6 sonuçtan 1 ile 6 arası

Menim werlerim!

  1. #1
    Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    Gence, Azerbaycan.
    Mesajlar
    46

    Menim werlerim!

    Fikir verme sozlerime!

    Duwub hesret seline surunurem axımlarda,
    Yoxdur elımden tutanım cıxarsın bir yana meni.
    daga dawa cırpılıb ezılırem wırımlarda,
    Gorsezki, can verirem aparın canana meni.

    Qoymayirsan yanina, uzaq dushub yad oluram,
    Hesretin guc gelir mene, bir aci feryad oluram,
    Sensiz dustaq kimiyem, seninle azad oluram,
    Sevgilim ashkar etme, sevginen punhana meni.

    Axiram caylar kimi, sakit-sakit yatagimda,
    Xeyalin qoymur meni tek oturum otagimda,
    Unutmaq isteyirem, gelir sesin qulagimda,
    yeniden ruhlaniram, getiririr imana meni.

    Sene her ne desemde fikir verme sozlerime,
    Qelbini kokle menim sevgi dolu gozlerime,
    Herden bir nezer salib sehvlerime-duzlerime,
    Peshiman olunduqca men, sixishdirma yana meni.

    Baxıb dunya iwine qalıram metel, ne edim?,
    Yashaya bilmeyirem gelmeyir ecel, ne edim?,
    Oldurummu ozumu sevgilim de gel, ne edim?,
    Hesretinle salmisan zulmeti zindana meni.










    Yenede!

    Yenede alıb ələ qələmimi yaşlayıram,
    Bu dəli hesretle mən savaşa başlayıram,
    Neyləyim gülüm bil ki, ayrılığın dözülməzdi,
    Ağrını unutmaqçün özüm-özümü daşlayıram.

    Cırpınıb sahildəki ləpə vurmuş baliq təki,
    Dənizə can atıram, dalğalar yoluma səki,
    İntizar üzüb məni inan artıq dözəmmirəm,
    Ölərəm bu dəfədə cavab versən: - döz hələki!

    Unutma hamı kimi sonunda məndə insanam,
    Sonma ki, sebrim yeter düşunmə sonsuz ümmanam,
    Sənə sevgim böyüktür, kömek eylə daşımağa,
    Bir dəfə hə deginən yüz yol başına dolanam.

    Min addım sənə atdım birinidə sən atginən,
    Həsrətinlə yatmişam vüsalinla oyatginən,
    Qəlbimi öz əlimlə götürüb sənə gəlmişəm,
    Artıq oda sənindir, sevib onu yaşatginən.

    Necə deyim ki, sənə hisslərimi anlayasan,
    Qəlbimi tərifləyib, gözlərimi danlayasan,
    Özünü sevdirməkçün gərək yoxdur başqa işə,
    Bes edər bir baxışın, ruhumu ovsunlayasan!
    [/b]
    Hormetle, Mirkazim Hüseynov!

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089
    cox gzeldi.tanri sizi sevgisiz ve sevdiyiniz sexssiz etmesin.amin.
    tesekkurerr
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Member
    Üyelik tarihi
    Oct 2007
    Mesajlar
    34
    Özümə və qələm dostlarıma


    Dayan
    Əl saxla şair .
    Özünü çox düşünüb ,
    Özünü çox dinlədin .
    Birinə könül verib , min dəfə inildədin .
    Tək dərdimiz de bumu ???
    Öz vicdanın özünü
    Bu an rahat qoydumu ?
    Bəsdir !
    Əl saxla şair .
    Gör bu Vətən nə deyir ?!
    Bir soruş gör dərdi nə
    Bir qulaq as dərdinə ;
    Bu millətin , bu xalqın dərdi - səriindən danış
    Düşün
    Düşün
    Düşündür ,
    Bir az dərindən danış .
    Danış Cıdır düzünün Milə boylanmağından ,
    Qan qusan Qarabağın qana boyanmağından .
    Murova baxa- baxa ,gözünü sıxa - sıxa ,
    Ağrıdağ ağrı çəkir .
    Baxışında bir imdad Savalana göz dikir .
    Yarasından qan damır ,
    Göyçə kömək istəyir .
    Borçalı son nəfəsdə
    Nəsə demək istəyir ...
    Yaz Vətənin dərdini yanıqlı nəğmə kimi
    Yayılsın saz diliylə !
    Arazı dilə gətir ,
    Deyiləsi dərdi var danış Araz diliylə !
    Sərhədin o tayından Təbrizin harayını
    Götür Bakıya ötür ,
    Zəngəzurdan salam al , Dərbəndə salam götür .
    Bircə dəfə dinləsən bu yurdu , bu torpağı ,
    Görərsən nalə çəkir hər saralan yarpağı ...
    Şerə çevir bu dərdi .
    Bu harayı , bu ahı ...
    Sinələrə dağ çəkdir !
    Vətən ana deməkdir , Vətən namus deməkdir !!!
    İtə atsan it yeməz - o namusu biz yedik
    Hərəmiz bir tərəfə ,
    Hərəmiz bir tərəfdə
    " Nəyimə lazım " dedik .
    Özümüzü düşünüb rahat , ağ günə çıxdıq ,
    Özümüzə ev tikib ;
    Vətən - evini yıxdıq .
    Biz toy büsat içində , sənsə qara bağladın ,
    Yol gözləyən ana tək " bala " deyib ağladın .
    Oğlunsa fəxr elədi soyunu öyə - öyə ,
    Özünə oğul dedi döşünə döyə - döyə .
    Koroğlu , Babək " oglu " öyündü , qürrələndi ,
    Çox şeyi dərk etmədi ...
    Xətainin kor oğlu bu bəlanı görmədi ,
    Bu ahı eşitmədi !
    Hanı mənim babamın mənə qoyduğu miras ; -
    O əmanət - o Vətən ?
    Sabah da öz balama
    Nəyi tapşıracam mən ?
    Düşündünmü bunu sən ?!
    Yaz bu Vətən dərdini , müqəddəs kitab elə !
    Dilləndir
    Dindir onu
    Şerinə xitab elə !
    Şairin hər xitabı öz xalqına görk olar .
    Cəmiyyətin hesabı
    Şairindən sorular !!!



    Dərviş
    Sözün böyüyü böyüyün sözüdür .

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845

    Menim werlerim!

    Əla.
    [

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845

    Menim werlerim!

    Taleyin, qismətin h
    [

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [i][b]A
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.