2 sonuçtan 1 ile 2 arası

TAPMACALAR

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    Danmark
    Mesajlar
    789

    TAPMACALAR

    - A quş, hardan gəlirsən?
    - Qanlı qaya dibindən.
    - Qanın niyə qurumuş?
    - Allah belə buyurmuş.
    Kilkək





    - Heyvandı heç səsi yox,
    - Üstündə pulları çox.
    Qılab





    - Axşam yığılar,
    - Səhər dağılar.
    Quyot





    - Ağ otun alasına,
    - Gün düşdü talasına,
    - Elə də quş olarmı,
    - Yem verməz balasına
    Əktriyəç




    - Dağda-qayada gəzər,
    - Quyruğunda var zəhər.
    Bərqə





    - Torpaq deyil, daş deyil,
    - Quru deyil, yaş deyil,
    - Buynuzu var, qoç deyil,
    - Qanadlıdır, quş deyil.
    Kənəpək





    - Balaca quyu, - İçində suyu, - Ağcadan ağdı, - Sarıdan sarı.
    Atrumuy





    - Yumru mərmər daşı,
    - İçində bəylər aşı.
    - Bişirərsən aş olar,
    - Bişirməsən quş olar.
    Atrumuy





    - Ağırlığın yer götürər,
    - Ruzusun Allah yetirər.
    Əprök





    - Beş dərviş bir quyuya daş atar.
    Zığa əv ralqamrab





    - Biz idik, bizlər idik,
    - Otuz iki qız idik.
    - Gah əzildik, üzüldük,
    - Bir taxçaya düzüldük.
    Rəlşid





    - İki fanar,
    - Gündüz yanar.
    - Gecə sönər.
    Zög





    - Ağzını aşağı elərəm dolar,
    - Yuxarı elərəm boşalar.
    Qapap





    - Bağlaram-qaçar,
    - Açaram-durar.
    Qıraç





    - Bədəni var, başı yox,
    - Qolları var, qılçası yox.
    - Qarnını yırt, qanı yox.
    Kənyök





    - Çəkisi bircə misqal,
    - Qiyməti mincə dinar.
    Tnaillirb





    - Ağdı donu, yoxdu canı,
    - Uzuncadır dırnaqları,
    - Yerə batır barmaqları.





    - Bizdə bir kişi var,
    - Hər gələnə əl verir.

    Nınıpaq iyətsəd





    - Gecə boşalar,
    - Gündüzlər dolar.
    Küy irey
    [/b]

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    Danmark
    Mesajlar
    789
    - Minarə, ha minarə,
    - İçi tamam qan-qarə,
    - Təpəsi açıq olur,
    - Dibi də ki, lap qarə.
    Acab





    - Az gedər, çox gedər,
    - Bircə qarış yol gedər.
    Kişeb




    - Ayağı var, əli yox,
    - Ağızı var, dili yox.
    - Soyuqlarda gərəkdir,
    - Boğazı lap dirəkdir.
    Abos





    - Bağlarda tappıldar,
    - Meşədə şaqqıldar.
    Atlab





    - Bax Allahın işinə,
    - İplik taxıb dişinə,
    - Papaq qoyub başına.
    - Quyruğu suda
    - Başı quruda.
    Apmal




    - Bizdə bir kişi var,
    - Ağzında iki dişi var.
    Aşam





    - O nədir ki, gecə-gündüz yol gedir.
    Taas





    - Xanımların əlindədi,
    - Cümlə-cahan içindədi,
    - Xanım özü də içindədi.
    Ügzüg





    - Durub, durub əylənər,
    - Məni görüb bəylənər.
    - Adam kimi yeriyər,
    - Adam deyil, əylənər.
    Əglök





    - Nə əli var, nə ayağı,
    - Nə başı var, nə qulağı,
    - Gah ağladar, gah güldürər.

    Zös





    - Qabırğası var, qanı yox,
    - Nəfəsi var, canı yox.
    Nomraq





    - Dərdi qəmdən,
    - Təni zərdən,
    - Əlin vursan,
    - Edər fəğan
    Yen





    - O nədir ki, yetmiş iki dil bilir.
    Zas





    - Əlimə allam, sallanar,
    - Yerə qoyaram, yığılar.
    Ricnəz





    - Yarır torpağı qat-qat.
    - Əlli öküz, əlli at,
    - Ona çatmaz qüvvə də
    - Böyük iş görür kənddə.
    Rotkart





    - Uzunca qız uzanar,
    - Özünə yem qazanar.
    Abay





    - Fır-fır ötər,
    - Ağ-ağ tökər.
    Namriyəd





    - Ağzı birdi, dili mindi,
    - Gah belə deyir, gah elə.
    Mələq





    - Anada var, atada yox,
    Nuxada var, Bakıda yox.
    N





    - Bir quşum var nəhanı,
    - Gəzər cümlə-cahanı,
    - İstərəm kəsib yeyəm,
    - Nə əti var, nə qanı.
    Ərayyət





    - O nədir ki, içində qışdır,
    - Çölündə bahar.
    Ucuduyos





    - Suda gəzər canı yox,
    - Boğazlasan qanı yox.
    - Suya atsan o batmaz,
    - Quruda yatsa qalxmaz.
    Qıyaq





    - Sulu yerdə kişnər.
    - Susuz yerdə qışlar.
    İməg





    - Qaməti düz
    - İçi əyri
    - Kərpici daş,
    - Başında tac.
    - Səhər-axşam
    - Oxur bülbül.
    Əranim





    - Əzilməz,
    - Üzülməz,
    - Süfrəyə
    - Düzülməz.
    Şad





    - Meşədə kəsdilər başın
    - Şəhərə atdılar leşin.
    - Suya saldılar, batmadı
    - Oda atdılar yandı.
    Atxat





    - Nə burda var, nə orda
    - Doludur Naxçıvanda,
    - Hər şeyi dadlandırır,
    - Halvanı bulandırır.
    Zud





    - O necə ağacdır ki, gündə bir yarpaq salır.
    Mivqət





    - O nədir ki, bədəni içəridə,
    - Başı eşikdə.
    Xım





    - Şəhəri var, evi yox.
    - Meşəsi var, ağacı yox.
    - Dənizi var, suyu yox.
    Ətirəx



    alntidi

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.