Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Franz Kafka

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Franz Kafka



    Mənşəcə yəhudi (alman dilli çex yazıçısı).

    Klaus Wagenbach - ın "Kafka" adlı kitabından Franz Kafkanın bioqrafiyası :

    ("Ölməz yazıçılar" kolleksiyası)

    Franz Kafka 1883 - cü il iyulun 3 - də Praqa şəhərində dünyaya gəlmişdir. Franz Kafkanın atası Hermann Kafka 30 yaşında ikən Julie Kafka ilə evlənir. Bu evlilikdən 6 uşaq dünyaya gəlmişdir. 3 qız : Qabriella (Elli), Valeriya (Valli), Otiliya (Ottla) və 3 oğlan. Kafka oğlanlar içərisində ən böyüyü idi. Kafkanın digər iki qardaşı Georg və Heinrich uşaqkən qızılca və otit xəstəliyindən vəfat etmişdilər. Bacıları isə ikinci dünya müharibəsi zamanı alman düşərgələrinə sürgün edilib, orada vəfat edirlər.
    Kafka ilk orta təhsilini və liseyi alman dilində bitirmişdir. Tətillərini Trieschdə kənddə əmisi doktor Siegfriedin yanında keçirir.
    1901 - ci ildə Praqadakı alman Universitetinə qəbul olur.
    2 - həftəlik kimya dərslərindən sonra hüquq üzrə təhsilini davam etdirir, eyni zamanda germanistika və incəsənət tarixi dərslərində iştirak edir.
    1907 - ci ildə sığorta şirkətində işə düzəlir və təqaüdə çıxana qədər orada işləyir, eyni zamanda da yazıçılıq fəaliyyətini davam etdirir.
    Yaxın dostları Max Brod, Oscar Baum, Felix Weltsch, Hugo Bergman olmuşdur.
    Franz Kafka ölümündən əvvəl ən yaxın dostu Max Broda əsərlərini yandırmasını vəsiyyət etməsinə baxmayaraq Max Brod onun əsərlərini nəşr etdirmişdir.
    1914 - cü ildə Kafka Berlinli Felis Bauerlə nışanlanır, lakin sonradan ayrılırlar. Səbəb : Kafkanın içinə qapanmış olması, öz otağına aludəliyi və məşğuliyyəti. Felis bundan sıxılmağa başlayır. Felice Bauerle olan məktub yazışmaları "Felisə məkrublar" əsərində toplanmışdır.
    Sonradan Kafkanın Julie Wohryzeck, Milena Jesenska, Dora Diamontla sevgi əlaqələri olmuşdur.
    Milena ilə böyük sevgi yaşamışdır. Lakin Milena evli olduğu üçün bu sevgi tam baş tutmamışdır.
    Kafka 1924 - cü il 3 - iyunda Kierling müalicə sanatoriyasında (Vyana yaxınlığı) vəfat etmiş, Praqada dəfn olunmuşdur.

    Kafka 13 yaşında


  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Kafkanın böyük əsərlərindən biri "Metomorfoz" (Dəyişmə) - dir. Əsərin baş qəhrəmanı Greqor Samsadır. Günlərin bir günü səhər oyanan vaxt Samsa nəhəng bir həşərata çevrildiyini (dəyişdiyini) görür. Əsər yazıçının avtoportretidir, Greqor Samsa Franz Kafkanı canlandırır. Onun xarici dünyadan fobiyasını, qorxusunu ifadə edir (səs küyə qarşı həssasiyyəti). Əsərdə Kafkanın atası ilə münasibətlərinə yer verilir -atasının sərtliyi, ata qorxusu və hakimiyyəti. Kafka atasının gözündə uşaqlığında olduğu kimi gənc vaxtı da böcək kimi dəyərsiz bir şey idi. Kafkaya görə nə qədər kiçik və sadə bir həyatı olsa bir o qədər xoşbəxt olacaqdı. Buna görə də Kafka böcək olmaq yolunu seçir.

    Ailəsi (bacısı) bir müddət Samsaya baxır, yeməyini verir. Bir gün Samsa bacısının skripka çaldığını eşidir və otağından çıxaraq ailə arasına gəlir, bacısı Grete artıq bezir və ailəsinə ondan qurtulmaq istəyini bildirir. Böcək Samsa düşdüyü vəziyyətə görə utanc içində yaşayır və öz otağına çəkilib oradaca ölür, ailəsi təsəlli tapır və tezliklə Samsa unudulur. Əsərdə həm də ailəsinin "metomorfoza" olduğu yəni oğullarına qarşı münasibətdə "davranış dəyişikliyi" göstərilir.

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Əgər film şəklində baxmaq istəsəniz buradan da göz ata bilərsiniz :

    [youtube]http://www.youtube.com/watch?v=wOrhpRtEXH8[/youtube]

  4. #4
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Sonda Kafkadan məşhur bir sitat : "Kitab (bizdə) içimizdə donmuş dənizi sındıran bir balta olmalıdır".
    Ən çox toxunanı oxumaq diləyilə

    Əvvəlcədən təşəkkürlər

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Fidan
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.