Teşekkürler
Printable View
Teşekkürler
Lirika ,poeziya deyəndə ağıla ilk gələn Azərbaycan ədiblərindən biri də rəhmətlik Mikayıl Müşfiqdir . Mən deyərdim ki şairin ən gözəl əsərləri , şerləri təqribən otuz yaşından sonra yaranır . Yəni insan dolğunlaşdıqca , yaşlaşdıqca dünyaya baxışı dəyişir , dünyagörüşü artır və sairə ... Mikayıl Müşfiq cavan rəhmətə getməsinə baxmayaraq sədəbiyyatda öz sözünü dedi , öz izini buraxdı . Yaşasaydı daha çox yaradardı . Ruhun şad olsun ustad !!! Qəbrin nurla dolsun !!!
Əziyət çəkib Mikayıl Müşfiq haqqında məlumat verdiyiniz üçün təşəkkür edirəm . Mümkünsə Rəhmətliyin " Yağış " və " Tar " şerini də yazardınız foruma .
Əvvəlcədən təşəkkürlər .
Çoxsağolun, dəyməz mən təşəkkür edirəm
Bəli, Müşfiq yaşasaydı ikinci Nizami olardı :meyus:
"Tar"
Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şerlər dinləyim,
Oxu tar, bir qədər,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar,
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar,
Ötürmüş sayəndə köksünü:
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq Çargahın divardan divara,
Yolçunu yolundan eyləmiş avara.
Çalxalanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu tar:
fikrimdə oyansın,
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişənlər,
İlkbahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar,
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçün Segahın danışır,
Pərişan, pərişan.
Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı.
Bə’zən də simlərin qəmləri ovudar,
Olardın onların sirdaşı
Sən ey tar!…
Gülləri əməkçi barmaqlar qanından
Rəng alan xalçalar,
Xalçalar üstündə uzanmış
Dodağı qönçələr,
“- Hey, saqi, mədət qıl, soyudu şərabın,
İncitmə könlünü bu xanexərabın!”
Söyləyən tox sözlü şairlər,
Həvəsdən doymayan ac gözlü şairlər:
Nədimlər, Vaqiflər,
Gözəllik sirrinə vaqiflər
Hep səni dinləmiş;
Oxumuş, inləmiş.
İndi də bizimçün oxu, tar!
Səni kim unudar?
Sən qulluq etmədin məscidə, axunda,
Çalışdın, həyatı sevməyin uğrunda.
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər,
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa “gül!” dedin.
“Ey qüssə, öl!” dedin.
Başladı məsciddə mərsiyə.
Sarıqlı çıxınca ərsəyə
Qüssəmiz ölmədi,
Xalqımız gülmədi.
Ağladıq daima, ağladıq,
Ey qədim aşina, ağladıq,
Oxu, tar! Dəyişdi zamana,
Bax indi radio səsini
dağıdır cahana.
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə, ey aşıq!
Qalmamış nə əba, nə qaba, nə sarıq.
Oxu, tar! Alovlu izlərin
Əcəba, neçə sıx dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əliylə
Devirə bilərəm!
Oxu, tar!
Fabrikdə, zavodda,
Traktor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mə’dənli Bakımın
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti
Alovlu sənəti.
Oxu, tar, oxu, tar!…
Səsindən ən lətif şe’rlər dinləyim.
Oxu, tar, bir qədər!…
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin şirini, şərbəti,
Alovlu sənəti!..
BULUD QARŞISINDA..
Nə qaplamışsan g
Mikayil Musviq menim en cok sevdiyim yazicilardandir.usaq vaxti mektebde onun genc vefat etesine gore ele cox uzulurumki,onun heyati hakkinda dersi danismaq mene cetin gelirdi. siirlere gore tesekkurler baciska.
O hər zaman seviləcək və hər zaman anılacaqdır.
B
OYRENİS
HEYAT NEDİR SUAL VERDİM OZUME
MENASİNİ CİCEKLERDEN OYRENDİM
YASADİQCA CARPİSMAYİ SEVMEYİ
QELBİMDEKİ DİLEKLERDEN OYRENDİM
1 yay aldim cixmaq ucun sikare
Tuş geldim ahu gozlu nigarə
Nişan alıb ox atmağı,necare
Daş ürükli mələklərdən oyrəndim
Xeber olsun her tezeye her gence
İnsan cocuk,heyat ona eylence
Mən gurultu qoparmağı ilk öncə
Mor gözlü şimşəklərdən oyrəndim
həyat nədir?ölum nədir? bos sual
sevda nedir hicran nedi bir xeyal
mən bunlarin əsasinin al iştə
həp cəkdiyim əməklərdən oyrəndim