Xosbext olmagin zamani , iNDIDIR![]()
Geyindiklərinizin içində sizə ən çox yaraşanı təbəssümünüzdür!
İnsanı ucaldan mükafat deyil, onu bu mükafata layiq edən işdir.
Bir çox şey üçün gövdəniz deyil, beyninizin böyüklüyü əhəmiyyətlidir. Ancaq ürəyinizin böyüklüyü hamısından üstündür!
Həyat dostluqlarla zənginləşdirilməlidir. Çünki ən böyük xoşbəxtlik sevmək və sevilməkdir!
Sevginin olduğu yerdə Tanrı da vardır!
Xoşbəxt olmanın zamanı, indidir.
Bunu mütləq yoxlayın: sizə mənfi gələn hər şeyin bir də müsbət cəhətini araşdırın!
Gülmədən keçən yeddi gün bizi gücsüzləşdirər!
Sənə qarşı səmimi olmaları üçün digər insanlara güvənməlisən; Onlara çox yaxşı davran ki sənə gözəl şeyləri versinlər!
Daim olmasını istədiyiniz davranılışları mükafatlandırmalısınız!
Həyatınız boyunca edəcəyiniz ən gözəl şey, sadə bir "təşəkkür" dür!
Biri üçün edə biləcəyiniz ən gözəl şey, zənginliklərinizi onunla paylaşmaq deyil, öz zənginliklərini kəşf edə bilməsi üçün ona köməkçi olmaqdır!
Əhəmiyyətli olan verilənin nə olduğu deyil, sevgi ilə veriləndir!
Əgər bu dünyada kin olmasaydı belə onu mütləq icad edərdilər!
Sevilmək üçün sevmək lazımdır!
Hər kəs bir dost istər, amma heç kim bir dost olmaq üçün səy göstərməz!
Varlıqları dəyişdirmək üçün onları sevmək lazımdır. Sevgi qədər heç bir şey təsirli ola bilməz!
Yaxşılıqla işıqlandırdığınız gününüz daha gözəl olar!
Sevgi dolu bir stəkan kimidir. Onu içərək boşaltmasanız, bir daha doldura bilməzsiniz!
Hər kəsin sabah edə biləcəyi şeyi sən bu gün etməlisən!
Həllsiz heç bir problem yoxdur, çünki bütün problemlərin çıxış yolu bizdədir!
Xosbext olmagin zamani , iNDIDIR![]()
Qadın güldür, ancaq gülü tuta bilənlər üçün. Gülü tutmağı bacarmayanlar üçünsə tikandan başqa bir şey deyil.
Həyat belədir! İstəsən gül, istəsən ağla. Amma insan olduğunu yadında saxla!
Ağaclara yazdım adını, yandırdılar, göy üzünə yazdım, yağış olub axdılar. Bu dəfə qəlbimə yazıram, ölüm ancaq silər adını oradan.
Dost oluramsa xoşuma gəlir. Xoşuma gəlirsə onunla olmaq istəyirəm. Onunla olmaq istəyirəmsə -Sevirəm!Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Sevgi kişi və qadın arasında bir döyüşdür. Vurduqları yer isə bir-birlərini xoşbəxt etməkdi.
Pessimist olmaq çetin deyil. Çətin olan, deli bir firtınadan sonra göyqurşağı kimi gülümseye bilmekdir.
Çanaqlı bağaya diqqət yetir! Ancaq başını çıxarıb risk almadığında irəliləyə bilər.
Qeyri-adi şeylər ancaq içlərindəki bir şeyin şərtlərin üzərində olduğuna inanma cəsarəti göstərənlər tərəfindən edilmişdir.
İnsanoğlunun içində yatan güclər vardır. Özü belə çaşar. Çünki bu güclərə sahib olduğu ağılından belə keçməz. Bu gücləri oyandırıb hərəkətə keçə bilsə, o adamın həyatında böyük bir inqilab olardı.
Böyük fəlakətlər böyük insanların öyrəndiyi məktəbdir.
Əgər ağaca çıxmaq istəyirsinizsə, ulduzlara çıxmağa niyyət edin, bacararsınız.
Damlayan su daşı deşər. Daşı deşən suyun gücü deyil, damlaların davamlılığıdır.
Uçurtmalar, külək qüvvətiylə deyil, bu qüvvətə qarşı ucduqları üçün yüksələrlər.
Eşq dodaqlarda qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd sevgi uğrunda ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır.
Həyatda heç bir şey ilk eşqin yerini tutmaz. İnsan sevsə belə o ilk eşq heç unudulmaz.
Səni o qədər çox sevəcəyəm ki, mənsiz günlərini yox sayacaqsan. Səni sevdiyimi söyləməyəcəyəm gözlərimə baxıb anlayacaqsan.
Bu gecə sürüşərkən göz üzündən ulduzlar gözlərimdən yaş süzülsə də ilk dəfə olaraq dilək tutmayıb təşəkkür etdim Tanrıya bu gecə yanımda olduğun üçün!
Niyyətin səni qaçırtmaqsa artıq qaçırtmışam, gözlətməksə artıq gözləyirəm, sevməksə artıq sevirəm.
Siz özünüzə inanın, başqaları da sizə inanacaq.
Heç kim müvəffəqiyyət nərdivanına əlləri cibində dırmaşmamışdır.
Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər vaxt oradadırlar.
İnsanın öz vətəni üçün yalan deməsi bir vətənpərvərlik sənətidir.
Buna diplomatiya deyilir.
Pişik sevgilisində mütləq dırnaq izi qoyar.
Ən əsan şey insanın özünü aladatmağıdır, çünki bir insan arzu etdiyi şeyin düzgün olduğuna inanır
Babalar ona görə yaranıblar ki, atalara nəsihət versinlər
Nə qədər baş varsa, o qədər düşüncə tərzi olduğuna görə, nə qədər ürək varsa, o qədər də sevmək tərzi var...
Sənin öz yolun var. Mənim isə öz yolum var. Düzgün, doğru və yeganə yola gəldikdə isə, bu mövcud deyil.
Röyaları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır.
Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.
Özü ilə gətirdikləri ümidlər və qorxularla axın axın gələn arzulara təslim olduğumuz müddətcə... xoşbəxtliyə ya da dincliyə heç vaxt qovuşa bilmərik...
Dünyanı olduğu kimi qəbul et.Gülümsəmələri və çətinlikləriylə sevgisi, dostluğu, yalanı və gerçəyiylə,sabahın nəfsinə bağlı planlarıyla, gəncliyin xülyaları kimi gəlib keçən ümidləriylə.
Düşüncələrin nəysə həyatın da odur
"Ustad dedi ki: 'İnsanların məni tanımadıqlarına görə üzülmə. Mən onları tanımadığım üçün üzülərəm.'"...
Oxumasını bilsən, hər insanın bir kitab olduğunu görəcəksən
[
HaKKım heLaL,Sewqim haRam oLsun
Pah...He4 razi deyilem..Men sevmesemde sevirler...!!!Sevilmək üçün sevmək lazımdır!![]()
EAST or WEST HOME is BEST..!!!!!!
Senin yapyığın doğru hareketmi içinde sevgi olmazsa ne olur anlat bana
Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet
Yer imleri