6 sonuçtan 1 ile 6 arası

Kiminlə dostluq etdiyinizə diqqət yetirin!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Kiminlə dostluq etdiyinizə diqqət yetirin!

    Dostluq xəzinədir, amma hər kəs bu xəzinəyə sahib ola bilmir. Hz.Əli (ə) buyurmuşdur: “Dostu,sirdaşı olmayan şəxslər heç nə əldə etməmişlər.” Dostluğa sahib olmaq üçün dostluğun nə olduğunu düzgün başa düşməliyik. Çünki insan şəxsiyyətinə təsir edən ən başlıca amil dostların təsiridir. Bəs, görəsən, dostluq nədir? Dostlar hansı keyfiyyətlərə malik olmalıdırlar?
    Dostluq-insanların son dərəcə şəxsi xarakter daşıyan daha yaxın münasibətlərini əhatə edir. Yüksək səmimilik, heç bir şeyi gizlətməmək, bir yerdə olmaq təlabatı, ülfət bağladığı adamın sevinc və kədərini öz sevinc və kədəri kimi yaşamaq, dost üçün şəxsi mənafe və istirahətdən keçmək-bunların hamısı insanların dostluq münasibətlərini ifadə edən mühüm əlamətləridir. Dostluqda düzgünlük, təvazökarlıq, qarşılıqlı hörmət, güzəştə getməyi bacarmaq, möhkəm inam əsas şərtlərdəndir.
    Psixiloqların apardığı tədqiqatlara əsasən, dostluq əsl və yalançı dostluq olaraq, 2 qurupa ayrılır.Bəs əsl dost, yalançı dost anlayışları bir-birindən necə fərqlənir?
    Dost anlayışı ikinci “mən” deməkdir. O, dünyaya və özünə dostunun gözü ilə baxdıqda insan münasibətlərini, başqa insanları və özünü daha yaxşı dərk edir. Yaxın dost insana yaxın qohumlardan daha yaxşı olduqda, təbii ki,ona başqalarından daha çox təsir göstərəcəkdir. Peyğəmbər (ə) belə buyurur: “İnsan dostunun dinində olur. Elə isə kiminlə dostluq etdiyinizə diqqət yetirin.”
    İnsan dost seçdiyi zaman onların əxlaq və davranışlarına, şəxsiyyət və kimliyinə diqqət yetirməlidir. Demək, o kəslərlə dostluq etməliyik ki, ilk növbədə, mənəvi inkişafa və yaşadığımız cəmiyyətdə baş ucalığımıza səbəb olsunlar.
    İnsan dostluq etdiyi şəxsin təsiri altına düşür, bəzən onun müsbət xüsusiyyətlərindən bəhrələnir, bəzən də onun mənfi xüsusiyyətlərindən zərər çəkir.
    Həyat göstərir ki,hər bir sağlam düşüncəli adam, elm və mərifət sahiblərilə dostluq etməyə, onlardan öyrənməyə,onların nəsihətlərini dinləməyə səy göstərərsə, belə insanlar daha çox dost qazanarlar. Bu xüsusda Nizami Gəncəvinin gözəl misraları yada düşür:
    “Ağıllı adamla dost olsan əgər
    Elmi, mərifəti sənə də keçər.”
    Sadiq dostlar daim bir-birinin çətinliklərini aradan qaldırmağa çalışar və yalnız tərif, hörmət, ehtiram məqsədilə dostluq etməzlər.
    Dostluqda nöqsanları görüb onu xəbərdar etmək qayğıkeşlik, nöqsana göz yummaq isə insanın özü üçün xeyir-şəri olmayan kölgə kimi qiymətləndirilir. Belə bir ifadə vardır ki, “Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə, o da başını əysin, ona qalsa, mənim kölgəm də dostumdur.”
    Dostun eyiblərini düşməndən gizlətmək yaxşı əlamət sayıldığı halda, özündən gizlətmək çox pis haldır. Bu haqda İmam Baqir (Ə) belə buyurur: “O kəslərlə dostluq et ki,səni ağladar, lakin xeyrini istər.Güldürüb aldatmaq istəyən şəxslərdən isə daima uzaq olmağa çalış.” İmam Cəfər Sadiq isə buyurur ki, “Dostların arasında hamıdan şox sevdiyim o kəsdir ki,eyib və nöqsanlarımı mənə hədiyyə etmiş olsun.”
    Acınacaqlı haldır ki, dövrümüzdə dostluq düzgün qiymətləndirilmir. Xüsusilə yeniyetmə və gənclər çox vaxt dostlarını ideallaşdırırlar. Onlar özlərini ideala uyğun şəkildə qiymətləndirir və bir-birinə tənqidi yanaşmırlar. Bəzən dostun təsiri ilə hətta cinayət də edirlər. Onlar üçün dostun dosta kömək etməsinin öz mənası var: Guya dost nəyin bahasına olursa-olsun, dostun tərəfini saxlamalı, pis əməllərini ört basdır etməlidir.
