Uşaqken bir çoxlarimiz "Kəlilə və Dimnə" nağılını oxumushuq. Üstü sarı rəngli kitab idi :)
Ədəbiyyat tarixində ilk təmsil örnəklərindən hesab olunan Kəlilə və Dimnə hind filosofu Bəydəba tərəfindən yazılmışdır. Bəydəba milladdan əvvəl 1 - ci yüzillikdə yaşamışdır. Onun həyatı haqqında kifayət qədər məlumat yoxdur. Əsl adı və milliyəti barədə bir çox müxtəlif fikirlər deyilsə də tarixçilərin çoxu əsl adının Ketku olduğunu və türk əsilli olduğunu deyirlər. Bakıda doğulmuş, sonradan Hindistana köçdüyü haqda fikirlər var. Kəlilə və Dimnəni hind padişahı Dəbşəlimin dövründə yazmışdır. Bu əsər zalım padişaha bir növ nəsihət xarakteri daşıyır. Əsərin adı iki (çaqqalın) adından götürülüb. Bu heyvanlar əsərin əsas qəhrəmanları sayılırlar. Kəlilə xeyri, Dimnə isə şəri təmsil edir. Hekayə içərisində hekayə toplusudur. Əsərin əsas mövzusu əxlaq və siyasətdir. Tərbiyəvi xarakter daşıyır.
Kəlilə və Dimnə uşaqlara ibrət verici nağıllardan ibarətdir, onlara ədalətli, zəhmətkeş olmağı, dostluğun qədrini bilməyi aşılayır. Məşhur təmsil ustadları Ezop və La Fonten də öz təmsillərində "Kəlilə ve Dimnə" dən ilhamlanıblar.
Bu əsərə görə Bəydəba əvvəlcə həbs olunur sonra isə bağışlanaraq dövlət mövqeyində işləyir. Əsər 6 - cı əsrdə pəhləvi dilinə sonralar isə Abdulla İbni Əl - Müqəffa tərəfindən ərəbcəyə tərcümə edilmişdir. Sonradan şərq və qərb dillərinə çevrilmişdir. Kitabın əsli sanskritcə (hind – avropa dilinin hind iran qoluna məxsus qədim bir dil, tarixçilərin fikrincə Hindistan, Xəzər dənizi və Orta Şərqdə işlədilən dil olub) yazılmışdır və sanskritcə adı Karataka (Kəlilə) və Damanakadır (Dimnə). Bundan başqa Bəydəbanın Nəsihət Əl - Külliyə adlı əsəri də mövcuddur.
Kəlilə və Dimnə
Printable View
-
12-03-2007, 06:37 PMfidan494Kəlilə və Dimnə
-
12-03-2007, 07:56 PMmontoya
bilmiyodum.sağol :canim: :canim:
-
12-03-2007, 08:07 PMfidan494
Günlərin bir günü iki dost olubmuş. Bu dostların biri çox dürüst, ağıllı və zəhmətkeş imiş. O biri dostu isə yalançı, təmbəl və çox hiyləgər biriymiş. Dürüst olanın adı Kəlilə, o birinin adı isə Dimnə imiş.
Bir gün bu iki dostun yaşadığı ölkənin padişahı, ölkədə heç bir vəzir tapa bilmirmiş. Dimnə ilə Kəlilə arasında seçim edir və Dimnəni seçir. Çünki o çox hiyləgər olur. Padişah onu vəzir edir. Ona çox inanır.
Günlərin bir günü padişah otaqda tək tənha olan vaxt qulağına çox dərin bir səs gəlir. Bu səsin haradan gəldiyini öyrənmək üçün axtarışa başlayır. Ancaq dərdini heç kimə demirmiş. Çünki o boyda bir padişah, bir səsdən qorxmaz axı ! Ancaq Dimnə onun qorxduğunu bilirmiş.
Bir gün, Dimnə padişahın yanında olan vaxt yenə o səs gəlibmiş. Bu inək səsi imiş. Ancaq padişah bunu tapa bilmirmiş. Dimnə onun nədən qorxduğunu başa düşür və səsin gəldiyi yerə gedir. Və bu vaxt padişah səsin bir inəkdən gəldiyini sezir. Padişah, bu inəyi çox sevir. Hər gün onunla oynayır. Dimnə bunu qısqanmağa başlayır. Ve bir gun böhtana əl atır. Padşaha deyir : ”Cənab padşah, bu inək sizin taxtınıza göz qoyub. Məncə bunun belə davam etməsinə göz yuma bilməzsiniz”. Padşah da fikirləşməyə başlayır.
