Gəlin balaca bir kitabxana yaradaq. Buraya əsərlərimiz haqqında, onların məzmunlarını, qısaca da olsa bildiklərimizi yazaq və məlumatlanaq. Şərt deyil ki, sırf öz əsərlərimiz, müxtəlif yerlərin yəni hansı əsər haqqında məlumtınız varsa xahiş edirəm, bura yazasınız. Nəinki əsər hətta şer, qəzəl, rübai və s. ümumilikdə maraqlı bir kitabxana yaradaq.
Istəyirəm bəri başdan burda yazılanların hamısını siyahıya alam və yazdıqca bu siyahını davam etdirəcəm:
ANAMIN KİTABI- Cəlil Məmmədquluzadə
ABBAS VƏ GÜLGƏZ dastanı
ŞAH İSMAYIL dastanı
AŞIQ QƏRİB dastanı
VƏBA (LA PASTE)- Albert Kamü
ŞİKAYƏTNAMƏ- M.Füzuli
STUDENTLƏR- Y.V.Çəmənzəminli
QAN İÇİNDƏ- Y.V.Çəmənzəminli
İTİRİLMİŞ CƏNNƏT (PARADİSE LOST)- Con Milton
YARPAQLARIN FACIƏSI- Çarles Bukovski
UŞAĞIM- Mirzə Ələkbər Sabir
HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR- M.F.Axundzadə
HEKAYƏTİ - MÜSYÖ JORDAN VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH- M.F.Axundzadə
HEKAYƏTİ-XIRS QULDURBASAN- M.F.Axundzadə
HEKAYƏTI – VƏZIRI – XANI – LƏNKƏRAN-M.F.Axundzadə
HƏKAYƏTİ - MƏRDİ - XƏSİS (HACI QARA)- M.F.Axundzadə
MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ- M.F.Axundzadə
CEVİZ AĞACI- Nazim Hikmət
BİR SƏS- Səməd Vurğun
HƏYAT FƏLSƏFƏSİ- Səməd Vurğun
HAYIF Kİ, YOXDUR- Molla Pənah Vaqif
PƏRİ- Molla Pənah Vaqif
QƏZƏL- Nizami Gəncəvi
BAYRAM OLDU- Molla Pənah Vaqif
DEYİLMİ?- Bəxtiyar Vahabzadə
GÖR NECƏ GÜCLÜSƏN- Bəxtiyar Vahabzadə
LAYLA- Abdulla Şaiq
NİŞANLI QIZ- Abdulla Şaiq
KEÇİ- Abdulla Şaiq
UŞAQ VƏ DOVŞAN- Abdulla Şaiq
NƏ İŞİM VAR?!- Mirzə Ələkbər Sabir
YAĞIŞDAN ÇIXDIQ, YAĞMURA DÜŞDÜK- Nəcəf bəy Vəzirov.
Birinci özüm başlayıram....Sevdiyim əsərlərdən biri...
ANAMIN KİTABI
"Anamın kitabı"- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb.
Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.
Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy "intelligent" paltarındadır, yəni pidjak və jilet geyib, qalstuk taxır. İranda oxumuş Mirzə Məmmədəlinin başında uca İran börkü, əynində uzun İran geyimi.. İstanbulda oxumuş Səməd Vahid isə başına qırmızı fəs qoymuşdur. Qardaşların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdüləzim vətənpərvər və qeyrətli bir kişi olduğu halda , oğlanları milli ənənələrdən tamam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərirlər Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər. Qardaşların bütün günü evdə kitab oxumaları hökümət nümayəndələrini şübhəyə salır. Senzor Mirzə Cəfərin bu 3 qardaşın kitablarını yoxlamaq üçün gəlişi səhnəsində onlar arasında daha bir neçə fərq olduğu anlaşılır. Məlum olur ki, qardaşların soyadları müxtəlifdir, kitabları da bir-birindən fərqlənir. Rüstəm bəy Əbdüləzimovun kitabları lüğətlərdən ibarətdir, Mirzə Məmmədəli xələfi-mərhum Əbdüləzimin kitabları günün tutulması haqqında, Əbdüləzimzadeyi- Səməd Vahidin kitabları isə "həpsi əşardır"- yəni şer və əruz haqqındadır.
Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim surətinin üzərində mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları yandlıraraq, anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin "Anamın kitabı" rəmzi adını verdiyi bu kitab əslində Vətənin kitabıdır. Kitabda ata öz övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir.
Cəlil Məmmədquluzadənin "Anamın kitabı"pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Balaca kitabxana-Əsərlər, şerlər və s.....
Printable View
-
01-22-2008, 12:56 AMAnelBalaca kitabxana-Əsərlər, şerlər və s.....
-
01-22-2008, 11:33 AMAnel
Dastanlardan qısaca olaraq.
[b]"ABBAS VƏ G -
01-22-2008, 11:39 AMAnel
XVI əsrin sonlarında, XVII əsrdə yaranan "Koroğlu", "Abbas və G
-
01-22-2008, 01:36 PMfidan494
La Peste - (Vəba)
20 əsr yazıçısı, nobel ədəbiyyat mükafatına layiq görülmüş, absurdizm fəlsəfəsinin tanınmış davamçılarından Albert Kamü - nün Vəba adlı əsəri onun ilk ən məşhur əsəridir. İkinci dünya müharibəsi illərində yazılmışdır.
Bildiyimiz kimi Vəba xəstəliyi vaxtilə xüsusən Avropada, Asiyada yayılmış xəstəlik olub. "Qara yara" (taun) adı ilə də tanınır.
Yazıçı bu əsərdə Oran şəhər əhalisinin bu xəstəlikdən əziyyət çəkməsindən yazır. Oran Əlcəzairdə dənizə çıxışı olan port kənarında şəhərdir.
Epidemiyanın qarşısını almaq məqsədilə meriya şəhəri təcrid şəraitində saxlamaq qərarına gelir.
Beləcə insanların qohumları ilə əlaqələri kəsilir. Port vasitəsilə də qaça bilmirlər.
Əsərin baş qəhrəmanları :
Rieux (Ryö) - həkim,
Castel - Rieux - nün iş yoldaşı, o da həkimdir,
Rambert - Parisdən gəlmiş jurnalist, əvvəlcə şəhərdən çıxıb getməyə cəhd etsə də, sonradan qalıb digərlərinə bu mübarizədə kömək edir,
Tarrou (Taru) - mübarizənin fəal iştirakçılarındandır, gündəliyində baş verənləri qeydə alır, sonda xəstəlik onun da canını alır, ölərkən yazdığı gündəliyini Rieux - yə verir,
Cottard - yaranmış vəziyyətdən istifadə edərək şəhərdə qaçaqmalçılıqla məşqul olur, epidemiya çəkildikdən sonra o həbs olunur və havalanır
Père Paneloux (Panlu Ata) - keşişdir, onun fikrincə vəba Allahın bir cəzasıdır
Grand - meriya işçisidir, bir ara o da xəstəliyə tutulur lakin sağalır
Onlar hamısı ələ - ələ verib birlikdə şəhəri bu epidemiyadan qurtarmağa çalışırlar və sonda buna nail olurlar.
"Vəba" tragediyası, alleqorik əsərdir, abstrakt bir şeyi konkret bir şeylə əvəz edir. Bu əsərində Albert Kamü əslində ikinci dünya müharibəsində tüğyan edən nazizmi göstərmək istəyir. Nazizm burada xəstəlik kimi təmsil olunur (infeksiyon siyasət).
Xəstəlikdən əziyyət çəkən xəstələr yəhudilər (ikinci dünya müharibəsində təqiblərə məruz qalmış xalq olaraq) və nazistlərin digər qurbanlarıdır, xəstəliklə mübarizə aparan əsərin personajları isə "Müqavimət hərkatı" nın üzvləri kimi təmsil olunur. Müqavimət (La Résistance) hərəkatı ikinci dünya müharibəsində "Roma -Berlin - Tokyo" nazist - faşist ittifaqına qarşı Fransada fəaliyyət göstərən gizli şəbəkələrə və qruplara verilən ümumi addır.
