Ümumiyyətlə satanizm Azərbaycanda 2007-ci ildən bu yana daha çox artmaqdadı.Artımın əsas səbəbi rock musiqisi olsada buna çox vaxd rock dinləməyə təzə başlıyanlar qoşulur.İlk öncə yüngül rock janrları alternativ,grunge,emo core sora biraz ağır rock janrları hard rocka keçirlər.Və ən sonda metal rock gəlir.Metal rockda daha çox maraq Qara metal(Black M) və Ölüm metala(Death M) olur.Buda bir çox gəncdə sırf satanizmə maraqa gətirib çıxardır.Bu janrı dinləmək Allaha olan inamı günbəgün azaldıraraq sonda satanizmə gətirib çıxardır.

Qısaca satanizm haqqında: Satanizm, əsasən Xristianlığa, həmçinin bütün dinlərə qarşı çıxan bir hərəkatdır. Söz olaraq “şeytana inanmaq, sitayiş etmək” mənasını verir. Başda Xristianlıq olmaqla, bütün dinlərə qarşı üsyanı təbliğ edir.
İngiltərədə, Fransada, Almaniyada və əsasən Amerikada yayılıb. Modern satanizm amerikalı macar əsilli Anton Szandor Lavey tərəfindən qurulan Şeytanın Kilsəsi ilə ortaya çıxıb.

Bir çoxları satanizmi din kimi qəbul edir ama yuxarda yazıldığı kimi satanizm din yox hərəkatdır.Satanizm bir idealogiyadır və idealogiyanın əsas məqsədi satanizmi dünyada din kimi tanıtmaqdır.
Ümumiyyətlə şeytana inanmaq,şeytana sitayiş etməyə çağırış hamsı Black-M və Death-M janrlarında açıq bildirilir.Can almaq,qan tökmək,sitayiş etmək və.s bu janrların əsas xüsusiyyətlərindəndir.

Bu janrlar haqqında qısaca məlumat verim.İlk öncə Black Metal.

Uzun illərdir məlum olan bir tərzdir. Amma konkret olaraq adı yox idi. Celtic Frost və Bathory adlı qruplar bu tərzin ilklərindəndilər. Death Metal-ın klassik gitara, bass gitara və bateri üçlüsünə qarşılıq olaraq daha çox musiqi aləti işlənən Black M-da daha geniş harmoniya yaradılaraq daha melanxolik və mistik bir hava verilir.
Dinləyici saylarının artması ilə əlaqədar olaraq sonrakı illərdə Darkthrone, İmmortal, Emperor, Burzum, Enslaved, Havahej, Gorgoroth, Graveland kimi qruplar bu missiyanı davam etdirərək, daha sərtləşdirilərək, daha satanist, vampir yönlü və mistik əlamətlər işlətməyə başladılar. Xüsusilə 1991-94-cü illərdə Skandinaviya, Black M-ın mərkəzinə çevrildi. Emperor, Burzum, Darkthrone və Mayhem kimi qruplar ön plana çıxıb Death Metal sərtliyində olan mahnılarını pianino tip alətlərlə bəzəyərək, vokallarda daha çox sərtlik yaratdılar. Death Metaldan bilinən klassik brutal vokal, sərt yırtıcı vokallar ilə bərabər scream vokal və hərdən normal vokallarla bəzədildi.

Death Metal

Qərbdə komunizmə qarşı formalaşan hirsli təzyiq düvründə bu musiqi, nihilist bir ideya ya da inanca qarşı bir təzyiq idi. Gitaraların tonlarındakı sərtlik, nifrət, yüksək tonlarda düzəldilmiş musiqi sistemləri və vəhşi vokallar. Hamısı bu qarşıdurmanın “inasanlığın siyasi əməllərə alət edilməsi, müharibələrin məqsədləri və s..”-yə bir simvoldur.
Death metal illərdir tərəfindən hər hansı bir ad verilmədən bəzi qruplar tərəfindan icra edilirdi. Speed metal dövründə Destruction, Thrash metal dövründə Cryptic Slaughter və hərdən hardcore qrupu The Exploited, bu tərzi ilk vaxtlarda bu tərzdən bacarıqla istifadə edən qruplardandır. Ornegin, the Exploitedin işlətdiyi gitara rifləri bu günün Death Metalda tez-tez istifadə edilən riflərdəndir. (xüsusilə "Lets Have A War" albomu).
Bir çox qrup musiqilərini, inkişaf etmiş gitara rifləri, sürətli gitara soloları və bəzi ritmlərlə bəzəyirdilər. Yeni yaranmış bu tərzin adı “Death Metal” idi. Köhnə nihilist qruplardan bəhrələnən yeni qrupların musiqi texnikası və sözləri daha vacib vüsət almışdı. Xaotik sərt ritmlər, bəzən mifoloji hekayələr mahnıların əsasını təşkil edirdi.

Bu məlumatı verməkdə əsas səbəb odurki rock dinləməyə başlıyan rock sevən gənclər biraz gözü acıq olsunlar. Bizdə rock xoşduyuruq,bizdə sevinirik bu musiqi janrı Azərbaycanda papulyarlıq qazanır.Ama bizə belə papulyarlıq lazım deyil! Çünki biz İslam ölkəsiyik və Allahdan başqa heçnəyə inanmırıq! Allahdan Böyük Allah Yoxdur!!

Bu yazı sırf özümə aiddir və ilk olaraq AzNetdə Azeri.NET saytına yazıram.6 gün idi elleşirdim bele bir mövzu düzeltmek üçün
deyerli fikirlerinizi bildirmeyi unutmayın