Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Fərrux Soltanov - Sahib çıxa bilmədim bu sevgimizə

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Fərrux Soltanov - Sahib çıxa bilmədim bu sevgimizə

    Bugün də sənsizəm o günlər kimi
    Ovudur şəkilin tənha qəlbimi
    Gözlərin danışır mənimlə hər an
    Baxır gözlərimə kiprik qırpmadan

    Elə sədaqətli, elə gözəldi
    Ovudar ruhumu o baxışların
    Bəlkə də sən olasan indi bezərdin
    Şəklinsə sübhədək vəfalı yarım

    Gözümü yumaraq səni xəyalda
    Bəzən də yataraq gecə röyada
    Anardım bəs indi şəklin var ikən
    Bilirsən yuxusuz çıxdım sabaha

    O da heç yatmaz ki, boylanar baxar
    Qayğımı hey çəkər gecələr mənim
    Gözlərim fikrini bilər oxuyar
    Onunla yaşayar dəli ürəyim

    Hərdən şikayətim olanda sənə
    Söylərəm sevgilim olan şəklinə
    Küsüb mən üzümü yana çevirsəm
    İnciməz sakitcə gülümsər mənə

    Mən də peşman olub gizli baxaram
    Sonra çevrilib tez qucaqlaram
    Beləcə barışar mənimlə hər gün
    Mən onu sevərəm, onla yaşaram

    Vəfalı sanırdım hər an özümü
    İnan yalan etdi bax bu sözümü
    Mən sənlə olanda unudurammış
    Bir vəfalı şəkil sevgilim varmış

    ndi bir şirin xəyala dönüb
    Görəsən nə deyər sevgilim mənə
    Hər gün şəklini gizlicə öpüb
    Sahib çıxa bilmədimbu sevgimizə

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.