Əsərin sonunda həkim Rieux deyir : vəbanın kökü tam kəsilməyib, o unudulsa da ola bilsin ki nə vaxtsa yenidən qayıdıb gələcək (nazist ideologiyası kimi).
Həqiqətən də belədir ikinci dünya müharibəsi bitdi, digər müharibələr başladı həyat var olduqca müharibələr də olacaq
diqqətinizə görə çoxsağolun :)
mövzuya görə təşəkkür edirəm Shebnem,
digər əsərlərdən də yazmaq istərdim lakin vaxt məhdudluğuna görə çox üzr istəyirəm,
yavaş - yavaş yazmağa çalışacağam :)
xarici edebiyyatla bashladigim uçun de uzrlu hesab edin -
01-22-2008, 04:18 PMAnel
Fidan sən də
-
01-22-2008, 05:07 PMAnel
"ŞİKAYƏTNAMƏ"
"Şikayətnamə" Məhəmməd F -
01-23-2008, 11:25 PMAnel
"STUDENTLƏR".
"Studentlər" [u]Yusif Vəzir -
01-24-2008, 09:49 PMAnel
Yusif Vəzir Çəmənzəminli
"QAN İÇİNDƏ"
"Qan içində" romanı (1936-1937-ci illər). Müəllifin özünün romana verdiyi ad "İki od arasında" olmuşdur. Bu adla müəllif Qarabağ xanlığının bir tərəfdən İranın, digər tərəfdən çar Rusiyasının işğalına məruz qalmasına işarə etmişdir. Roman yazıçının sağlığında çap olunmamışdır. 1968-ci ildə romanı nəşrə hazırlayan professor Əkbər Ağayev ona Qan içində adını vermişdir. Buna səbəb senzuranın romanın əvvəlki adı ilə çap olunmasına icazə verməməsi idi.
Romanın mövzusu XVIII əsrin II yarısında Qarabağ xanlığının tarixindən götürülmüşdür. Əsərin ideyası vətənpərvərlik, vətənin müstəqilliyi və azadlığıdır.
Romanın əvvəlində yazıçı iki tarixi əsərdən epiqraf gətirmişdir: Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sindən və Mirzə Camal Cavanşirin "Qarabağ tarixi"ndən.Birinci əsərdə Qarabağ xanlığının təşəkkül tarixindən, tərkib hissəsindən, ikinci əsərdə isə Pənahəli xan və İbrahimxəlil xanın hakimiyyəti illərində xanlığın xarici işğalçılara qarşı mübarizəsindən bəhs olunur. Ümumiyyətlə Yusif Vəzir bu romanı yazarkən 25 elmi və tarixi əsərdən istifadə etmişdir. Əsərdəki İbrahimxan, Molla Pənah Vaqif, Vidadı, Ağaməhəmməd şah Qacar, Mirzə Camal, II İrakli, Ağabəyim ağa tarixi şəxsiyyətlərdir.
Roman 3 hissədən ibarətdir. Hər hissədə 20-22 bölüm var. Roman Novruz bayramının təsviri və İbrahim xanın qızı Kiçikbəyimin bulaq başına gəlməsinin təsviri ilə başlanır.
Romanın baş qəhrəmanı Vaqifdir. O, həm həssas, həm dəbacarıqlı, tədbirli bir vəzir kimi təqdim olunur. Vaqif öz ağlı, hazırcavablığı sayəsində saraya gəlir və sarayda xanlığın möhkəmləndirilməsi uğrunda çalışır. Əsərdə Vaqifin şəxsi həyatı ilə bağlı məsələlərə də geniş yer verilmişdir. İlk arvadının vəfatı, oğlu Qasım ağanın anadan yetim qalması, şairin ömrünün sonlarında 2-ci dəfə Qızxanımla evlənməsi və onunla soyuq münasibətlərinin təsviri buna sübutdur.
