur sacında
Uzaq nagıllardan gələn isıqsan
Mən də ki,qalmışam yol ayrıcında

Hələ gorüləsi çox isim qalıb
Hələ neçısi də düşüb baş ayaq
Vaxt olub bir misra yazmamışam
Bütöv bir gecəni qalsam da oyaq

Xəcalət gətirir soyugu yaşın
Ozu də müdriklik vaxtına cəkir
Hələ şerlər var yazmamışam
Qəlbimdə nisgilli agrılar yatır


Gördün ki,quruyam,susuzam,daşam
Elə axsam səhər mohnət ver mənə
Dolu urəyimi boşaltmamışam,
Bir azca səbr,möhnət ver mənə


Boynumdan günahım asılan kimi,
Sinəmdə ürəyim qorsuz ocaqdı
Təzə şerlərim yazılan kimi
Köhnə günahların yuyulacaqdı

Hələ ki,əlində bir gur çıragın
Həm də ki, ay ürək, yanar çagın var
Ya yol gedə-gedə ulduz olmagın,
Ya da bir qəfləti uduzmagın var

Yanından ötəmməz havayı ad san
Ələ ələyində,qovur sacında
Uzaq nagıllardan gələn isiqsan
Mən də ki, qalmışam yol ayrıcında

1983
Mən sözü hərdən deyirəm

Mənə qalan gecələrdi,
Biri bir sirli naqıldı
Durub göz-gözə qalıram-
Elə ki yuxum dagıldı

Günlərim keçir,tükənir
Çoxuda urəkli olmur
İcimdə dərd bəsləyirəm
Dərd də ki, boyrəkli olmur

Yolun,nə vecinə yorqun,
Aman bilmir,and istəmir
İsim hələ tərs gətirir
Tərsdəki avand istəmir

Oturub zumzumə deməz
Dərdli ki agı yerinə
İndi kələkmi oyrədək
Usaqa nagıl yerinə

Tənhalar, təklər nə çəkir
Aqridan,dərddən deyirəm
Heç vaxt qalxan eləmirəm
Mən sözü hərdən deyirəm
1991
Tahir TALIBLI
M.MÜŞFİQƏ

Söz-sözə calaqdı,söz-sözü çəkdi,
Qəriblər dünyada qəmgin ürəkdi,
Gördüm ki,çox ürək sınıq ürəkdi,
Sınıq sevgilərə gözəyin məni

Dünyanın qəminə çökən şairlər,
Qızların nazını çəkən şairlər,
Görkəmli şairlər,nakəm şairlər,
Nakəm ömürlərə gözəyin məni
Elə istəyirəm axtaram səni
Mindiyim boz yabı aparmır məni,
Nə qədər boşaldım dartıq yüyəni,
Bir köhlənə qanad gözəyin məni
1986
Tahir TALIBLI
Əli Kərimə

Göyçayda bir şair qəbri var-
Göyçay çinarları bayatı deyər,
Adam:“qəbirləri buz yuxusundan
Yarpaq pıçıltıyla oyadır”- deyər

Göyçayda bir şair qəbri var-
Təlatümü yatar,səbri dincələr
Ata həsrətlisi üç igid nərin-
Paşanın,Orxanın,bir də Azərin
Ürəyi kövrələr,qəlbi incələr

Göyçayda bir şair qəbri var,
Dərdi,agırlıgı yeri əyibdi
Zərbi Ələsgərin,Sarı Aşıgın
Daş qəbirlərini silkələyibdi

1969

Tahir TALIBLI
Məcnun məhəbbəti

Batar uzaqlarda Məcnun “yelkəni”,
Ömrumə bir Leyli “tufani” axar
Harayi əbədi qəlbimə hakim,
Əzab da bir cürə sevgidi axi!

Dünyama bir ömür qaygı dagıdar
Uzaqdan boylanan baxıslarında
Bizim aramızda İbn Səlam var
“Bitərəm”ayrılıq “yagışlarında”

Bir şirin arzuya dönər yolunda-
Ürəyim çəkilər yenə tarıma
Sənin görkəmində,sənin donunda
Mələklər doluşar yuxularıma

Yanıb kül olsa da sönməsi çətin-
Məcnun sevgilərə boylanır hamı
Leylisi vəfalı olan sevginin
Vərəmləməlidi İbn-Səlamı
1970


*******
Bu necə soraqdır yol gəlib-gedən,
Tərpətdi,ovunmuş ürəyimizi
De ki,ayrılmışıq bu cazibədən
De ki,göynətməyir bu həsrət bizi

Tahir TALIBLI
Elə ümidimi itirmişəm ki....

(Şair Nəriman HƏSƏNZADƏYƏ)

Dünya sıgalına yatmır,yatmasın,
İlham sıgalına yatdı,sən qəm yemə!
“Elə ümidimi itirmişəm ki....”
İtirmiş olsan da,sən allah, demə

Sən,sözü soyumuş söz vulkanısan,
Şirəsi sıxılmış narsan,qəm yemə!
Çox mənəm deyənlər,yoxdu-sevin ki,
Sən,yüz il sonra da varsan,qəm yemə

Sıxılıb eləmə,başına dönüm,
Əgər sözlərinə baxmırsa dünya
Dünya-tumar sevən bir pişikdisə.....
Nə qəmlərə əyil,nə dərdə bac ver,
Əgər dünya sənnən öcəşikdisə.....


“Elə ümidimi itirmişəm ki....”
İçimdə göynədi söz gizli-gizli
Bəlkə bu ümidlər qıran dünyada
Ümidi şairdi bir ümidsizin

Bir tərəfə yan çəkəndi,
Qan alandı,qan çəkəndi
Verdiyinə can çəkəndi,
Aldıgından doymaz dünya

Çirkininə,göyçəyinə
Bir otuna,çiçəyinə
Yaratdıgı böcəyinə
Qurd-quşuna dəyməz dünya
1991

Ay-intizar yüküm,söyləsəm qorxma:
Uzaq təsəlli də desəm düz olmaz
Mənim həsrətlərim girər yuxuma,
Həsrətlər yuxuda göynəksiz olmaz

İnadım gözündən keçdi çoxunun,
İnadın əriyib hələ dag olmur
Yarıyuxuluyam,yarıyuxulu,
Yarıyuxulardan ayılmaq olmur

Yoxla ürəyimi öz istəyincə,
Sonra baxışınla,sıgalla tanı
Gecələr həsrətim qatardan öncə,
Oyadar gözətçi budkalarını

Səni də,səni də bir dərd aparır,
Çadırı dagılmış bir alaçıqsan
Həsrətim yüyürər üstünə sarı,
Sən əli yaylıqlı yollara çıxsan
1982
Bir qız,bir oglan

Axıra çatacaq bu söhbət,bu söz,
Sonra tərəddüdlər yetəcək sona
Bir vaxt ürəyində qaraltdıgın köz
Çətinki alışa,çətinki yana

Qeybətlər sönəcək sevgimiz kimi,
Sənin yaddaşında nə qalacaq,nə?
Ala gözlərində buz salxımlanıb,
Sinəmdə çatdıgın bu od-ocaq nə?

Piyada qalmışam,yolum izim qar,
Qarşıma atdıgın qayadı sənin
Dünya sıgallayar,xumarlandırar
Bir gündə silkələr,oyadar səni

Soyuq küləklər də elə əsər ki,
Arada nə savaş,nə də barışıq
Bir zaman ayrılıb görəcəksən ki,
Ürəyin bomboşdu,başın qarışıq

Bir sevgi təzədən bir fürsət güdər
Keçilən yolları qayıtmaq olmaz
Nə qədər xatirə kor mürgüdədi,
Dəymə,xatalıdı,oyatmaq olmaz

Bir günahsız sevgi,eh təşnə,yanıq
Sonra ayılarsan,sonra gec olur
Bir oglan yaşayır ürəyi sınıq,
Bir qız təəssüflə saçını yolur
1981
Tahir TALIBLI