"Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri cinayətlər yaxın bir ildə Haaqadakı Beynəlxalq Məhkəməyə çıxarıla bilər". Bu barədə Norveçdə yaşayan soyqırım və terror cinayətləri üzrə nüfuzlu tədqiqatçı Sefa Yürükel məlumat verib. O bildirib ki, hazırda bununla bağlı dəlillərin toplanması ilə məşğuldur. S.Yürükel ANS TV-yə müsahibəsində Ermənistan vətəndaşlarının azərbaycanlılara qarşı həyata keçirdikləri qəddarlıqları beynəlxalq ictimaiyyətə iki yolla çatdırmaq niyyətində olduqlarını vurğulayıb.

O qeyd edib ki, bunlardan birincisi alternativ tribunal deyilən və dünyadakı müxtəlif ekspertlərdən təşkil olunmuş, hər kəsə açıq bir sivil məhkəmədir: "Bunu Haaqada gerçəkləşdirməyi düşünürük. Dünyadakı bütün millətlərə də bunu televiziya kanalları vasitəsilə orada məhkəmənin sonunda açıqlayacağıq. İkincisi, Azərbaycan dövləti bu davanı soyqırım məsələsi olaraq istəsə, beynəlxalq ekspertlərin də iştirakı ilə öz milli məhkəməsində- Bakıda keçirə bilər. Eləcə də Haaqa Beynəlxalq Cinayətlər Məhkəməsinə gətirə bilər. Bununla bağlı bir hesabat hazırlamaq istəyirik. Bunu Azərbaycan dövləti və beynəlxalq hüquq da istifadə edə bilər. Yəni, mümkün olduğu qədər təbliğ etmək istəyirik. Ermənistanın həyata keçirdiyi soyqırımına görə cəzalandırılmasını və ermənilərin oradakı hesab verməli olan Sarkisyan və Köçəryan kimi məsullarının da cəzalandırılmasını nəzərdə tutan hüquqi prosesin başlanması üçün hesabatın üzərində işləyirik”.

Sizin fikriniz nədi bu mövzuda?