Çingiz Abdullayev orta təhsilini Bakıda 189 №-li məktəbdə almış və 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin “Hüquqşünaslıq” fakultəsinə daxil olmuşdur.
Universtitetdə oxuyarkən “Комсомольский прожектор” qəzetinin Baş Redaktoru və Hüquqşünaslıq fakultəsinin “İdman Klubunun” Prezidenti olmuşdur.
1979-cu ildə Alma-Ata və 1980-cı ildə Lvov şəhərlərində Hüquqşünaslıq uzrə Ümumittifaq Müsabiqədə birinci yeri tutmuşdur.


1981-ci ildə Universiteti bitirmiş və bölgü nəticəsində “poçt qutusu adlandırılan” və Aviasiya Sənaye Nazirliyinin qapalı müəssisəsi olan Bakı Aqreqat İstehsalat Birliyinə düşmüşdür. 1981-ci ildən 1984-cü ilə qədər SSRİ-də Aviasiya Sənayə Nazirliyinin müəssisələrində işləmişdir.
1984-cü ildə SSRİ-nin Müdafiə Nazirliyinin 34-cü bölməsində zabit olmuşdur. 1984-cü ildən 1986-cı ilə qədər xaricdə işləmiş və iki yerindən yara almışdır. Qırmızı Nişan, Qırmızı Ulduz ordenlərinə və bir çox medallara layiq görülmüşdür.
1986-cı ilin sonunda Bakıya qayıtmış və hüquq mühafizə orqanlarında işləmişdir.
1984-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Partiyadan çıxmamış və Partiya biletini təhvil verməmişdir.
1986-cı ildə ikinci təhsilini Psixoloq kimi almışdır.
1988-ci ildə “Mavi mələklər” adlı kitabı çıxmışdır.
1989-cu ildə “Azərbaycan Yazıçılar İttifaqı”nın təşkilati məsələlər üzrə Katibi kimi təsdiqlənmişdir.


1991-ci ildə “Azərbaycan Yazıçılar İttifaqı”nın 9. Qurultayında yenidən Katib seçilmişdir.
1992-ci ildə “PEN-klub”un vitse-prezidenti seçilmişdir.
1994-cü ildə “SAKS-klub”un Prezidenti seçilmişdir.
1997-ci ildə “Azərbaycan Yazıçılar İttifaqı”nın 10. Qurultayında yenidən Katib seçilmişdir.


2003-cü ilin Beynəlxalq Ədəbifondun yanvar konfransında Ədəbifondun Ortaqlı Sədri seçilmişdir.
2004-cü ildə “Azərbaycan Yazıçılar İttifaqı”nın 11. Qurultayında yenidən Katib seçilmişdir.
2005-ci ildə MSPS-nin Sədr müavini seçilmişdir.


Hüquq elmləri Doktorudur.
Hazırda 89 roman və povestinin bütün Dünyada tirajı 21 milyondan artıq nüsxəyə çatmış və 17 dilə tərcümə olunmuşdur.
Çingiz Abdullayevin yazdığı əsrlərindən bəzilərinə teleserialllar çəkilmişdir ki, onlar aşağıdakılardır:
“Dronqo” (13 seria)
“Qəti Diaqnoz” (2 seria)
“Milenyumda bir dəfə” (2 seria)
“Əclafın üslubu” (2 seria)
“Manyakın Düşüncəsi” (2 seria)
“Ümidlər külü” (8 seria)


“Grand Master” , “Humay” , “Qızıl Pero” , “Mənlik və Ləyaqət” mükafatlarının sahibidir. “Dronqo” filmi Moskva beynəlxalq “Qanun və Cəmiyyət” dedektiv filmlər kinofestivalının prizi ilə mükafatlandırılmışdır.
Avropa yazıçılarının səyahəti “Eurovavilon2000”-nin iştirakçısıdır.