2 sonuçtan 1 ile 2 arası

De, necə barışım mən bu zamanla? | Ramiz Təkani

  1. #1
    Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    60

    De, necə barışım mən bu zamanla? | Ramiz Təkani


    De, necə barışım mən bu zamanla? | Ramiz Təkani
    Ədalət şam kimi əriyir, ALLAH
    Zor haqqı divara diriyir, ALLAH
    Yalan ayaq açıb yeriyir, ALLAH
    Bacara bilmirsən doğru-yalanla
    De, necə barışım mən bu zamanla...

    Mərdlərin başını namərdlər yiyir
    Şərə göz vermiyib göz yumur Xeyir
    Gədalar özünə şahənşah deyir
    Yaxşılar iş görür pislə, yamanla
    De, necə barışım mən bu zamanla…

    Ürəklər soyuyub olub buz kimi
    Namus çeynənilir 1 saqqız kimi
    10 ilin pozğunun təmiz qız kimi
    Gəlin köçürən var toyla, nişanla
    De, necə barışım mən bu zamanla..........

    Bığsız kişiləri el ağsaqqalı
    Elmdən dəm vurur ağıldan kalı
    Pələngə tay olub çaqqal çukqalı
    Qoyunu aşnalıq edir qabanla
    De, necə barışım mən bu zamanla..........

    Qeyrət çoxları üçün olub 'qeyri ət'
    1 milyon qaçqını olan bu millət
    Dözüb səbr eliyir dəhşətdi dəhşət
    Yuya bilmiriksə biz qanı qanla
    De, necə barışım mən bu zamanla..........

    'Ramil Səfərova azadlıq', hanı?
    Verdik yad əllərə o mərd oğlanı
    Allah yerə soxsun Azərbaycanı
    Bu həyalı canla, bu həyəcanla
    De, necə barışım mən bu zamanla..........

    İndi 1 şüar var, 'yaşasın rüşvət'
    Başda vəzifədir, ayaqda qeyrət
    Bu yolla hara gedir bu millət
    Yolu kəsmək olmur hətta QURANLA
    De, necə barışım mən bu zamanla..........

    Ata-anasıni oğraşlar bu gün
    Qocalar evinə edirsə sürgün
    Qarabağ alınar? Bu qeyri mümkün
    Dünyanı titrədən ahu-fəğanla
    De, necə barışım mən bu zamanla..........

    Hər kəs öz xeyrini güdür həyatda
    Bu işə ALLAH da mat qalıb hətta
    2 doğma qardaş 1 damın altda
    1 ocaq yandırır 2 qazanla
    De, necə barışım mən bu zamanla..........

    Haqqa yox, nəfsədir indi etiqad
    1 kimsə yoxsula etmiyir imdad
    Varlı öz dövlətin çəkdirir, ey dad
    Kasıb öz çəkisin çəkən qapanla
    De, necə barışım mən bu zamanla..........

    Varlı süfrəsində olan tox milçək
    Durur ac kasıbdan hörmətdə yüksəy
    Pul üçün fağıra hansısa eşşək
    Əgər əmr edirsə 'xoruz tək banla'
    De, necə barışım mən bu zamanla..........

    Kasıb nə deyirsə 'əşşşii' deyirlər
    'Dəlidi, işləmir başı' deyirlər
    İndi dövlətliyə 'kişi' deyirlər
    Mənlik ölçülürsə dövlətlə, şanla
    De, necə barışım mən bu zamanla..........

    Avropa dəbinə olannan kölə
    Ar zibil şəklində atılıb çölə
    Adam xəcalətdən az qalır ölə
    Darbalaq şalvarla, yarıq tumanla
    De, necə barışım mən bu zamanla..........

    Mən vəhşi çimərlik gördüm bu yayda
    Diqqət! Fahişəxana tikilir ayda
    Ata Maskvada, ana Dubayda
    Oğul parapeddə, qız… Özün anla
    De, necə barışım mən bu zamanla..........