Dimnə, inəyin yanına gedib deyir : ”İnək qardaş, mən padişahın yanından gəlirəm. Padişah bu yaxında səni kəsib özünə yemək olaraq bişirəcək. Sən buradan qaça da bilməzsən. Məndən deməkdir. Ancaq inək buna padşah qədər çox fikir vermir. Lakin içində yenə də bir şübhə olur.
Bir gün padşah onun yanına gedir. Bunu görən inək, ona cumur. Padişah bunu görəndə Dimnənin sözlərinin doğru olduğuna inanır və inəyi öldürtmək əmri verir.
Uzun müddət keçir. Padşah etdiyi işə görə peşman olur. Ancaq Dimnəyə heç nə etmir, çünki onu günahsız hesab edir.
Elə bu vaxt anası içəri girir:
-Oğlum, sən, Dimnənin günahsız olduğuna inanma, onu bil ki, bu gün inəyini öldürən, sabah səni öldürər. Əgər canını sevirsənsə öldür onu….
Padşah bu sözlər qarşısında təsirlənir və Dimnəni öldürür.
Bu da Kəliləyə pis təsir edir və o da xəstələnib ölür.
Bu iki dostun sonu bu şəkildə bitir. Əgər Dimnə bunları deməsəydi indi vəzir olaraq yaşayardı.
Bu hekayə "Aslan və Öküz” ün hekayəsi olaraq da adlandırılır. Orada da eynilə aslan öküzün səsindən qorxur bunu hiss edən hiyləgər çaqqal Dimnə, yaltaqlanaraq heyvanların padşahı Aslanın hüzuruna gəlir və hər şeyi ona başa salır (Başlanğıcda Dimnənin dostu Kəlilə buna razı olmur ona başqalarının işinə qarışmamasını tövsiyyə edir).
Sonra Dimnənin vasitəçiliyi ilə Aslan və öküz dostlaşırlar, Dimnə özünün arxa planda qaldığını görür, qısqanmağa başlayır və onların arasında söz gəzdirir. Aslan Dimnənin fitnəsinə inanaraq öküzü öldürür sonradan buna peşman olub Dimnəni də öldürür. -
12-03-2007, 08:18 PMmontoya
tamam fidan abla.hikaye bitti.uyuduk :loll: :loll:
sağol güzel masallar için. -
12-03-2007, 08:25 PMfidan494dəcəl uşaqlar :al:Alıntı:
montoya Nickli Üyeden Alıntı
-
12-03-2007, 08:30 PMmontoya
:bandash: :bandash: :bandash:
-
12-03-2007, 09:30 PMElif
Sağol Fidan Xala :D
-
12-03-2007, 09:58 PMmateriya
Fidan öten günlerimi qaytaraydılar gelen günlerimi qurban vererdim xatireler gözeldir sağ ol :aferin:
-
12-04-2007, 01:48 AMmechulasker
Walla usagligim yadima dustu sagolasan Fidan ellerin dert gormesin :canim: :aferin:
-
12-04-2007, 05:29 PMAnel
-
12-05-2007, 06:19 AMruhsuzz
olan Kəlilə ya oldu desene :)
-
12-05-2007, 01:13 PMSecde
Bismilləhir rəhmənir rəhim
Əs salamu aleyku və rəhmətullahi və bərəkətuh!
Sag ol Fidan dəyərlə məlumatlar üçün.
Bəli... Kəlilə və Diminə əsəri İnsanlıq üçün dəyərlə bər əsərdər. Maraqlı və təsirli təmsilləri ilə sanki dövrümüzdəki insanların çirkin və xain əməllərini gülüş obyekti edərək insanları maarifləndirir. Təbii ki keçmiş əslərdən qalan bir əsərdir. Amma elə ətraflı hekayələri var ki dərindən düçünəndə burada olan hadisələri hazırkı ətrafımızda görə bilirik.
mən bu əsərdə ən çox istifadə olunan zərb məsəllərini sevirəm. Çox gozəl söylənib. Eyni zamanda bu əsəri bizim dilimizə tərcümə edənlərə də minnətdar olmalıyıq.
