5 sonuçtan 1 ile 5 arası

Bu gün Məmməd Arazın doğum günüdür

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Bu gün Məmməd Arazın doğum günüdür


    20-ci əsrin sonlarının Cavidi, Müşviqi adlandırılan xalq şairi artıq altı ilə yaxındır ki, aramızda yoxdur

    Bu gün Azərbaycancanın xalq şairi Məmməd Arazın doğum günüdür. Şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.
    1974-cü ildən ömrünün sonuna kimi Azərbaycan təbiəti jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına «Məmməd Araz» mükafatı təsis olunub.
    2004-ci ilin dekabrında Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Bu gün Məmməd Arazın doğum günüdür

    Allah rəhmət eləsin
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bu gün Məmməd Arazın doğum günüdür

    Dost
    Her çetin anımda kesin yanımı,
    Axın üreyime gülüşle, sözle,
    Men oz varlığımı, öz ünvanımı
    Tapıram her yeni gelişinizle.

    Bezen hamarda da büdreyir adam,
    Oxuyun üzüme ne günahım var.
    İttiham etseniz günah sanaram,
    Güzeşte getseniz, ittiham olar.

    Gözümde, könlümde bir qönçe kimi
    Hereniz bir duyğu bexş eder mene.
    Ömrüm çox dolaşıq düyünçe kimi
    Hemişe möhtacdır dost ellerine.


    O gözlere baxmaram
    Bu gün senin her gözünde bir gülüş ,
    Biri çılğın , biri tutqun , bürkülü ...
    Baxışlara yad baxışlar bükülü ,
    İnnen bele o gözlere baxmaram .

    Qeza geldi , esa geldi deyirler ,
    Ehdini de düyçeleyer iy eller ,
    Bir çalada donan suya eyillem ,
    İnnen bele o gözlere baxmaram .

    İki görüş bir baxışda görüşdü ,
    İki ilme bir yanlışda görüşdü ,
    Doğru sözüm aldanışla görüşdü ,
    İnnen bele o gözlere baxmaram .

    Haray , durnam , qatarımı itirdim !
    Havar çekdim , havarımı itirdim ,
    Dalğasında avarımı itirdim ,
    İnnen bele o gözlere baxmaram .

    İsmi dönuk , son tufanım olsa da ,
    Son ümüdüm , son gümanım olsa da ,
    Gündoğanım , günbatanım olsa da ,
    İnnen bele o gözlere baxmaram .
    ---
    Memmed Araz 1980 .
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Bu gün Məmməd Arazın doğum günüdür

    Allah Rehmet elesin. Bizimde uzaqdan qohumlugumuz catir.

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bu gün Məmməd Arazın doğum günüdür

    Meni inandırma
    Tutarlı söz gezme özünü yorub ,
    Meni bilirsen ki , aldatmaq asan ...
    Deseler : " Ay seni qonaq çağırıb ,
    Marsla evlenecek " inanasıyam .

    Deseler göyleri şum eleyibler ,
    Güneşden su alıb suvaracaqlar ;
    Vallah , bu yalanı doğru deyibler ,
    Vallah , olasıdır bu olacaqlar .

    Deyirsen , " qorxum yox qorxularımdan ,
    Özüne de yadsan , yadın da menem " .
    Gözünü yumdunmu - yuxularında ,
    Gözünü açdınmı - yanında menem .

    Dilinin ucundan tökülenleri
    Qaytarıb dilinin dibinde eksen ,
    Bir yarpaq istisi tapsa ellerin ,
    Bir insan kölgesi itireceksen .

    Ne yaxşı çox söze qelbim inanır ,
    Ne yaxşı üreyim hele uşaqdır .
    Hardasa qelbimin bir damla qanı -
    Riyadan , çamırdan , lilden uzaqdır .

    Baxma bu denize üzü düz kimi ,
    Çölünü içine büken nehengdi .
    Men de ilk baxışda o deniz kimi ...
    Hamarım , tumarım görünecekdi .

    Düz sözdür dünyada her sözden baha ,
    Ocaq halaldırsa men yanasıyam .
    Yalanı yalana beleme nahaq ,
    Onsuz da ne desen inanasıyam ...

    Allan rehmet etsin amin
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.