    Şairlər yazmasın sevgi şeirini
    'Məcnunlar' bulvarda gəzir 'Leylini'
    Erkəylər erkəyə salır meylini
    Nigah bağlıyırsa zənan zənanla
    De, necə barışım mən bu zamanla..........

    Kişi var ev satıb qız kirəliyir
    Firminni oteldə can şirəliyir
    Arvad-uşağısa baş girəliyir
    1 parça çörəklə, 1 baş soğanla
    De, necə barışım mən bu zamanla..........

    Arvad var ərinin sözünə baxmır
    Ər var arvadının üzünə baxmır
    Bu dünya güzgüdə özünə baxmır?!
    Hanı Nuh peyğəmbər?! Gəlsin tufanla
    De, necə barışım mən bu zamanla..........

    Məmurlar firon tək əyləşib taxtda
    Torpaq qanununun icrası saxta
    Kompüter, texnika olan bu vaxtda
    Kəndli yer şumluyur xışla, kotanla
    De, necə barışım mən bu zamanla..........

    Cinayət törədən hakim bizdədi
    Xəstəsin öldürən həkim bizdədi
    Özün kəşf etmiyən alim bizdədi
    Bu əsəbi başla, bu dərdli canla
    De, necə barışım mən bu zamanla..........

    Cəngi bata-bata batır zatımız
    Yallı yox caz gedir camaatımız
    Məhv olmaq üzrədi muğamatımız
    Əgər küsmüşüksə tarla, kamanla
    De, necə barışım mən bu zamanla..........

    Güldürüb özünə şarlatanları
    Birləşmir dünyanın müsəlmanları
    Mənə fitva versin din irfanları
    2 təriqətlə, 2 azanla
    De, necə barışım mən bu zamanla..........

    Azmıdır bu xalqın din işğalçısı?
    Dələduz mollası, gopçu falçısı
    Hacı pivəsinin istehsalçısı
    Saziş bağlıyırsa dini dükanla
    De, necə barışım mən bu zamanla..........

    Dinlədikcə şeytan çalan havanı
    Eyliyirik haqqa qarşı davanı
    Çoxu məşhərdəki haqqı-divanı
    Səhv salır Embavuddakı divanla
    De, necə barışım mən bu zamanla..........

    Mən Nəsimi övladıyam, ay arsız
    Sizə qalsa lap dərimi soyarsız
    Kəfənimə qələm vərəq qoyarsız
    Haqq dünyasın gözdüyürəm gümanla
    De, necə barışım mən bu zamanla..........

    Xəyala dalıram 1 an içində
    Günahsız əllərim al qan içində
    Bu şeiri yazmışam zindan içində
    Mən şair Ramizəm, az məni danla
    Barışan deyiləm mən bu zamanla
    Kölə sahibləri çörək dərdi çəkmədikləri üçün filosofluq edirdilər, çünki çörəklərini kölələr verirdi onlara. Kölələr çörək dərdi çəkmədikləri üçün filosofluq etmirdilər, çünki çörəklərini kölə sahibləri verirdi onlara. Kölələr fəlsəfə dərdi çəkmədikləri üçün çörək bişirirdilər, çünki fəlsəfələrini kölə sahibləri verirdi onlara. Fəlsəfə sahibləri kölə dərdi çəkmədikləri üçün çörək bişirmirdilər, çünki kölələrini fəlsəfə verirdi onlara. Fəlsəfənin çörəyi yoxdu, çörəyin fəlsəfəsi var. Və sahibsiz fəlsəfənin çörəyini, sahibsiz çörəyin fəlsəfəsi yedi. Çünki, çörəyin sahibsiz fəlsəfəsi, fəlsəfənin sahibsiz çörəyini yedi.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Oct 2011
    Mesajlar
    178

    Re: De, necə barışım mən bu zamanla? | Ramiz Təkani

    'Ramil Səfərova azadlıq', hanı?
    Verdik yad əllərə o mərd oğlanı
    Allah yerə soxsun Azərbaycanı
    Bu həyalı canla, bu həyəcanla
    De, necə barışım mən bu zamanla..........

    Asıl azmaz, bal kokmaz, kokarsa yağ kokar, onun da aslı ayrandır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.