İbrahim xan bacarıqlı və vətənpərvər bir şəxs kimi təsvir olunur. O, Qarabağ xanlığının güclənməsi və müstəqilliyi üçün çalışır. Rusiyanın Qafqaz xanlıqlarınamünasibətindəki ayrıseçkiliksiyasətinə İbrahim xan dözə bilmir. Rusiya imperatoru II Yekaterina gürcü çarı II İraklini hökmdar kimi qəbul edir. İbrahim xana isə ona boyun əyməyi təklif edir. Romanda İbrahimxanın insanlara qarşı qəddar və amansız üsullardan istifadsə etməsi də təsvir olunur. Əsərin sonunda İbrahim xan özünü və ailəsini düşünən aciz bir adama çevrilir. O, xanlığın ağır günlərində yaxınları ilə birlikdə Balakənə qaçır.
Ağa Məhəmməd şah Qacar əsərdəki əsas mənfi surətdir. Romanda o, işğalçı və zalım bir hökmdar kimi təsvir olunmuşdur. Qulaq kəsdirmək, göz çıxartdırmaq kimi cəzalar Qacara görə çox adi, sadə cəzalardır. Qacar sonda öz adamarı tərəfindən öldürülür.
Əsərin maraqlı surətlərindən biri öz əməyi və zəhmətilə böyüyən Səfərdir. O, namuslu və ədalətli bir kəndli gəncdir. Səfər ətrafında baş verən və ona qarşı edilən haqsızlığa dözməyərək qaçaqlıq edir. Xan Səfəri edam etdirmək istəyir, lakin Vaqifin köməyilə o bağışlanır.
Səfər vətənin dar günündə qaçaqlıqdan əl çəkərək düşmənə qarşı mübarizə aparır.
Romanda xanın arvadı Şahnisə xanım, qızları Kiçikbəyim, Sənəm və Ağabəyimağa, Vaqifin sevgilisi Mədinə, Vaqifin 2-ci arvadı Qızxanım kimi qadın surətləri də vardır.
Şahnisə xanım təmizürəkləri, kövrəkqəlbli bir anadır. Qızı Kiçikbəyim Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilərkən o, deyir:
"Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Kim bilir qürbətdə qızımınn başına nələr gələcək?... Kaş əli qabarlı bir rəiyyət olaydım, balalarım da gözümün önündə olaydı. Tehrana qız vermək Əzrailə can vermək kimi bir şeydir. Neynəyirəm qızıl teşti ki, içinə qan qusam?"
Kiçikbəyim özü də Tehrana, tanımadığı adama ərə verilməsini istəmir.
Kiçikbəyim İbrahim xanın 2-ci qızıdır. O, əmisi oğlu Məhəmməd bəyi sevir, lakin siyasi məqsəd üçün Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilir.
Şairə Ağabəyimağa da xanın qızıdır. Əsərdə o, həssas qəlbli bir qız kimi yadda qalır.
Xanın digər qızı olan Sənəm surəti də diqqəti cəlb edir. O, Vaqifin şerlərini əzbər bilir və şairə məhəbbət bəsləyir. Qəfil ölüm Sənəmin arzusunu gözündə qoyur.
Məhəmməd bəy İbrahim xanın qardaşı oğludur. O, əvvəlcə vətənpərvər, müsbət bir surət kimi təsvir olunur. Sonra isə Vaqif və onun oğlu Qasımı öldürtdürən ədalətsiz bir hökmdara çevrilir.
Romanda toy, bayram və s. kimi xalq adət-ənələrindən və yeri gəldikcə təbiət təsvirlərindən də məharətlə istifadə olunmuşdur. -
01-25-2008, 02:24 AMfidan494
Təşəkkürlər Shebnem,
əllərin dərd görməsin :) -
01-25-2008, 06:55 AMfidan494Təşəkkür edirəm Anel :)Alıntı:
Anel Nickli Üyeden Alıntı
-
01-25-2008, 06:57 AMfidan494
Dini məlumatlara görə çox insan bu hekayəni bilir, lakin ədəbiyyat tarixində də bir çox ədiblər dünyanın, əcdadlarımızın yaranması ilə bağlı əsərlər yazmışlar. Bunlardan biri "Con Milton"un (John Milton) "İtirilmiş cənnət" (Paradise Lost) (1667) poemasıdır.