    Təəssüflər olsun ki, orta məktəblərdə dostluğun mənası-imtahanda sualın cavabını kitabdan cırıb ona ötürmək, dərs danışanda ona yerindən kömək etmək , həll etdiyi məsələləri köçürmək üçün öz dostuna vermək, hətta oturub ev tapşırıqlarını onun üçün həll etmək kimi qiymətləndirilir. Əslində bu dostluğa “ yalançı olmaq” adını vermək olar. Bu cür dostluğa sahib olmamaq üçün bu xüsusiyyətə malik olan şəxslərlə-yalançı, nadan, cahil, əxlaqsız, fasiq, paxıl adamlarla səmimi qardaşlıq münasibətlərində olmamalısan.
    İmam Hüseyn (Ə) belə buyurub: “Yalançılarla həmsöhbət olma, onların söylədikləri hər bir söz, ilğıma bənzər. Yaxını sənə uzaq, uzağı isə yaxın edər. Fasiqlərlə də ünsiyyətdə olma, onlar səni bir tikə yeməyə və ya ondan da dəyərsiz bir şeyə satmağa hazır olarlar. Paxıllardan uzaq olmağa çalış, çünki bir şeyə ehtiyac duyduğun zaman öz mallarını səndən əsirgəyərlər. Nadan və cahillərlə də ünsiyyətdə olma,çünki onlar sənə xeyir vermək istəyərlər, lakin ziyan yetirərlər. Qohumluq əlaqəsini kəsən şəxslərdən uzaq olmağa çalış, çünki Allah-Təala onları öz kitabında lənətləyir.”
    Cahillərlə dostluq edən şəxslər daha da diqqətli olmalıdırlar.Əgər sənin öz dostuna haqqı çatdırmağa gücün yoxdursa, sənin üzərinə düşən vəzifə onlardan uzaq olmaq, onları tərk etmək, onlarla əlaqəni kəsmək və onlardan ayrılmaqdır.Çünki sən zəif olub, onlara qarşı gələcək gücə sahib deyilsən. Qorx ki, şeytan onları dəvət etmə bəhanəsilə səni onların yanına sürükləsin. “Nisə” surəsinin 144-cü ayəsində Allah-Təala belə buyurur: “Ey iman gətirənlər,möminlərin yerinə kafirləri dost tutmayın.”
    “…Əgər onları hidayət yoluna çağırsan, eşidməzlər, sənə baxdıqlarını görəsən, lakin sanki görməyirlər. Sən əfv yolunu mənimsə, yaxşlığı əmr et və biliksizlərdən çəkin.” (Əraf/198)
    Dosluqda, xüsusilə, ikiüzlü insanlardan uzaq ol, çünki onlar səni daim qəm-qüssədə saxlayar, heç vaxt səninlə səmimi olmazlar.Mücədəl surəsinin 14-cü ayəsində Allah-Təala buyurur: “…Görmədinmi, Allah qəzəbinə tutulmuşlarla dostluq edənləri? Bunlar nə sizdəndir, nə də onlardan və özləri bilirlər ki,yalandan and içirlər.”
    Çalışın ki,dost olduğunuz şəxsin qeybətini etməyin.bezi insanlar ozunu dost bildirib agzini arayib sozunu alirlar ama sonuda oyrenirsenki senin agzndan cixmis etibar etdiyin insaninda agzindan cixib bir basqalarin agzinda gezir. bele cixir ki o zaman dost ol ama hec bir heqiqetini danisma , o zaman bunun neyi dost adlanir? Allah-Təala Hucurət surəsinin 11-ci ayəsində buyurur: “…və bir-birinizin gizli işlərinizi aramayın və bir-birinizin qeybətini etməyin. Sizlərdən biri öz ölü qardaşının ətini yemək istəmir? Şüpəsiz, iyrənəcəksiniz”
    İslamda dostluq anlayışı daha yüksək qiymətləndirilir. Bütün müsəlmanlar dinindən, irqindən, millətindən aslı olmayaraq, bir-biri ilə qardaş, həmrəy və dostdurlar. Onlar bir ailə üzvləri kimi bir-birilərinin qayğısına qalmalı, sevinc və kədərini birgə bölüşməlidirlər. İmkan çatdığı təqdirdə onun ehdiyacını ödəməli, çatmadıqda isə başqalarını bu işə sövq etməlidir.
    Peyğəmbər (s) dostluq edərkən pəhrizkar, təqvalı alicənabla dostluq etməyi tövsiyə edir. Peyğəmbər (s) buyurur: “İnsanların ən xoşbəxti o kəsdir ki, alicənab şəxslərlə əlaqə saxlamış olsun.”Digər hədisdə: “O kəslərlə dostluq edin ki,onları görməklə Allahı yada salasınız və onların söylədikləri şeylər və gördükləri hər bir iş axirəti xatırlatsın”
    Allah hər kəsə belə dost nəsib etsin. “…Ey pərvərdigarımız, bizi və bizdən öncə iman gətirmiş qardaşlarımızı bağışla və iman gətirməyənlərə qarşı könülümüzdə düşmənçiliyə yer vermə. Ey Rəbbimiz, Sən şəfqətlisən, mərhəmətlisən.”(Həşr-10).


