2 sonuçtan 1 ile 2 arası

Yazilanlar yashananlarin eksidir!.

  1. #1
    Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    Gence, Azerbaycan.
    Mesajlar
    46

    Yazilanlar yashananlarin eksidir!.

    Yasaq oldu..
    30.04.2004


    Dünya daralır daha yaşadıqca gözümdə,
    Həyat mənasız olur, ədalət olmayanda.
    Yaşamaq istəmirəm hiss edirəm özümdə,
    Arzular puç olanda, heç ümud qalmayanda.

    Bütün çətinliklərin həlli bağlıdır pula,
    Var dövlətin varsada hörmətində var demək.
    Pul adamı döndərir həm şaha, həm də qula,
    Pulu hər şey sanmasan, qiymətin də var demək.

    Pulun varsa dostun çox, pulun yoxsa dostun az,
    İnsanlar arı kimi şirəyə yığılırlar.
    Pulun əldən gedəndə, halın olanda nasaz,
    Dost bildiyin yaxınlar tezcədə dağılırlar.

    Gücün, pulun, vəzifən varsada yaşamısan,
    Daha zaval yox sənə, səhvin olmaz heç zaman.
    Yox əgər yoxundursa ölmüsən yaşamırsan,
    Ayaqlar altında sən əziləcəksən hər an.

    İnsanlar ləyaqətin niyə pula dəyişdi?,
    Niyə ucalığını unudub alcaq oldu?.
    Fələk ində sən söylə düşdüyümüz nə işdi,
    Düz danışmaq qadağan, düz görmək yasaq oldu.


    Neyləsin.
    07.07.2004


    Dünya başdan başa xəstəliksədə,
    Sağlam qalmaq üçün insan neyləsin.
    Həyat daşdan-daşa çətinliksədə,
    Cəmiyyət günahkar, zaman neyləsin.

    Həyat lüğətində asan sözünə,
    Rast gələ bilmədim düşdüm izini,
    Qalxdım dağlarına, endim düzünə,
    Mən tapa bilmədim, nadan neyləsin.

    Alıb aldatmaqdı dünyanın işi,
    Doğrudan yalana gedir gərdişi,
    Fələyin kələkdir bizə bəxşişi,
    Oyaq aldanırsan, yatan neyləsin.

    Namərdlər əlindən mərdə yer yoxdu,
    Dərd fincanı daşır dərdə yer yoxdu,
    Doğruya, düzgünə yerdə yer yoxdu,
    Min şeytana qarşı bir can neyləsin.

    Xarabdır əzəldən dünyanın barı,
    Haramdır yığdığı dövləti, varı,
    Nədir insanların bəs onda karı?,
    İnsanlar bilmirsə, cahan neyləsin.



    İnamımı itirmədim
    31.12.2003


    Bərkə düşdüm sıxılmadım,
    Boşa düşdüm genəlmədim.
    Büdrədimsə yıxılmadım,
    Döyüşdümsə yenilmədim.

    Yoxuş çıxdım sürünmədim,
    Enişdə də uçmamışam.
    Həyat deyə düşünmədim,
    Meydanlardan qaçmamışam.

    Ağlayanda tək ağlayıb,
    Güləndə dostla gülmüşəm.
    Qüssədən dəstə bağlayıb,
    Talehimdən pay bilmişəm.

    Bağçanın gülün üzəndə,
    Tikanına pis demədim.
    Həyatımdan söz düşəndə,
    Heç bir şeyə nəs demədim.

    Şübhə qəlbimə dolanda,
    İnamımı itirmədim.
    Qəddarlıq hakim olanda,
    Amanımı itirmədim.

    Kamildən ibrət götürüb,
    Cahilə savad vermişəm.
    Xəyanətə köks ötürüb,
    Sədaqətə ad vermişəm.

    Mən həyatın sınağından,
    Bir-bir keçib ucalıram.
    Daha insan qınağından,
    Bezib artıq usanıram.
    Hormetle, Mirkazim Hüseynov!

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jan 2011
    Yer
    Germany-München
    Mesajlar
    28

    Re: Yazilanlar yashananlarin eksidir!.

    Güler yüzle söylenen bir yalanı; bir anda yuttuğumuz halde, acı gerçeği ancak damla damla yutarız!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.