Zirvədə oyanar insan gün işığına"

Qəlbə gedən yolları və keçidləri tikanlıqlara çevirən çağın, yüzilliyin və mühitin insanlarına çatmaq naminə yalnızlaşıb beşinci mövsümə yönələnlərin yuxularına qarışıram.

Göyündə ulduz olmayan gecələrin içindən qopub gələn məktublara, çətin bir şəhərdən cavablar yazıram: O qədər çirkinliyə, gurultuya, bilik deyə təqdim olunan doldurma materiallara, yadlaşmağa incəlmiş duyğuların tərpənişlərinə lal qalan “şəkil”lərə baxmayaraq, qəlbin asimanı altında və cazibə sahəsində yaşayan könüllərlə söhbətləşmək üçün...

Həyatın dolaşıq küçələrində yorulmuş olaraq, asudə bir adanın kənarında nəfəs dərmək üçün...

Qəlbin cazibə sahəsində qalmaq və yaşanılmalı bir həyat üçün...

Özüm üçün...

Onlar üçün...

Bir ananın sarılmasındakı şəfqətə, istiliyə, özünü fəda etməyə yad bir davranışı inkişaf etdirən dəyişikliyin içindən çox şey keçdi.

Qabarıq bir siyahı var əlimizdə.

İtkilərin sonrasında əmələ gələn boşluq bizi içinə çəkir.

Yıxılırıq və yaralanırıq.

Üstümüzdəki bacaların altında, keçib getdiyimiz küçələrdə; ulduzsuz gecələrin şəhərində; zəlzələlərin baş verdiyi ölkədə; orada və burada... boşluq duyğusu qucaqlayır bizi.

Əziyyət çəkirik; izdihamların (kütlələrin) şəkərləri ağzımızın dadını xarab edir.

Kütlənin dilinə arxa çevirib gedirik.

İndi yoldayıq!

Əziyyət çəkdiyimiz üçün; kor cahilliyi artıran yayğın ünsiyyət dilinə yadlaşdığımız üçün, öz dilimizdə danışmaq üçün...

Və bu təhrik edici səyahətdə qeydlər aparırıq.

....

Hər kəlməsində və cümləsində əziyyət çəkən bir könlün fəryadları duyulan, uyğun addım marş gedən şəxsiyyətsizliyə alışma qorxusu ilə gərilən və özünü yerindən oynadan məktub sahiblərini sevir və alqışlayıram. Ancaq insanı çirkin münasibətlərin içinə həbs edən çevrilişə məhbus düşməyənlər bu məktubları yaza bilərlər.

Bütün o yardım istəyənlər üçün bir şey söyləyirəm:

İnanın yaxşısınız və çox şeyə sahibsiniz!...

Özünüzə haqsızlıq etməyin!...

İntensiv bir məmnuniyyətlə qarşılanan, yalnız zərfə çalan və göz oxşayan boyalardan başqa bir şey olmayan kimsələrə bənd olmamağınız az şeydirmi sanki?!

Daha nə edə bilərsiniz ki?

Cəmiyyətləri “yaxşı”ya sazlamaq; dünyanı estetikadan daha da gözəl olan “gözəl”in içinə cəlb etmək; insanları tamamilə candan könüldən davranmağa sövq etmək, bacara biləcəyimiz bir şeydirmi?

Axına qapılmamaq və üzü “yaxşı”ya tərəf “gözəl” bir adada yaşamaq uğrunda müqavimət göstərmək lazımdır. Bəlkə sadəcə axına qarşı avar çəkmək...

Axına qarşı avar çəkməklə axının istiqamətini dəyişdirməyə bilərik. Ancaq belə davranmaqla axını qəbul etməkdən xilas olarıq. Ən azı axına vərdiş etmərik!...

Marsel Proust, yeddi cildlik romanında İtmiş Zamanın İzində gedir. Proustun arxasınca düşənlər bilər, o nə qədər möhtəşəm yolçuluqdur! Yolçuluq boyunca, həyəcandan həyəcana keçirsiniz.

Proustun “itmiş zaman”ından mühüm “itirilmiş eşq” deyirik.

Çünki axın eşqə tərs istiqamətdə axır.

Eşqi bu axına qapdırmış kimiyik... Sanki onu itirdik!

İndilərdə “eşq” deyə meydanda gəzən və eşqin ruhla davalı yolundan çıxmış vəziyyəti nədir belə?

Bəli, bir çox şey kimi eşq də itmiş!

Bunu deyə bilərlər: Eşqi tapa bilmədik ki, itirək də!

Hər nə isə; eşqin aclığını çəkirik! Bu dəqiqdir ki, onun sirrinə vaqif olmaq istəyirik.

Eşqə dair dilə yad zəmanənin uşaqları başqa nə etsin?!

Biz nə edək?!

Etimadlı bir sığınacaq arayışı içindəykən; “Eşq imiş hər nə varsa bu aləmdə, Elm bir qıylu qal imiş” deyən Füzulinin səsini eşidir, bu səsə sarı getməkdən özümüzü saxlaya bilmirik.

İtirilmiş eşqin izində, sonu qeyri-müəyyən bir səyahətə çıxan Simürğün* maraq və həyəcanı içindəyik.



* Simürğ, əfsanənin sehirli quşudur. Qaf dağında yaşayır. Digər adı Ankadır. Simürğ eyni zamanda fars dilində “otuz quş” mənasına gəlir. Deyilənlərə görə, Simürğü axtarmaq üçün yollara düşən quşlardan çətinlikləri aşa bilən otuz dənəsi, Qaf dağına çatanda Simürğü tapa bilmirlər. Halbuki, bir də geri baxıb görürlər ki, Simürğ quşu elə özləridirlər