(Satan) Şeytanın Allaha qarşı mübarizəsindən bəhs edir. Tanrının orduları tərəfindən yenilməsi nəticəsində cəhənnəmə qovulan Şeytan üsyançı legionların Pandemoniumda (Şeytan sarayı) keçirilən şurasında belə qərara gəlir ki Allahın yaratdığı yeni dünyanı - cənnəti gedib tapsın. O yola düşür nəhayət cənnətə gəlib çıxır, orada Adəm və Həvvanın gözəlliyini, məsumiyyətini görüb qısqanmağa başlayır və onların "qadağa olunmuş meyvə" haqda söhbətlərini eşidir, Gabriel - ə (Cəbrayıl) xəbər verilir ki Şeytan cənnətə girib. Beləcə cənnətə iki mələk göndərilir. Şeytan yuxuda ikən Həvvanı yoldan çıxarmaq istəyən vaxt bu mələklər Şeytanı tutub Gabriel - ə aparmaq istəyirlər lakin bu zaman Şeytan yoxa çıxır.
Allah Rafaeli Adəmin yanına göndərir. Rafael onları başa salır ki Şeytana uymasınlar. Rafael Adəmə göydə pisniyətli mələklərin üsyanından (Şeytan və Allah arasındakı arasında baş vermiş müharibə) - ni nəql edir və müqabilində Adəm də Rafaelə özünün və Həvvanın necə yarandığını danışır sonra Rafael göyə qayıdır. Şeytan ilan cildinə girərək Həvvanı başdan çıxarır ki "qadağa olunmuş meyvə" ni yesin, Həvva da Adəmi başdan çıxarmağa çalışır, Adəm əvvəlcə ona iradlar tutur lakin sonra özü də o meyvədən dadır. Cənnəti qoruyan mələklər göyə çıxıb gördükləri bu hadisəni danışırlar, beləcə Adəm və Həvvaya cəza hökmü oxunur, "Günah" və "Ölüm" yer üzərinə gondərilir, Adəm ağlayır, Həvva onu təsəlli etməyə çalışır, beləcə onlar cənnətdən qovulurlar və Adəm qiyamət gününə qədər başına gələcəklərlə tanış olur. Şeytan da qalib halda sarayda öz yoldaşlarına qələbəsindən danışır.
"Better to reign in hell than serve in heaven"
"Cəhənnəmdə padşahlıq cənnətdəki qulluqdan üstündür" (J. Milton) (eyni əsərdən - Şeytanın seçdiyi yol)
Diqqətinizə görə təşəkkürlər :) -
01-25-2008, 06:47 PMAnel
:rose: -bu Fidana, i
-
01-26-2008, 01:59 PMfidan494
dəyməz Shebnem,
təşəkkür edirəm bəyəndiyin üçün :) -
01-28-2008, 06:11 PMAnel
ÇARLES BUKOVSKI (Tərcümə:Oqtay Hacımusali)
"YARPAQLARIN FACIƏSI"...
Dodaqlarım qurumuşdu. Oyandım və otlar ölmüşdü,
dibçəkdəki güllər qarğıdalı kimi saralmış;
qadınım çıxıb getmişdi
və boş şüşələr qanı qurumuş cəsədlər kimi
bürüdü məni işə yaramazlıqları ilə
günəş hələ göydəydi ancaq,
və ev sahibəmin qeydi bükülmüşdü
xoş və tələbsiz sarı kağıza; indi ehtiyac duyduğum
gülməli bir aktyordur, təxminən qədim təlxəklər kimi
absurd acı ilə zarafat edəcək və məni güldürəcək; acı absurddur
çünkü mövcuddur, bu haqda danışmayacağam
diqqətlə üzünü qırxdım köhnə bir ülgüclə
bir zamanlar gənc olan və
hamının dahi adlandırdığı adamın; ancaq
əslində yarpaqların faciəsi budur məncə,
şiş otlar, ölü bitkilər;
və qaranlıq bir dəhlizdə addımladım
ev sahibəmin dayandığı
bütün nifrətiylə əlini belinə qoyub,
sallayıb şişman, tərli qollarını
cəhənnəmə ki, pulun yoxdur deyə qışqırır
qışqırır kirayə pulunu ver deyə
çünki çaşmışdı dünya
ikimizə qarşı da. -
01-28-2008, 06:38 PMAnel
Mirzə Ələkbər Sabir.