    Kiminlə dostluq etdiyinizə diqqət yetirin!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Kiminlə dostluq etdiyinizə diqqət yetirin!

    Teşekürlerrrrrr..Atalar deyib: Dostunu mene göster senin kim olduğunu deyim.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Kiminlə dostluq etdiyinizə diqqət yetirin!

    İnsana ailesinden başqa dost yoxdur, bunu heyat yollarında anlamaq mümkündü, illerce aileden uzaqlarda yaşayınca

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Kiminlə dostluq etdiyinizə diqqət yetirin!

    Alıntı fidan494 Nickli Üyeden Alıntı
    İnsana ailesinden başqa dost yoxdur, bunu heyat yollarında anlamaq mümkündü, illerce aileden uzaqlarda yaşayınca
    Ana babasi olmayanlarda var Allah her kesin ana ve atasini saxlasin.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Kiminlə dostluq etdiyinizə diqqət yetirin!

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Ana babasi olmayanlarda var Allah her kesin ana ve atasini saxlasin.
    pardon , amin !

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Kiminlə dostluq etdiyinizə diqqət yetirin!

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Teşekürlerrrrrr..Atalar deyib: Dostunu mene göster senin kim olduğunu deyim.
    dostluqdan sohbet geden zaman mende hemise bu fikri misal getirirem kiminle dostluq etmeyimize qaldiqda ise hemise diqqet yetirmeliyik ,tesekkurler movzu ucun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.