Allah sizlərə salamtlıq qismət eləsin! -
01-09-2008, 09:11 PMmete_17
::aze::
Evet Kelile ve dimne güzel bir eserdir. Ancak söz konusu bu eseri herkes tarafından pek bilinmemektedir. Bu eserleri sadece Akademik alanlara ilgisi olanlar tarafından daha çok bilinmektedir.
Seni takdir ediyorum çünkü sahip olduğun bilgileri bir başka kişiyle paylaştığın için. -
01-09-2008, 11:38 PMSahin26Re: Kəlilə və DimnəPAYLAŞTIĞIN İÇİN SAĞ OL...Alıntı:
fidan494 Nickli Üyeden Alıntı
[ -
01-09-2008, 11:42 PMDeli_UREK
:aferin: Yaxsidi
-
12-25-2009, 12:51 AMfidan494Re: Kəlilə və Dimnə
Kelile ve Dimne "Acgoz pishik"
Bir pishik bir nene ile yashayirmis. Pishik tembel imish. Nne bu pishiyi hemise yedirib besleyirmis. Nene yoxsul idi. Bir gun pishik çole çixarken ozunden boyuk bir pishikle rastlashir. Boyuk pishik daha yaxshi yeyib beslenirmish. Balaca pishik sual verib ki, niye bu bele canlisan? Boyuk pishik deyib ki, sarayda muxtelif cur yemekler yeyir. Kicik pishik dushunur ki, yashli nenenin yaninda gunu yaxshi kecmir saraya getse dadli yemekler onu gozleyir. Boyuk pishiye deyir ki, ne vaxt getsen meni de ozunle çagir saraya birge gedek. Boyuk pishik razilashir. Kiçik pishik bu fikrini neneye deyir, nene buna uzulur, çunki nenenin yaninda ac qalmir yoxsul da olsalar bir teher keçinib gedirler. Balaca pishik saraya gedeceyinde israr edir. Iki pishik saraya gedirler. Ve gorurler ki, sarayin qarshisinda çoxlu pishikler duzulub ve saraya daxil ola bilmirler. Bu pishikler hamini bezdirir. Padshah oxçulara emr edir ki, gedib pishikleri oldursunler. Oxçular emri yerine yetirir, neneden qaçan pishiyin medesine ox deyir ve balaca pishik bir daha nenenin yanina qayida bilmir. Nene de pishiyin qayitmadigini gorub, acgozluluyunu basha dushur ve ozune yeni bir pishik tapir. -
12-25-2009, 01:30 AMkombat80Re: Kəlilə və Dimnə
heee bizde evde var bu kitab ama hec oxumaq nesib olmuyub :(
-
12-25-2009, 01:33 AMGLAMOURKARe: Kəlilə və Dimnənesib olmuyub deyende,kitabi oxumaga maraq lazimdirda.Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
12-25-2009, 01:40 AMkombat80Re: Kəlilə və Dimnə
Demoqoqlugun tutub senin bu gun :)
-
04-24-2010, 09:55 PMcanbellRe: Kəlilə və Dimnə
Bəydəba tərəfindən yazılmış "Kelile ve Dimne"hekayesini oxumushdum,amma unutmushdum dogrusu,yeniden oxudum sayende yadima dushdu. :D cox maragli hekayedi.Cox maraglidi ki,bu iki dostun xasiyyetleri ayridir, ancaq yene de bir birilerine baglidir.Sonu da olumle bitir...Muasir zamanda bele dost tapmag qeliz meseledir.Yeni dost tapim axiri olumle neticelenmesin :wink:
-
05-05-2010, 04:31 PMKralica_Re: Kəlilə və Dimnə
Cox sag ol teshekkur maragli idi
-
05-06-2010, 05:43 AMRuzgar_GuluRe: Kəlilə və Dimnə
:alqis: cox gozeldi fidan ellerine saglık ilk defa burda duydum ve men bu hikayeleri usaglara anlatıcam cox sevdim ::yerivar::
