(İxtisarla)

İlkin 19-20 yaşlarında sakit, qeyri-adi və ətrafında qaranlıq işlər olduğuna inanan bir gəncdir.
Ailəsi işləri ilə əlaqədar bir neçə günlük xaricə getdiyi üçün evdə tək qalar. Bunun da yaratdığı pisxoloji təsir ilə, İlkin kabuslar görüb, evlərinin damında qəribə səslər eşidər. Əvvəllər bunun damdakı heyvanlar ola biləcəyini düşünsə də, o cür gürultulu səsləri bir heyvanın çıxaracağına ehtimal vermirdi.
Bir neçə dəfə dama çıxıb, səsin hardan və necə gəldiyini öyrənmək istəsə də, buna cəsarət edə bilmirdi. Ancaq axır ki, bir gün cəsarətini toplayıb dama çıxdı. Adi damlardan fərqlənməyən görüntüsü var idi. O anda heç bir səsin olmaması da, təşvişinin boş olduğunu sübut edirdi. Rahat bir nəfəs alıb damdan enmək üzrəykən, birdən taqqıltı səsləri yüksəldi. Aşağı düşməkdən vaz keçib yavaş-yavaş səsə doğru getdi. Gördükləri onu dəhşətə saldı. Qapqara libaslı bir şəxs, əlində böyük bir alət ilə yerə, naməlum bir şeyə vururdu. İlkin tam olaraq adamın nə etdiyini görə bilməsə də, üzündəki ifadə adamın dəhşətli olduğunu göstərirdi. Burada heç də yaxşı işlərin getmədiyini görən İlkin, səssizcə arxasını dönüb oradan uzaqlaşmaq istədi. Lakin o anda, ayağı bir şüşə qabına ilişib, taqqıltı səsi verdi. Qara libaslı adam sərt baxışlar arasında yavaş addımlarla səs gələn tərəfə doğru yaxınlaşdı. İlkini görməyi an məsələsi idi. Çarəsizcə dam divarının küncünə söykənən İlkin, artıq nəyin nə olacağını bilmirdi. Elə bu anda qara libaslı adam qəflətən geri çəkildi. Fürsət fövtə verməyən İlkin, tez ayağa duraraq ordan qaçdı. Artıq İlkinin içindəki sıxıntıları qorxuya dönmüşdü. Nə edəcəyini bilmirdi. Sonunda dərdini ən yaxın dostları Şahinə və Elnura söyləməyə qərar verdi. Dostlarını evə çağıran İlkin, qısa söhbətdən sonra, nəhayət, mövzunu açıb, son günlərdə yaşadıqlarını dilə gətirdi. Elnur zarafatcıl və hər şeyə rahat yanaşan insan olduğu üçün İlkini lağa qoyub güldü. Şahin isə hər nə qədər inanmasa da, İlkinə dəstək olmağa çalışdı. Dostlarının ortaq görüşü, yaxın keçmişdə sevgilisindən ayrılmış İlkinin pisxoloji sarsıntı keçirdiyi və bütün danışdıqlarının xəyaldan ibarət olması idi. Onlar İlkinə qorxulu heç nə olmadığını sübut etmək istəyirdilər. Qərar verdilər ki, birlikdə dama çıxsınlar. İlkin buna şiddətlə qarşı çıxdı. Ancaq onlar İlkinin dediklərinə önəm verməyib dama çıxdılar. Xeyli keçdi. Artıq bir saata yaxın idi ki, onlar dama çıxmışdı. Amma nə Şahin, nədə ki Elnur hələ də aşağı enmirdilər. Vəziyyətdən narahat olan İlkin, hər nə qədər istəməsə də yuxarı çıxdı. Çünki dostlarının həyatı sual altında idi. Çıxarkən hər ehtimala qarşı yanında mətbəx bıcağı da götürərək, qara libaslı adamı ilk gördüyü yerə doğru irəlilədi. Və düşündüyü mənzərə ilə qarşılaşdı. Dostu Şahin üzü üstə yerdə yatırdı. Elnur isə ətrafda yox idi. Şahini qaldırıb aparmaq istəyən İlkin gerisindəki təhlükədən xəbərsiz idi. Bəli, qara libaslı adamın düşüncəsi baş tutmuşdu. O, Şahin vasitəsi ilə İlkini ayağına gətirmişdi. İlkinin artıq qaçış şansı da yox idi, çünki dostunu orada qoya bilməzdi. Tək şansı vuruşmaq idi. Elə o şansını da istifadə edib qara libaslı ilə ölümünə mübarizəyə girdi. Qara libaslını ayağından bıçaqlamağı bacarsa da, daha tücrübəli olan qara libaslı, dəmir alət ilə özündən güçsüz olan İlkini bir neçə zərbəyə yerə yıxdı. Günahsız, heç vaxt heç kimlə işi olmayan, sakit, amma gizli işlərə olan marağı ucbatından başına işlər gələn İlkin, artıq ölümə çox yaxın idi. Qara lıbaslı öldürücü zərbəsini vurmağa hazırlaşırdı ki, özü ölümcül bir zərbə ilə yerə yıxıldı. Zərbəni vuran, İlkinin az öncə ona görə həyatını təhlükəyə atdığı dostu Şahin idi. Özünə gəlmiş Şahin, İlkini də, qaldıraraq birlikdə damı tərk etdilər.

Bütün bunlar baş verdikdən sonra İlkin danışır:

Başımıza gələn hadisədən sonra olay yerinə polis çağırdıq. Polislər qara libaslı adamı qandalladılar. Sorğuda o, şeytana itaəd edən ateist olduğunu etiraf etdi.
Lakin Elnur barəsində heç nə demədi. Və biz də, o hadisədən sonra bir daha dostumuz Elnuru görə bilmədik. Sanki buxar olub uçmuşdu. Varlığı haqqında da, heç nə bilmirik. Bildiyimiz tək şey var ki, onu görə bilmədiyimiz hər gün, bizi vicdan əzabı ilə öldürəcək!

HEKAYƏNİN SONU...

Müəllif: Anar RAFİQOĞLU