Sevgini çəkim .
Sadiqəm sevgimə sadiqlər kimi
Mənə güc ver Allah sevgimi çəkim !
Ürəkdən vurulan vugunlar kimi,
Mənə güc ver Allah ,sevgimi çəkim !
Bu sevgi naxışdır ömrümə mənim,
Sevgimdən gen gəzən olmadım deyim.
Imzamı atmışam pozulmaz yəqin,
Mənə güc ver Allah sevgimi çəkim.!
Insan var sevgidən uzaqdır belə,
Insan var sevməkdən qorxurmuş demə.
Insan var ömrünü verir hey yelə,
Mənə güc ver Allah sevgimi çəkim !
O oldu dünyanı yaradan ,quran,
O oldu insanı xoşbəxt yaşadan,
O oldu Sülh qurub, davanı yıxan,
Mənə güc ver Allah sevgimi çəkim.
Səmimi olmaqda onun gücü var,
Kədərin onunla olur yeri dar,
Nə qədər dünyaya verib bəhər-bar,
Mənə güc ver Allah barımı yeyim !
Bu barın dadını görənlər bilir,
Kimisi candərdi bu bardan yeyir,
“Mən sevə bilmirəm”- kimisi deyir,
Mənə güc ver Allah sevgimi çəkim.
Bu ülvi varlığın bərabəri yox,
Vəfasız olanlar bu dünyada çox.
Onunla olarsan bu həyatda tox !
Mənə güc ver Allah sevgimi çəkim.!
Onunla ucaldım,onunla qalxdım,
Hər çətin işlərə mən asan baxdım,
O asan elədi mən asan baxdım !
Mənə güc ver Allah sevgimi çəkim !
Sadiqəm sevgiyə dönmərəm daha,
Gülürəm sevgisiz yaşıyanlara.
Rəşadı sevgisiz sən qoyma daha !
Mənə güc var Allah sevgini çəkim.!

08. XI. 2010