5 sonuçtan 1 ile 5 arası

Lütfi Zadə

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Lütfi Zadə

    Lütfi Ələsgərzadə - Azərbaycan əsillı alim. Lütfi Zadə adı ilə tanınır. Amerikada yaşayan Lütfi Zadə qeyri-səlis məntiqin (Fuzzy Logic) atası hesab olunur. 4 fevral 1921-ci ildə Bakıda anadan olmuşdur.

    Xeyli vaxtdır ki, bu dahi şəxsiyyətin adı dünya elminin nəhəngləri - İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir.



    Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb, ötən əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edib və Yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi Yaponiyaya milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub.
    Bu nəzəriyyə həmçinin Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur, kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır.
    Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistem və qurğular, xüsusi "ağıllı" ekspert sistemlər hazırlanır.

    Hal - hazırda L.Zadə ABŞ - da Berkli Universitetinin elektronika kafedrasının müdiridir. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir, bu dünya alimlərində yalnız bir - iki nəfərə nəsib olur. Eyni zamanda Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

    Azərbaycanda Lütfi Zadə haqqında "Müasir elmin korifeyi", "Dünya dahilərsiz yaşaya bilmir" adlı kitablar , "Uzaq və yaxın Lütfi Zadə" sənədli filmi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

    L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvü, xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur.

    O, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olmağa razılıq verib.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Lütfi Zadənin qeyri-səlis məntiqini belə izah etmək olar : Aristotel məntiqi ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, Zadə məntiqi isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili (binar) məntiqdir, Zadə məntiqi çoxmənalı məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasındadır (və ya sıfırla bir arasında). Zadə məntiqində real həyat, tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən (kim bizimlə deyilsə o, bizim düşmənimizdir), Zadə məntiqinə görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn : neytral, çox yaxın dost və s.)

  3. #3
    Moderlər
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Bakı
    Mesajlar
    917
    Sağol fidan494.
    Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?

  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Lütfi Zadə

    Lütfizadə həqiqətən nəinki Azərbaycanın, Hətta bütün Türk Ddünyasının qürurudur. Təəsüflər olsunki, o özünü bütün dünyada Azərbaycanlı kimi tanıdsa da Azərbaycanımızda onu tanımayan hələ çox insanlar var. Ama bir şeyi bilmək lazımdır ki, müasir komputer və bütün rəqəmli (digital) sistemlər hamısı Lütfizadənin nəzəriyyəsi əsasındadır. Bu gözel məlumat üçün saqol Fidan.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #5
    Junior Member
    Üyelik tarihi
    Dec 2010
    Mesajlar
    1

    Re: Lütfi Zadə

    Lutfizade dahi birdir,onun xaniminin kitabini oxumuwdum cox maraqli idi,ona bizimkiler ama qiymet vermeyib deli deselerde o indi yuksek meqama catmiwdir,ve ona inanan ilk olke Yaponiya olmuwdur,yaponiya qeyri selis mentiq esasinda robotlar duzledir

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.