Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Zərgər Musa - Qəhrəman Çingiz

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Jun 2011
    Mesajlar
    5

    Zərgər Musa - Qəhrəman Çingiz

    QƏHRƏMAN ÇİNGİZ

    (Milli qəhrəman Çingiz Mustafayevin xatirəsinə)

    Hərdən bulud olub yağmaq istərdi,
    Hərdən şimşək olub çaxmaq istərdi,
    Qartal tək göylərdən baxmaq istərdi,
    Vətən torpağını canından əziz
    Tuturdu hər zaman qəhrəman Çingiz.

    Bəzən fikrə dalıb yaş axıdardı,
    Bəzən nərə çəkib el çağırardı,
    Sonu zəfər olan yol axtarırdı,
    O, bir təlatümlü, çağlayan dəniz,
    Kükrərdi hər zaman qəhrəman Çingiz.

    Ucaldı adıyla, enmədi igid,
    Müqəddəs yolundan dönmədi igid,
    Ölümlə görüşdü, ölmədi igid,
    Qoydu tarixlərdə işıqlı bir iz,
    Nurlara qarışdı qəhrəman Çingiz.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.