UŞAĞIM.
Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!
Nə eəəb vaxtıdı, qoy s -
01-28-2008, 06:48 PMfidan494təşəkkür edirəm Anel,Alıntı:
Anel Nickli Üyeden Alıntı
həyati və duyqusaldır -
01-28-2008, 07:33 PMfidan494sağol Anel,Alıntı:
Anel Nickli Üyeden Alıntı
bu mövzuda "oxutmuram əl çəkin" i daha çox bəyənirəm -
01-30-2008, 03:18 PMAnel
Mirzə Fətəli Azundzadə XIX əsr azərbaycan ədəbiyyatının ən q
-
01-30-2008, 05:18 PMAnel
2.
[b]"HEKAYƏTİ – M -
01-30-2008, 09:47 PMfidan494
Düz buyurdun Shebnem, Mirzə Fətəli Axundov həqiqətən də güclü sənətkardır. Azərbaycanla yanaşı Türk - İslam dünyasının da ilk dram yazıçısı olub ::aze::
Təşəkkür edirik Shebnem, bu komediyaları xatırlatdıgın üçün. -
01-31-2008, 05:04 PMAnel
Dəyməz Fidan :D .
Həqiqətəndə Fidan, M. F. Axunzadə q -
02-08-2008, 06:48 PMAnel
Qayıdıram M. F. Axundzadənin komediyalarına. Yəni davam edirəm.
3. "HEKAYƏTİ-XIRS QULDURBASAN". (1851-ci il)
Hekayəti-xırs quldurbasan Axundzadənin 3-c -
02-15-2008, 01:59 PMAnel
4. "HEKAYƏTI – VƏZIRI – XANI – LƏNKƏRAN" (1851-ci il)
Mirzə Fətəli Axundzadənin 4-c -
02-29-2008, 09:00 PMAnel
5."HƏKAYƏTİ - MƏRDİ - XƏSİS" (1852-ci il).
M.F.Axundzadənin bu komediyasını -
02-29-2008, 09:15 PMAnel
6. [b]"M
-
02-29-2008, 09:39 PMAnel
NAZİM HİKMƏT- CEVİZ AĞACI
Başım köpük köpük bulut, içim dışım deniz,
ben bir ceviz ağacıyım Gülhane Parkı'nda,
budak budak, şerham şerham ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda.
Yapraklarım suda balık gibi kıvıl kıvıl.
Yapraklarım ipek mendil gibi tiril tiril,
koparıver, gözlerinin, gülüm, yaşını sil.
Yapraklarım ellerimdir, tam yüz bin elim var.
Yüz bin elle dokunurum sana, İstanbul'a.
Yapraklarım gözlerimdir, şaşarak bakarım.
Yüz bin gözle seyrederim seni, İstanbul'u.
Yüz bin yürek gibi çarpar, çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda.
Ne sen bunun farkındasın, ne polis farkında. -
02-29-2008, 09:53 PMAnel
"BİR SƏS"
Qərib bir səs gəldi bu g -
03-02-2008, 07:40 PMfidan494
Anel, zəhmət olmasa əlində varsa, Molla Pənah Vaqifin "hayıf ki yoxdur" şerini yaza bilərsən?
-
03-02-2008, 09:23 PMAnel
Buyur Fidan, bu mənim də Molla pənah Vaqifin sevdiyim qoşmalarından biridir :D .
"HAYIF Kİ, YOXDUR"
K -
03-02-2008, 09:39 PMAnel
Vaqifin qadın g
-
03-02-2008, 09:53 PMfidan494təşəkkür edirəm Anel :rose:Alıntı:
Anel Nickli Üyeden Alıntı
İnşallah Vaqifin 300 illik yubileyi Qarabağda qeyd olunar ::aze:: -
03-02-2008, 10:47 PMAnel
Dəyməz :D.
İnşallah.. -
03-03-2008, 01:23 PMAnel
*************QƏZƏL****************
Ay -
03-03-2008, 01:39 PMAnelAy Fidan bu qoşmanı da yazdın, yadıma dAlıntı:
fidan494 Nickli Üyeden Alıntı
-
03-04-2008, 02:56 PMAnel
DEYİLMİ?
Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?
Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?
Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?
Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?
Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?
Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı - bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?
GÖR NECƏ GÜCLÜSƏN!..
Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.
Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...
Gəzmək istəyirəm... sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!
Gülmək istəyirəm... ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.
Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən...
Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.
Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
- Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür,
yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.
Bəxtiyar Vahabzadə -
03-24-2008, 05:27 PMAnel
LAYLA
Laylay, mələkim, k -
03-24-2008, 05:42 PMAnel
Yəqinki, Abdulla Şaiqin bu şerlərini Azərbaycanda bilməyən yoxdur. Uşaqlıq xatirələrimizdən:
[b]KE -
04-04-2008, 02:57 PMAnel
[b]NƏ İŞİM VAR?!
Millət necə tarac olur olsun, nə işim var?!
D -
10-17-2008, 07:14 PMAnel
Maraqlı bir əsər daha:
"Yağışdan çıxdıq, yağmura düşdük" - Nəcəf bəy Vəzirov.
Bu komediyadır. Daha çox "Hacı Qəmbər" adı ilə tanınır. Əsər 1875-ci ildə qələmə alınıb. Lakin 1895-ci ildə N.Vəzirov bu əsərin üstündə yenidən işləyərək, onu təkmilləşdirib. Əsəri, tacir həyatından, o zamanlar üçün daha çox, yayqın olan acıgözlükdən, tamahkarlıqdan, xəsislikdən bəhs edir. Demək olar ki, bu durum elə günümüzdə də mövcuddur. Nə isə, yayınmayım. Komediyada tamahkarlıq tənqid olunur. Əsərin baş qəhrəmanı Hacı Qəmbərdir. Hansı ki, tamahkarlığı ucbatından başına gələn iş qalmayıb. Yəni, Hacı Qəmbər əvvəllər sadəcə olaraq balaca bir alverçi idi. Lakin bu ona bəs etmirdi. Varlanmaq arzusunda idi. Elə buna görə də bütün qazancını verib, barama alır. Amma, baramanı daşıyan gəmi dənizdə batır. Düşünün ki, Hacı Qəmbər nə vəziyyətdədir. Hmm..dəli olmazmı? Elədir, Hacı Qəmbər bu səbəbdən dəli olur. Komediyada Dilbər xanım adlı bir sürət də var. O Hacı Qəmbərin arvadıdır. Dilbər xanım, bacardığı qədər ərinə sağalması üçün kömək edir.Bununla yanaşı vəfalı, ədəbli bir qadın olan Dilbər xanım ərinin eyiblərini də onun düz üzünə deyən bir qadındır.
Hacı Qəmbərin müxtəli komik vəziyyətlərə düşməsi satirik bir gülüş doğurur. Hacı Qəmbər varını-yoxunu itirir, dəli olur, həyat oldaşı onu sağaltmağa çalışır.. Hacı Qəmbər malın sığortasını alır və qulluqçu Yetərə vurularaq onunla ailə qurmaq istəyir ... və s..
Hacı Qəmbərin qızı Cəvahir xanım da anası kimi müsbət roldadır. Eyniylə də Avropa və Şərq mədəniyyəti ilə tanış olan ziyalı Əşrəf bəy.. -
06-13-2010, 02:11 PMje_demeureRe: Balaca kitabxana-Əsərlər, şerlər və s.....
ikinizin de ellerine sagliq.. :alqis:
Cox boyuk maraqla oxudum..Tesekkurlerr
