İnanma!-Afaq Şıxlı Bir gün, unutmuşam,
desələr sənə,
Gözümə baxmamış
gözün, inanma!
Həsrət şərabını versələr
sənə, Yenə seç əyridən düzü,
inanma! Mən səndən sevgimi
gizlətmədim heç.
Qırsam da qəlbini
günahımdan keç.
Ya çılğın eşqimiz, ya
ayrılıq! Seç! Yerimi verməyər yüzü,
inanma! Bilirəm, bu sevda
zamansız oldu,
Dostlar düşməndən də
amansız oldu!
Desələr: “O, sənə
vəfasız oldu!” Yalandır onların sözü,
inanma! Qısqanclıq əlindən odda
yansalar,
Səni sevdiyimi səndən
dansalar,
Bu təmiz eşqimi oyun
sansalar, İnanma, sevgilim, özun
inanma!
Yer imleri