Anel Nickli Üyeden Alıntı
Buyur Fidan, bu mənim də Molla pənah Vaqifin sevdiyim qoşmalarından biridir :D .
"HAYIF Kİ, YOXDUR"
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Uca tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!
Qış günü qışlağı Qıraqbasarın,
Gözüdür Aranın cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!
Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı,
Amma şirin dilli, açıq qabaqlı
Könül aşinası hayıf ki, yoxdur!
Havasından torpağının, yeninin,
Dadıdmaz dəhanın ləbi şirinin,
Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!
Uca əşrəfili, bulut kimi saç,
Dal gərdənda hər hörüyü bir qulac,
Kəlağayi əlvan, qəsabə qıyğac,
Altından cunası hayıf ki, yoxdur!
Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!
Laçın təki başda ala tomağa,
Yaşmağı tutmaya dişə, dodağa,
Cəllad kimi durub qabaq-qabağa
Baxıb can almağa, hayıf ki, yoxdur!
Çünki yorğunuyam mən bu yolların,
Qaydasını billəm hər üsülların,
Gümüş biləklərin bəyaz qolların,
Sarı kəhrəbası, hayıf ki, yoxdur!
Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!
Vaqif haqdan dilər lütfü kərəmər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər.
Getməyin binası, hayıf ki, yoxdur!
Qoşmada Kür qırağında yaşayan el-obanın yoxsul həyatı hüzünlə təsvir olunur. Bu qoşma İbrahim xanın Kür qırağına səfəri ilə bağlı yazılıb. Şair şerdə Kür qırağının yoxsul həyatı ilə, Qarabağın dəbdəbəli sarayını qarşılaşdırmışdır. Bununla şair İbrahim xanın buralardan tezliklə getməsinə nail olur və bununla yerli camat əzab-əziyyətdən xilas olur.