Eramızdan əvvəl (E.ə.) VI - V əsrlər
"Avesta"nın yaranması.

E.ə. V əsr
Herodotun "Tarix" kitabında bəzi Midiya əfsanələrinin məzmununun verilməsi.

VI - VII əsrlər
"Kitabi - Dədə Qorqud" dastanının yaranması.
Alban ədəbiyyatından gəlib çatan yeganə şer nümunəsi (Davdağ. Cavanşirin ölümünə mərsiyyə).

VII - VIII əsrlər
Ərəb dilində ədəbiyyatın yaranması (Musa Şəhəvat, İsmayıl ibn Yəsar, Əbdül Abbas).

XI əsr
Farsca yazmaq ənənəsinin başlanması. Fars dilində ilk divanın yaranması (Qətran Təbrizi).

XII əsr
Saray ədəbiyyatının güclü inkişafı. İlk məsnəvi-poemanın yaranması (Əfzələddin Xaqani).
Nizami Gəncəvinin "Xəmsə"sinin yaranması. Nizami ədəbi məktəbinin yaranması.

XIII əsr
Ana dilimizdə ilk lirik əsərlərin yaranması (İzzəddin Həsənoğlunun qəzəlləri).
Ana dilimizdə ilk epik əsərin - məsnəvi - poemanın yaranması. (Dastani - Əhməd Hərami).

XIV - XV əsrlər
Ana dilimizdə yazılan və bizə gəlib çatan ilk divanın yaranması. (Qazi Bürhanəddin).
Tuyuğ janrının yaranması (Qazi Bürhanəddin).
Ana dilimizdə ictimai, fəlsəfi qəzəlin güclü inkişafı (İmadəddin Nəsimi).
Nizami ədəbi məktəbinin bir sıra davamçılarının yetişməsi (Arif Ərdəbili, Marağalı Əvhədi, Əssar Təbrizi).
Ana dilıimizdə poeziyanın güclü inkişafı (Cahanşah Həqiqi, Kişvəri, Həbibi).

XVI əsr
Ana dilimizdə ilk "Leyli və Məcnun" poemasının yaranması (Həqiri Təbrizi).
Ana dilimizdə qəzəlin ən yetkin və kamil nümunələrinin yaranması (Məhəmməd Füzuli).
Ana dilimizdə klassik poeziyanın zirvəsi sayılan "Leyli və Məcnun" poemasının yaranması (Məhəmməd Füzuli).
Əruz vəzni ilə yanaşı, heca vəzninin də divan ədəbiyyatına gətirilməsi (Şah İsmayıl Xətai).
Ana dilimizdə bədii nəsr nümunələrinin yaranması (Məhəmməd Füzuli).
Ana dilimizdə alleqorik poemaların yaranması (Məhəmməd Füzuli).
Füzuli ədəbi məktəbinin yaranması.
Aşıq yaradıcılığının inkişafı (Qurbani).

XVII əsr
Füzuli məktəbinin davamçılarının yetişməsi (Məsihi, Saib Təbrizi, Qövsi Təbrizi).
Şifahi xalq ədəbiyyatının intibahı (dirçəlişi, yüksək inkişafı). Bir sıra dastanların yaranması, aşıq yaradıcılığının güclü inkişafı (Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı).

XVIII əsr
Ədəbiyyatımızda realizmin yaranması (Molla Pənah Vaqif).
Xalq şerinin yazılı ədəbiyyata gəlişi ( Molla Pənah Vaqif).
Aşıq yaradıcılığının inkişafı (Xəstə Qasım).

XIX əsrin birinci yarısı (1800-1840-cı illər)
Maarifçilik meyllərinin güclənməsi (Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı).
İctimai satiranın yaranması (Qasım bəy Zakir, Baba bəy Şakir, Abdulla Canı oğlu).
Ana dilimizdə nəsrlə yazılan hekayə janrının ilk nümunələrinin yaranması (Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı).
İlk ədəbi məclisin yaranması ("Divani-Hikməti", Mirzə Şəfi Vazeh).

XIX əsrin ortaları (1850-1870-ci illər)
Milli dramaturgiyanın yaranması (1850-ci il, Mirzə Fətəli Axundzadə).
Yeni tipli realist povest janrının yaranması (1857-ci il, M.F. Axundzadə).
Milli teatrın yaranması (1873-cü il).
Milli mətbuatın yaranması (1875-ci il, "Əkinçi" qəzeti).
Maarifçilik ideyalarının geniş yayılması (M.F. Axundzadə, Seyid Əzim Şirvani).
Ədəbi məclislərin çoxalması.
İctimai satiranın inkişafı (S.Ə. Şirvani, Mirzə Baxış Nadim).
Ədəbi tənqidin əsasının qoyulması (M.F. Axundzadə).
Fəlsəfi publisistikanın əsasının qoyulması (M.F. Axundzadə "Kəmalüddövlə məktubları")

XIX əsrin sonları (1880-90-cı illər)
Bədii nəsrin inkişafı (Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Talıbov, Zeynalabdin Marağayi)
Milli romanın yaranması (Nəriman Nərimanov, "Bahadır və Sona").
Dram janrının yaranması (N.Nərimanov, "Nadanlıq").
Faciə janrının əsasının qoyulması (Nəcəf bəy Vəzirov "Müsibəti-Fəxrəddin").
Tarixi faciənin yaranması (N.Nərimanov, "Nadir şah").
Aşıq poeziyasının güclü inkişafı (Aşıq Alı, Molla Cümə, Aşıq Ələsgər).

XX əsrin əvvəlləri (1900-20-ci illər)
Milli mətbuatın, publisistikanın, bədii nəsrin güclü inkişafı (Şeyx Məhəmməd Xiyabani, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə və s.).
"Molla Nəsrəddin" jurnalının nəşrə başlaması (1906-cı il).
"Füyuzat" jurnalının nəşrə başlaması (1906-cı il).
Tənqidi realizm və romantizm ədəbi cərəyanlarının yaranması.
Tənqidi-realist üslubun və mollanəsrəddinçilik hərəkatının əsasının qoyulması (C.Məmmədquluzadə).
Romantizmin güclü inkişafı (Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq).
Yeni tipli satiranın yaranması (Mirzə Ələkbər Sabir).
Ədəbi tənqidin inkişafı (Firudin bəy Köçərli, Abdulla Sur).