Baba Pünhan esrimizin Mirze Ələkbər Sabiri . Baba Pünhanın çox gözel terbiyevi mövzuda şerleri olduğundan forumda ona müraciet edenlere eşq olsun.![]()
![]()
2 sonuçtan 1 ile 2 arası
-
11-23-2010, 11:28 PM #1
Baba Pünhan - Əzrailə satdım
Dəryaları aldım, xəbərin qafilə satdım,
Ləlin çıxarıb, dalğaların sahilə satdım.
Səbrim sona yetdi, «O səda» gəlmədi göydən,
Axırda mən öz Surumu İsrafilə satdım.
Bir can mənə qalmışdı miras lütfi-Xudadan,
Bir parça çörəkçün onu Əzrailə satdım.
Ahımda Segah inlədi, gah Şuru Çahargah,
Hər ahımı od qiymətinə Habilə satdım.
Qısqandı gözüm yaşına ümman quruduqca,
Rəhm eylədim ümmanə gözümdən gilə satdım.
Bir yaxşılıq etdimsə, onu faş elədim tez,
Yəni ki, səvab bir əməli, batilə satdım.
Eyhamlı sözümdən doğular bir neçə məna,
Eyhamımı sərraflara hamilə satdım.
Qabil kimi, qardaş qanı tökdüm, öz əlimlə,
Qardaş meyidin, «göy katıza» qatilə satdım.
Bir pullu Əbu-Cəhl gəlib çıxdı ərəbdən,
Öz doğma atam mülkünü, ol cahilə satdım.
Bu dəhr bazarında ömür yaxşı gedirmiş.
Pünhan, o səbəbdən onu ildən ilə satdım.
-
11-26-2010, 02:12 PM #2Junior Member
- Üyelik tarihi
- Nov 2010
- Mesajlar
- 20
Re: Baba Pünhan - Əzrailə satdım


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri